Icma.az
close
up
RU
Azərbaycan Cənubi Qafqazda real sülhün bərqərar olması yönündə növbəti ilkə imza atdı

Azərbaycan Cənubi Qafqazda real sülhün bərqərar olması yönündə növbəti ilkə imza atdı

Newscenter.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.


Ötən gün Azərbaycan Cənubi Qafqazda real sülhün bərqərar olması yönündə növbəti ilkə imza atdı. Belə ki, 1300 tona yaxın Aİ-95 markalı benzinlə yüklənmiş 22 vaqonluq Azərbaycan qatarının Gürcüstan üzərindən Ermənistana yola salınması Ermənistan və Azərbaycan arasında sülhün bərqərar olmasına rəsmi Bakının ən sanballı töhfələrindən biridir. Bakı sülhün bərqərar olması üçün real iqtisadi əsaslar yaradır. Azərbaycanla Ermənistan arasında formalaşan sülh gündəliyi çərçivəsində dekabrın 18-dən etibarən Azərbaycandan Ermənistana neft məhsullarının ixracına başlanılması bizim Cənubi Qafqazda əsas sülhyaradıcı ölkə olduğumuzu nümayiş etdirir.
Azərbaycan Ermənistanı iqtisadi blokadadan çıxarmaqla onun regionda geosiyasi maraqları olan İran və Rusiya kimi dövlətlərin iqtisadi asılılığından və siyasi təsir dairəsindən qurtulmasına zəmin yaradır. Ermənistanla Azərbaycan arasında dayanıqlı sülhün bərqərar olması və iqtisadi əməkdaşlığın genişlənməsi sözügedən ölkələrin regiondakı destruktiv addımlarını neytrallaşdırmağa, eləcə də Avropa Parlamenti kimi təxribatçı aktorların Ermənistana neqativ təsirlərini minimallaşdırmağa imkan verəcək.
Təsadüfi deyil ki, Ermənistanın Baş naziri Nikol Paşinyan jurnalistlərə açıqlamasında Azərbaycandan Ermənistana neft məhsullarının tədarükünü alqışladıqlarını bildirib. Çünki N.Paşinyan Azərbaycanla real sülh münasibətlərinin qurulmasının öz ölkəsi üçün iqtisadi faydalarını yaxşı dərk edir. Ermənistanı mövcud iqtisadi çıxılmazlıqdan yalnız Azərbaycan və Türkiyə ilə normal qonşuluq münasibətlərinin qurulması xilas edə bilər.
Azərbaycan bundan əvvəl Qazaxıstan və Rusiyadan taxıl məhsullarının Ermənistana daşınması üçün "yaşıl işıq" yandırmışdı. İndi də SOCAR tərəfindən ilk dəfə olaraq yerli mənşəli neft yükünün Ermənistana tədarükünün həyata keçirilməsi Azərbaycanın başlatdığı iqtisadi diplomatiyanın davamı və sülh prosesinin tərkib hissəsidir. Bu onu göstərir ki, Azərbaycan sülhün gəlişi üçün sözdə deyil, əməli addımlar atır. Sülh yaratmaq asan proses deyil. Bu gün Bakı ilə İrəvan arasında nəticəyönümlü addımların atılması məhz Azərbaycanın dönməz sülh mövqeyinin təzahürüdür.
Əlisahib Hüseynov, Azərbaycan Həmrəylik Komitəsinin sədri
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:51
embedMənbə:https://newscenter.az
archiveBu xəbər 20 Dekabr 2025 21:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hikmət Babaoğlu: Ruben Vardanyanın ömürlük həbs cəzasına məhkum edilməsi çox ədalətli qərar olar

19 Dekabr 2025 20:44see238

Burak Yılmaz 4 gün əvvəl ayrıldığı kluba qayıtdı RƏSMİ

19 Dekabr 2025 18:56see232

Elm və musiqi eyni səhnədə: NDU nun dəvəti ilə Umut Yıldız Naxçıvanda

19 Dekabr 2025 11:28see226

ABŞ ın Tayvan üçün ən böyük silah paketi təsdiqləndi

19 Dekabr 2025 00:36see217

Yuxuyozma... Yuxuda yovşan görmək haqqında Qustav Miller, Vanqa və Ziqmund Freyd nə deyib? Video

19 Dekabr 2025 00:24see201

Nazirlik Qarabağ Toxum şirkətində maliyyə nöqsanı AŞKARLADI

20 Dekabr 2025 16:33see196

Böyük Britaniya MN: İstəklilər Koalisiyası Ukrayna ordusunu NATO standartlarına uyğunlaşdırmaq istəyir

19 Dekabr 2025 02:17see170

“Azərbaycanın bank sistemi Ermənistanın bank sistemi ilə müqayisədə zəifdir” DEPUTAT

19 Dekabr 2025 14:13see166

Bəxti açılacaq və maaşı artacaq bürclər

19 Dekabr 2025 03:21see162

Azərbaycanda Balıqçılıq haqqında yeni qanun qəbul olunacaq

19 Dekabr 2025 11:26see149

Avtomobil nəhəngi 37 min avtomobili geri çağırır

20 Dekabr 2025 11:09see142

Lando Norris “İlin idman şəxsiyyəti” mükafatını götürməyə getməyib

19 Dekabr 2025 05:09see139

Türkiyə Super Liqası: Antalyaspor səfərdən xalsız döndü

20 Dekabr 2025 02:06see138

Çexiya təşəbbüsü davam edəcək...

20 Dekabr 2025 04:22see137

Məhkəmə Hüquq Şurasının nümayəndə heyəti Albaniyada təcrübə səfərində olub

19 Dekabr 2025 18:52see136

Ərzaq bazarında qiymət artımı inflyasiyanı necə üstələyir?

20 Dekabr 2025 11:53see135

Keçmiş NASCAR pilotu Qreq Biffl ailəsi ilə birlikdə təyyarə qəzasında həlak olub

19 Dekabr 2025 00:33see132

Konfrans Liqasında Liqa mərhələsi yekunlaşdı

19 Dekabr 2025 02:21see131

Fotoqraflar nadir qurbağaların ölümünə səbəb oldular FOTO

19 Dekabr 2025 18:05see130

Neftçi Yevlaxa yola düşdü

19 Dekabr 2025 19:11see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri