Icma.az
close
up
RU
Menu

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

Məşhur aşpazın restoranı borca görə bağlandı

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

Röya tanınmaz obrazda (Foto/Video)

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

Şəkərdən daha təhlükəli olan əvəzedicilər...

“Azərxalça” ASC Samirə Allahverdiyeva və Səma Məmmədlinin “Meyvələr” kolleksiyasını təqdim edir (Foto)

Azərbaycanda bəzi kolleclər ləğv olunur?

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

Baş idarə rəisinə yeni rütbə verildi

Aliment ödəməyənləri sərt cəzalar gözləyir Yanvarın 1 dən start veriləcək

Rəşid Əl Xəlifənin “Yeşik labirinti” instalyasiyası izləyiciləri məkanın içində hərəkətə dəvət edir (Foto)

Hindistanda etnik qruplar arasında toqquşmalar baş verib Beş nəfər ölüb

Bakı Beynəlxalq İncəsənət Festivalı çərçivəsində “Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

Beyləqanda “tok”dan ölən gəncin kimliyi açıqlandı Foto

Hollivud ulduzu Cek Nikolson barədə danışdı: “Kinoya qayıtmayacaq”

Azərbaycan Çexiya: strateji dialoq və çoxtərəfli tərəfdaşlıq

Azərbaycan Çexiya: strateji dialoq və çoxtərəfli tərəfdaşlıq

Xalq qazeti saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Bakı və Praqa arasındakı münasibətlər son illər ardıcıl və sabit inkişaf yolu keçərək strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib. Bu əlaqələrin təməli 2015-ci ildə imzalanmış “Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə” ilə qoyulsa da, əslində, bu sənəd tərəflər arasında illərdir formalaşan qarşılıqlı etimadın hüquqi təsdiqi idi. Həmin bəyannamə siyasi dialoqla yanaşı, iqtisadiyyat, enerji, nəqliyyat və humanitar sahələrdə əməkdaşlığın genişləndirilməsi üçün geniş imkanlar açıb. Onun ən mühüm aspektlərindən biri beynəlxalq hüququn təməl prinsiplərinə, xüsusən də dövlətlərin ərazi bütövlüyünə qarşılıqlı dəstək mövqeyinə əsaslanmasıdır. Bu, ikitərəfli münasibətlərin, sadəcə, maraqlar deyil, həm də fundamental dəyərlər üzərində qurulduğunu göstərir.

İki ölkə rəhbərləri arasında təmaslar da artıb. Bunu statistik məlumatlar da təsdiqləyir: Azərbaycan Prezidenti indiyədək Çexiyaya dörd mühüm səfər etmiş, Çexiya prezidentləri Azərbaycana iki, Baş nazir isə bir dəfə rəsmi səfərdə olmuşdur. Bu səviyyədə təmaslar münasibətlərin ən yüksək səviyyədə saxlandığını göstərir. Eyni zamanda, 2011-ci ildən bəri fəaliyyət göstərən iqtisadi, elmi-texniki və mədəni əməkdaşlıq üzrə Qarışıq Komissiya əlaqələrin praktiki müstəvidə icrası üçün əsas institusional mexanizm kimi çıxış edir. Xarici İşlər nazirlikləri səviyyəsində mütəmadi keçirilən siyasi məsləhətləşmələrdə ticarət dövriyyəsinin artırılması və yüksək texnologiyalar sahəsində əməkdaşlıqla yanaşı, Azərbaycanın təşəbbüskarı olduğu Orta Dəhliz kimi qlobal layihələr Çexiya tərəfindən strateji əhəmiyyətli təşəbbüs kimi qiymətləndirilir.

Möhkəm siyasi təməl üzərində qurulan müdafiə sahəsində əməkdaşlıq da son dövrlər xüsusi mərhələyə daxil olub. Müdafiə nazirlikləri səviyyəsində aparılan danışıqlar hərbi əməkdaşlığın cari vəziyyətini və beynəlxalq təhlükəsizlik mühitində qarşılıqlı fəaliyyət imkanlarını əhatə edir. Görüşlər zamanı hərbi təhsil, kadr hazırlığı və təcrübə mübadiləsi ilə yanaşı, NATO və Avropa təhlükəsizlik strukturları çərçivəsində tərəfdaşlıq məsələləri xüsusi diqqət mərkəzində saxlanılır. Tərəflərə hər iki ölkənin müdafiə sistemləri, modernləşmə prosesləri və regional təhlükəsizlik çağırışları barədə geniş məlumat əldə etmək imkanı verən brifinqlər gələcək fəaliyyətin daha praktik olmasına xidmət edir. Xüsusilə hibrid təhdidlər və hərbi-texniki tərəfdaşlıq üzrə aparılan fikir mübadiləsi 2026-cı il üçün ikitərəfli hərbi əməkdaşlıq planının razılaşdırılması ilə nəticələnib. Bu plan əməkdaşlığın yalnız ümumi niyyət bəyanatları ilə məhdudlaşmadığını, konkret icra mexanizmləri və hədəfləri olan institusional xarakter aldığını sübut edir.

Hərbi-texniki əməkdaşlıq sahəsindəki gələcək perspektivləri Azərbaycan Prezidenti İlham Əliyev Çexiyanın Baş naziri ilə görüşdən sonra mətbuat üçün verdiyi bəyanatında açıq şəkildə ifadə edilib. Dövlət başçısı qeyd edib ki, Azərbaycan Çexiyadan müxtəlif hərbi təyinatlı məhsullar almaqla yanaşı, artıq birgə istehsalla bağlı konkret layihələr üzərində müzakirələr aparır. Azərbaycanın öz müdafiə potensialını yerli istehsal hesabına təmin etmək strategiyası bu sahədə böyük təcrübəyə malik olan Çexiya ilə müştərək fəaliyyəti daha da əhəmiyyətli edir. Bu yanaşma gələcəkdə yalnız silah-sursat tədarükü deyil, həm də birgə sənaye müəssisələrinin qurulması və texnologiyaların transferi deməkdir.

Münasibətlərin tamamlayıcı və ən səmimi tərəfini humanitar sahədəki əlaqələr təşkil edir. Mədəniyyət və turizm sahəsində imzalanan sənədlər xalqlarımızı bir-birinə daha da yaxınlaşdırır, tələbə mübadiləsi və elmi əməkdaşlıq layihələri isə intellektual körpülər qurur. Xüsusilə Praqanın nüfuzlu Karlova Universiteti və Brno şəhərindəki Mendel Universiteti ilə Azərbaycan ali təhsil müəssisələri arasındakı “Erasmus+” əlaqələri gənc nəslin bir-birini tanımasına imkan yaradır. 2025-2026-cı tədris illərində 200-ə yaxın azərbaycanlı gəncin Çexiyada təhsil alması və mütəmadi keçirilən məzun görüşləri iki ölkə arasında güclü “ictimai diplomatiya” şəbəkəsinin nümunəsidir. Bu istiqamət sübut edir ki, Azərbaycan-Çexiya tərəfdaşlığı yalnız siyasi və iqtisadi deyil, həm də möhkəm ictimai əsaslar üzərində yüksəlir.

Təhsil sahəsindəki fəallıq göstərir ki, Azərbaycan–Çexiya münasibətləri akademik auditoriyalarda və ictimai platformalarda da möhkəmlənir. Bütün bu faktlar onu təsdiq edir ki, Azərbaycan regional deyil, daha geniş coğrafiyada etibarlı tərəfdaş kimi qəbul edilir və Çexiya ilə münasibətlərin dərinləşməsi hər iki tərəfin strateji maraqlarına tam cavab verir.

Azərbaycan və Çexiya arasında iqtisadi əməkdaşlıq böyük potensiala malikdir və son illər bu istiqamətdə ciddi keyfiyyət dəyişiklikləri müşahidə olunur. Çexiya Baş nazirini müşayiət edən geniş tərkibli biznes nümayəndə heyəti iqtisadi əlaqələrin inkişafının səfərin prioritet istiqamətlərindən biri olduğunu sübut edir. Qəbələdə keçirilən biznes-forum hər iki ölkənin işgüzar dairələrini vahid platformada birləşdirərək, yeni investisiya və ticarət imkanlarının reallaşdırılması üçün əlverişli zəmin yaradır. Bu amil ikitərəfli münasibətlərin artıq yalnız siyasi müstəvidə deyil, həm də genişmiqyaslı iqtisadi tərəfdaşlıq platformasında dərinləşdiyini nümayiş etdirir.

Hazırda sənaye, maşınqayırma, tikinti, maliyyə və yüksək texnologiyalar sektorlarında əməkdaşlıq imkanları sürətlə genişlənir. Xüsusilə Bakıda və işğaldan azad edilmiş regionlarda həyata keçirilən iri infrastruktur layihələri çex şirkətləri üçün perspektivli biznes meydanı formalaşdırır.

Şübhəsiz ki, Azərbaycan və Çexiya arasında münasibətlərin müasir mənzərəsi postsovet məkanındakı dövlətlərlə Avropa İttifaqı üzvləri arasında qurulan uğurlu strateji tərəfdaşlıq modellərindən biridir. Bu əlaqələrin diqqətçəkən tərəfi onun çoxşaxəliliyidir. Tərəflər artıq ənənəvi enerji resurslarının ticarəti ilə kifayətlənmir, eyni zamanda, müdafiə sənayesi və yüksək texnologiyalar kimi strateji əhəmiyyətli sahələrdə dərin inteqrasiyaya xüsusi üstünlük verirlər. Beynəlxalq platformada siyasi əməkdaşlığa önəm verirlər.

Xüsusilə 2026-cı il hərbi əməkdaşlıq planının razılaşdırılması və Prezident İlham Əliyevin vurğuladığı birgə istehsal perspektivləri göstərir ki, Azərbaycan artıq sadəcə texnologiya idxalçısı deyil, həm də Avropanın qabaqcıl hərbi sənaye təcrübəsini yerli istehsala transformasiya edən bərabərhüquqlu tərəfdaşdır.

Beləliklə, Azərbaycan–Çexiya münasibətləri sabit inkişaf edən, çoxşaxəli və strateji əməkdaşlıqdır. Siyasi etimadın güclənməsi, iqtisadi əlaqələrin genişlənməsi, institusional mexanizmlərin fəaliyyəti və müdafiə sahəsində yeni əməkdaşlıq istiqamətləri bu münasibətlərin gələcəkdə daha da möhkəmlənəcəyini göstərir.

Pünhan ƏFƏNDİYEV
XQ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:144
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 28 Aprel 2026 12:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see334

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see328

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see327

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see325

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see322

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see319

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see308

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see259

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see258

Şəkərdən daha təhlükəli olan əvəzedicilər...

01 Noyabr 2026 02:00see243

“Azərxalça” ASC Samirə Allahverdiyeva və Səma Məmmədlinin “Meyvələr” kolleksiyasını təqdim edir (Foto)

31 Oktyabr 2026 18:57see234

Azərbaycanda bəzi kolleclər ləğv olunur?

01 Noyabr 2026 12:12see229

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

01 Noyabr 2026 21:00see213

Baş idarə rəisinə yeni rütbə verildi

01 Noyabr 2026 08:15see209

Aliment ödəməyənləri sərt cəzalar gözləyir Yanvarın 1 dən start veriləcək

01 Noyabr 2026 10:59see205

Rəşid Əl Xəlifənin “Yeşik labirinti” instalyasiyası izləyiciləri məkanın içində hərəkətə dəvət edir (Foto)

31 Oktyabr 2026 22:39see203

Hindistanda etnik qruplar arasında toqquşmalar baş verib Beş nəfər ölüb

01 Noyabr 2026 17:04see203

Bakı Beynəlxalq İncəsənət Festivalı çərçivəsində “Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:10see203

Beyləqanda “tok”dan ölən gəncin kimliyi açıqlandı Foto

01 Noyabr 2026 15:11see202

Hollivud ulduzu Cek Nikolson barədə danışdı: “Kinoya qayıtmayacaq”

01 Noyabr 2026 03:35see198
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri