Icma.az
close
up
RU
Azərbaycan Çin əməkdaşlığı ədalətli qlobal geosiyasi nizamın formalaşmasına xidmət edir

Azərbaycan Çin əməkdaşlığı ədalətli qlobal geosiyasi nizamın formalaşmasına xidmət edir

Ses qazeti portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Prezident İlham Əliyevin aprelin 24-də Çinin nüfuzlu CGTN telekanalına verdiyi müsahibədə səsləndirdiyi fikirlər ölkəmizin çoxşaxəli xarici siyasət kursunun ardıcıl xarakter daşıdığını, Çinlə əməkdaşlığın isə daha yüksək strateji mərhələyə qədəm qoyduğunu nümayiş etdirir.

Ölkəmiz qlobal müstəvidə mövqeyini daha da gücləndirmək üçün müstəqil siyasət yürüdür. Azərbaycan və Çin arasında münasibətlər qarşılıqlı olaraq milli maraqlara hörmət, ərazi bütövlüyünə dəstək və dövlətlərin daxili işlərinə qarışmamaq prinsiplərinə əsaslanır. Prezident İlham Əliyev Azərbaycanın “Vahid Çin” siyasətinə dəstəyini xüsusi vurğulamaqla münasibətlərin strateji əsaslarını təşkil edən bu prinsipləri diqqətə çatdırıb. Bu yanaşma, həmçinin Çinlə əməkdaşlığın möhkəm təməl üzərində qurulmasına xidmət edir. Bu, ölkələrarası etimadı daha da gücləndirərək gələcəkdə daha intensiv əlaqələrə şərait yaradır.
İki ölkənin münasibətləri həm də regional və qlobal kontekstdə yeni strateji reallıqlar əsasında formalaşır. Azərbaycanın Avrasiya məkanında əsas tranzit və logistika mərkəzlərindən birinə çevrilib. Bu, ölkəmizin regional nəqliyyat infrastrukturlarını daha da inkişaf etdirərək Çinin Orta Dəhlizə çıxış strategiyası ilə tam uzlaşır və əməkdaşlığı daha dərin iqtisadi təməl üzərində qurur. Azərbaycanın strateji mövqeyi qlobal ticari və iqtisadi axınların mərkəzində yer almasını təmin edərək, həm də ölkənin Şərq ilə Qərb arasında əhəmiyyətli bir körpü rolunu oynamağa imkan yaradır. Beləliklə, Azərbaycan-Çin strateji tərəfdaşlığı yalnız ikitərəfli çərçivədə deyil, həm də böyük geoiqtisadi layihələrin reallaşmasında həlledici faktora çevrilir.
Azərbaycan-Çin əməkdaşlığı, həmçinin ticarət, enerji, kənd təsərrüfatı, nəqliyyat-logistika, rəqəmsal texnologiyalar və yaşıl enerji sahələrini əhatə etməklə daha da şaxələnir. Yaşıl enerji və innovasiya texnologiyaları sahəsində əməkdaşlıq iki ölkənin qarşılıqlı maraqlarını təmin edir. Eyni zamanda, rəqəmsal texnologiyaların inkişafı ticarət əlaqələrinin güclənməsinə və innovativ həllərin tətbiqinə imkan verir. Təhsil və mədəniyyət sahəsində artan mübadilə proqramları isə xalqlar arasında qarşılıqlı dostluq əlaqələrini möhkəmləndirir, uzunmüddətli əməkdaşlığın ictimai dayaqlarını formalaşdırır. Beləliklə, fəal siyasi dialoq şəraitində Azərbaycan-Çin münasibətləri yalnız iqtisadiyyat və ticarət deyil, həm də mədəni və ictimai sahələrdə də mühüm önəm kəsb edir.
İki ölkə beynəlxalq münasibətlərdə bərabərlik və suverenlik prinsipini prioritet hesab edir. Prezident İlham Əliyevin müsahibəsində ifadə olunan bu mövqe Azərbaycanın qlobal güc balansında müstəqil aktor kimi çıxış etdiyini və Çinlə əməkdaşlığın məhz bu əsasda qurulduğunu bir daha nümayiş etdirir. Bu yanaşma mövcud beynəlxalq qeyri-sabitlik şəraitində Azərbaycan-Çin münasibətlərinin daha proqnozlaşdırıla bilən və davamlı olmasına şərait yaradır.
Azərbaycanın beynəlxalq hüquq çərçivəsində dünya nizamının tərəfdarı olması onun çoxşaxəli əməkdaşlıq imkanlarını genişləndirir. Ölkəmizin Şanxay Əməkdaşlıq Təşkilatı çərçivəsində müşahidəçi statusu da daxil olmaqla çoxtərəfli platformalarda Çinlə əməkdaşlıq intensivləşir. Prezident İlham Əliyevin vurğuladığı kimi, Azərbaycan Qlobal Cənubun fəal üzvüdür, biz bunu yalnız Qoşulmama Hərəkatındakı sədrliyimiz deyil, həmçinin COP29-dakı sədrliyimiz zamanı nümayiş etdirdik. Bu, Azərbaycanın qlobal mqstəvidə Çinlə sinxron hərəkətinə və çoxtərəfli əməkdaşlıqda yeni imkanlar formalaşdırmasına şərait yaradır.
Beləliklə, Azərbaycan və Çin çoxtərəfli dünya nizamında ədalətli, dayanıqlı və inklüziv əməkdaşlıq modelinin formalaşmasına real töhfə verirlər. Bu əməkdaşlıq yalnız iki ölkə üçün əlamətdar deyil, həm də beynəlxalq səviyyədə ümumi inkişaf və təhlükəsizliyin təmin olunmasına müsbət təsir göstərir.

Mahir Süleymanlı
Milli Məclisin deputatı

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:131
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 29 Aprel 2025 18:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Londonda Cənubi Qafqazda sülh və regional təhlükəsizlik məsələləri müzakirə olunub

28 Yanvar 2026 06:56see473

Səfirlər birlikdə Liverpul Qarabağ oyununu izlədi VİDEO

29 Yanvar 2026 13:17see252

Saat 10:00 da qaz kəsiləcək Bu ərazilərdə

28 Yanvar 2026 09:42see221

PAŞA Bank səhmlərinin 5% ni hərraca çıxaracaq

28 Yanvar 2026 11:10see206

Changan dan şikayətlər artır Bəs ekspert nə deyir?

29 Yanvar 2026 12:12see203

Ən çox şikayət olunan bankları hansı cəza gözləyir?

28 Yanvar 2026 15:56see193

Vətəndaşın 55 minə aldığı Çin maşınının ehtiyat təkəri yoxdur ŞİKAYƏT VİDEO

29 Yanvar 2026 12:01see189

Kapital Bank liderliyini qoruyur

28 Yanvar 2026 14:45see184

Bu sərvətlərə qarşı ehtiyatsız davransanız, 2 ilədək həbs olunacaqsınız

28 Yanvar 2026 19:29see172

Nazirlə İlon Mask arasında qarşıdurma yaranıb

28 Yanvar 2026 18:42see166

Ağıllı insanların əksəriyyəti həyatın 5 sadə qaydasını çox gec anlayır PSİXOLOQ

28 Yanvar 2026 15:54see160

Bakıya tramvay gətirən nazirlik: Hamının tıxacda qaldığı əraziləri unudub...

28 Yanvar 2026 18:07see160

Yağ ləkələrindən bu üsullarla xilas olun

29 Yanvar 2026 05:19see158

Nihat Kahveci: “Liverpul”la oyunu unudun, bu büdcə ilə pley offdasınız”

29 Yanvar 2026 16:26see155

Niyə hər şeyə inanmalısan? QNET haqqında oxuyun

28 Yanvar 2026 14:32see153

“Əl İttihad”ın baş məşqçisi Benzemanın komandada oynamaqdan imtina etməsinə reaksiya verib

30 Yanvar 2026 01:43see151

Çay saatına çox yaraşan limonlu, zəncəfilli keks

28 Yanvar 2026 07:12see144

Fənərbaxça Avropa Liqası matçına 8 itki ilə çıxacaq

28 Yanvar 2026 22:03see142

Tay çinin faydaları Xroniki xəstəlikləri müalicə edir

29 Yanvar 2026 02:30see137

Hava kəskin soyuyur Bu ərazilərə qar yağacaq

28 Yanvar 2026 07:13see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri