Icma.az
close
up
RU
Türk Dövlətləri Təşkilatı beynəlxalq müstəvidə ədalətli geosiyasi nizamın formalaşmasına ciddi təsir göstərmək iqtidarındadır

Türk Dövlətləri Təşkilatı beynəlxalq müstəvidə ədalətli geosiyasi nizamın formalaşmasına ciddi təsir göstərmək iqtidarındadır

Icma.az, Ses qazeti portalına istinadən məlumatı açıqlayır.

Müsahibimiz Milli Məclisin deputatı Nurlan Həsənov

- Oktyabrın 7-də Qəbələdə keçirilən Türk Dövlətləri Təşkilatının (TDT) Dövlət Başçıları Şurasının 12-ci Zirvə Görüşündə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev çox mühüm məqamlara toxundu, önəmli mesajlar verdi. TDT-nin artıq müasir beynəlxalq münasibətlər sistemində strateji aktora çevrilməsi vurğulandı. Sizcə, bu faktor dünya siyasətində hansı yeni imkan və çağırışları meydana çıxarır?
- Müasir beynəlxalq münasibətlər sistemində müşahidə olunan dəyişikliklər göstərir ki, dünyanın siyasi xəritəsində yeni güc mərkəzləri formalaşır, regional əməkdaşlıq mexanizmləri isə qlobal siyasətin əsas istiqamətlərindən birinə çevrilir. Qərb və Şərq arasında geosiyasi balansın dəyişməsi, yeni iqtisadi əlaqələrin yaranması və enerji təhlükəsizliyi məsələlərinin aktuallaşması fonunda Türk Dövlətləri Təşkilatı özünəməxsus model kimi ön plana çıxır. Qəbələ şəhərində keçirilən Türk Dövlətləri Təşkilatının Dövlət Başçıları Şurasının 12-ci Zirvə Görüşü müasir dövrün qlobal çağırışlarına uyğun strateji yanaşmanın təzahürü kimi dəyərləndirilir.
TDT-nin fəaliyyəti sübut edir ki, türk dövlətləri gələcəyə yönəlmiş məqsədyönlü siyasət, qarşılıqlı etimad və rasional qərarlarla birləşir. Artıq bu nüfuzlu təşkilat qlobal sistemdə ədalətli, dayanıqlı və təhlükəsiz beynəlxalq nizamın təşəkkülünə töhfə verən siyasi və iqtisadi platforma kimi formalaşıb. Türk dövlətləri birliyinin əsasında qarşılıqlı hörmət, suverenliyə riayət, ortaq maraqlar və bərabər tərəfdaşlıq prinsipləri dayanır. Bu prinsipial yanaşma təşkilatın siyasi mövqeyini aydın şəkildə müəyyən edir. Əsas məqsəd qarşılıqlı fayda və sabitlik üzərində qurulan əməkdaşlıq modelini möhkəmləndirməkdir. Türk dünyası bu gün enerji təhlükəsizliyindən nəqliyyat-kommunikasiya layihələrinə, rəqəmsal texnologiyalardan müdafiə sənayesinə qədər bir çox sahələrdə dərin və sistemli əməkdaşlıq istiqamətləri ilə çıxış edir. Bütün bunlar dövlətlər arasında strateji qarşılıqlı etimadı gücləndirir, regionda sülh və sabitliyin möhkəmlənməsinə şərait yaradır. Zirvə görüşündə dövlətimizin başçısı çıxışında Azərbaycanın ərazi bütövlüyü və əzəli torpaqlarımız üzərində suverenliyinin təmin olunması istiqamətində atdığı addımları diqqətə çatdırıb. Prezident İlham Əliyev qeyd edib ki, bu tarixi nailiyyət yalnız Azərbaycanın milli iradəsinin və əzmkar mübarizəsinin təntənəsi deyil, eyni zamanda, bölgədə ədalətin, sülhün və sabitliyin bərqərar olunmasına mühüm töhfədir.
- TDT ölkələri arasında nəqliyyat və texnologiya sahəsində əməkdaşlığın genişləndirilməsi regionun dayanıqlı iqtisadi inkişafına necə təsir göstərir və Azərbaycan bu prosesdə hansı rola malikdir?
- TDT ölkələri arasında nəqliyyat və texnologiya sahəsində əməkdaşlığın genişləndirilməsi regionun dayanıqlı iqtisadi inkişafına birbaşa təsir göstərir. Hazırda TDT-nin fəaliyyəti iqtisadi, siyasi, mədəni, texnoloji və humanitar müstəvilərdə dinamik şəkildə genişlənir və dövlətlər arasında strateji əlaqələrin dərinləşməsinə xidmət edir. Ələt Beynəlxalq Dəniz Limanı, Bakı–Tbilisi–Qars dəmir yolu, Zəngəzur dəhlizi və Transxəzər nəqliyyat marşrutu kimi iri infrastruktur layihələri türk dövlətlərini birləşdirən iqtisadi sistemin əsas dayaqlarına çevrilib. Bu layihələr təkcə malların daşınmasını təmin etmir, həm də qlobal logistik şəbəkədə türk dünyasının strateji mövqeyini möhkəmləndirir, Avrasiya məkanında Şərq ilə Qərb arasında iqtisadi və kommunikasiya körpüsünü yaradır.
Azərbaycan bu prosesdə aparıcı rolu özünün regional mövqeyi, nəqliyyat infrastrukturu və strateji təşəbbüsləri ilə təsdiqləyir. Ölkəmiz yalnız daşımaların təhlükəsizliyini təmin etmir, həm də enerji və logistika sahəsində innovativ texnologiyaların tətbiqinə töhfə verir. Bu, ticarət marşrutlarının səmərəliliyini artırmaqla yanaşı, region ölkələrinin iqtisadi inteqrasiyasını gücləndirir və dayanıqlı inkişaf üçün etibarlı zəmin yaradır. Eyni zamanda, TDT ölkələri arasında texnologiya sahəsində əməkdaşlığın genişlənməsi innovasiya mərkəzlərinin və rəqəmsal platformaların qurulmasına imkan verir. Elm, təhsil, enerji və informasiya texnologiyaları sahələrində birgə layihələr həyata keçirilir ki, bu da türk dövlətlərinin rəqabət qabiliyyətini artırır və iqtisadi proseslərin daha şəffaf, çevik və dayanıqlı olmasına şərait yaradır. Azərbaycan bu əməkdaşlığın təşəbbüskarlarından biri kimi, texnoloji inteqrasiyanı stimullaşdırır, həmçinin qlobal enerji və nəqliyyat dəhlizlərinin idarə olunmasında lider rolu oynayır.
Nəticədə, TDT ölkələri arasında nəqliyyat və texnologiya sahəsində genişlənən əməkdaşlıq yalnız iqtisadi fayda ilə məhdudlaşmır, həm də regionda sülh, sabitlik və qarşılıqlı etimad mühitinin möhkəmlənməsinə xidmət edir. Azərbaycan bu prosesdə strateji təşəbbüsləri, infrastruktur layihələri və texnoloji həlləri ilə həm lider, həm də əlaqələndirici rol oynayır, türk birliyinin Avrasiya məkanında dayanıqlı inkişafın təminatçısına çevrilməsinə töhfə verir.
- Azərbaycan Prezidentinin çıxışında xüsusilə ölkəmizin qlobal səviyyədə enerji təhlükəsizliyinin təmin edilməsində oynadığı strateji rol önəmli məqam kimi vurğulandı…
- Azərbaycan enerji təhlükəsizliyi sahəsində qlobal səviyyədə fəal aktor olaraq etibarlı tərəfdaş kimi çıxış edir. Şaxələndirilmiş neft və qaz kəmərləri vasitəsilə ölkəmiz Xəzər regionunu beynəlxalq bazarlara birləşdirir və təbii qaz ixracında öncül mövqeyə malikdir. Hazırda dövlətimiz 14 ölkəyə təbii qaz ixrac edir. Coğrafi əhatəsinə görə boru kəmərləri ilə təbii qaz ixrac edən ölkələr sırasında Azərbaycan birinci yerdədir. Eyni zamanda, bərpaolunan enerji mənbələrinə yatırımlar ölkəmizin gələcək enerji balansının dayanıqlı olmasını təmin edir. TDT ölkələri ilə birgə həyata keçirilən sərmayə layihələri isə həm iqtisadi inteqrasiyanı gücləndirir, həm də türk dünyasında enerji, nəqliyyat və iqtisadi əməkdaşlığın möhkəmlənməsinə və regionun davamlı inkişafına töhfə verir.
Təşkilatın iqtisadi müstəvidə atdığı addımlar da bu istiqamətdə mühüm nəticələr doğurur. Üzv ölkələr arasında ticarət dövriyyəsinin artması, sərmayə axınının intensivləşməsi, sənaye zonalarının yaradılması və enerji layihələrinin genişləndirilməsi Türk Dövlətləri Təşkilatının iqtisadi dayaqlarını daha da möhkəmləndirir. Bu amillər, eyni zamanda, üzv ölkələrin iqtisadi müstəqilliyini təmin etməklə yanaşı, beynəlxalq iqtisadi sistemdə türk dövlətlərinin rəqabətədavamlı və dayanıqlı iqtisadi mərkəzə çevrilməsinə imkan yaradır.
Beləliklə, Türk Dövlətləri Təşkilatı qlobal səviyyədə sabitlik, inkişaf və ədalət axtarışlarının yeni mərkəzinə çevrilməkdədir. Türk dövlətlərinin birliyi beynəlxalq sistemdə çoxqütblü, ədalətli və tarazlaşdırılmış dünyanın formalaşmasına xidmət edir. Bu amillər həm də sübut edir ki, TDT təkcə bir regionun yox, ümumilikdə beynəlxalq münasibətlər sisteminin gələcək simasını formalaşdıran strateji qüvvəyə çevrilib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:44
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 09 Oktyabr 2025 11:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İsrail Beyrutda Hizbullah hədəfinə zərbə endirdi

23 Noyabr 2025 19:22see229

Mingəçevirdə 17 yaşlı yeniyetmə öldürüldü Saxlanılanın 14 yaşı var

22 Noyabr 2025 23:58see215

Sadıqovvari tənqid və.. nəticə?

23 Noyabr 2025 10:47see182

Anomal hava ilə bağlı XƏBƏRDARLIQ Bu şəxslər xüsusi risk altındadır

22 Noyabr 2025 13:21see146

“Bu gün tanış olmuşduq, xəbər gəldi ki, rəhmətə gedib…” Foto

22 Noyabr 2025 10:49see137

Suriyanın bu şəhəri qorxu içindədir: Qadını yandırıb...

23 Noyabr 2025 19:22see136

Gündə neçə banan yemək olar? Faydaları

23 Noyabr 2025 06:06see135

Zirə autsayderə qarşı

22 Noyabr 2025 09:31see135

“Napoli” “Qarabağ”la oyun ərəfəsində qələbə qazanıb

23 Noyabr 2025 01:38see133

Azərbaycanın tütün istehsalçısı satışdan nə qədər qazanıb?

23 Noyabr 2025 16:32see132

Naxçıvanda yol qəzası olub, 4 nəfər xəsarət alıb

22 Noyabr 2025 19:20see128

İsraildən sərt mesaj: “Bir neçə cəbhədə əməliyyatları genişləndiririk”

23 Noyabr 2025 16:56see127

Duz beyinə necə təsir edir?

22 Noyabr 2025 07:37see125

Almaniyada Ukrayna ilə bağlı Təhlükəsizlik Şurasının iclası keçirilib

23 Noyabr 2025 06:10see124

Ən nadir 5 pişik cinsi

23 Noyabr 2025 03:03see124

La Liqa: Barselona Kamp Nou ya qələbə ilə dönür

23 Noyabr 2025 02:12see124

Ləzizbəy üç il “dincələcək”

23 Noyabr 2025 00:57see123

Qırğızıstanın sabiq prezidentinin oğlu SAXLANILDI

22 Noyabr 2025 23:03see123

Sabah Şamaxı matçında qolsuz BƏRABƏRLİK

23 Noyabr 2025 17:28see122

Karbohidratlı pəhrizin xeyrini bilirsiniz?

23 Noyabr 2025 17:32see121
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri