Türkiyə Milli Təhlükəsizlik Şurasının iclasında İranda baş verən hadisələr müzakirə olunub
Apa.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Türkiyə Milli Təhlükəsizlik Şurasının iclasında İranda baş verən hadisələr gündəmə gətirilib.
APA-nın Türkiyə bürosunun məlumatına görə, iclasdan sonra yayımlanan bəyanatda İranda cərəyan edən proseslərin hərtərəfli şəkildə müzakirə edildiyi bildirilib. İranın sabitliyinin və əmin-amanlığının regionun təhlükəsizliyi baxımından böyük əhəmiyyət daşıdığı xüsusi olaraq vurğulanıb.
Həmçinin Suriyaya dəstəyin davam etdiriləcəyi qeyd olunub.
“Qonşumuz Suriyanın suverenliyinin, ərazi bütövlüyünün, unitar quruluşunun və siyasi birliyinin təmin olunması istiqamətində göstərilən səylərə verilən güclü dəstəyin, eləcə də Suriya xalqının əmin-amanlığının, təhlükəsizliyinin və rifahının artırılması üçün səylər davam etdiriləcək”, – deyə bəyanatda bildirilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:108
Bu xəbər 28 Yanvar 2026 21:03 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















