Azərbaycan çempionu: Ən böyük hədəfim Olimpiya Oyunlarında qızıl medal qazanmaqdır
Azertag saytından alınan məlumata görə, Icma.az bildirir.
Bakı, 28 yanvar, AZƏRTAC
Final görüşü mənim üçün rahat keçdi. Heç bir zədə almadım.
AZƏRTAC xəbər verir ki, bu sözləri kişi boksçular arasında Azərbaycan çempionu olan Bilalhəbaşi Nəzərov deyib.
50 kiloqram çəki dərəcəsində fəxri kürsünün ən yüksək pilləsinə qalxan idmançı nəticəyə görə xoşbəxt olduğunu bildirib: "Bu qələbədə məşqçilərimin əməyi böyükdür. Buna görə də qalibiyyəti onlara həsr edirəm. Rəqibim də yaxşı idmançı idi. Finalda layiqli mübarizə apardı. Onu da buraya qədər gəldiyi üçün təbrik edirəm".
Gənc idmançı gələcək hədəflərindən də söz açıb: "Əlbəttə ki, hər bir idmançı kimi, mənim də ən böyük hədəfim Olimpiya Oyunlarında qızıl medal qazanmaqdır. Məşqçilərimlə də söhbətimdə hər zaman bunu vurğulayıram".
Qeyd edək ki, ölkə çempionatına bu gün yekun vurulacaq.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:57
Bu xəbər 28 Yanvar 2026 17:43 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















