Icma.az
close
up
RU
Azərbaycan dünyada sülhə, sabitliyə, əməkdaşlığa töhfə verən dövlət kimi tanınıb Ekspert

Azərbaycan dünyada sülhə, sabitliyə, əməkdaşlığa töhfə verən dövlət kimi tanınıb Ekspert

525.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Azərbaycan elə bir coğrafiyada yerləşir ki, bura Avropa və Asiyanın birləşdiyi, eyni zamanda Şərq-Qərb, Şimal-Cənub yollarının kəsişdiyi strateji əhəmiyyətli bir coğrafiyadır. Azərbaycanın yerləşdiyi coğrafiya həm Avropa, həm Orta Asiya, həm də Yaxın və Orta Şərq ilə qonşuluqda yerləşir. Məhz belə bir coğrafiyada yerləşməyimiz ölkəmizin hər üç region ilə sıx əlaqələr qurmasına zəmin yaradan vacib faktorlardan biridir.

Bu barədə 525.az-a Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) eksperti Sultan Zahidov bu günlərdə ADA Universitetində keçirilən "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forumda Azərbaycanın Mərkəzi Asiya, Yaxın Şərq, Afrika regionları ilə əlaqələrinə dair səsləndirilən fikirləri şərh edərkən deyib.

Ekspert bildirib ki, Azərbaycanın beynəlxalq aləmdə öz statusunu, çəkisini daha da yüksəltməsi, etibarlı tərəfdaş kimi beynəlxalq ictimaiyyətin rəğbətini qazanması, vacib beynəlxalq tədbirlərə, o cümlədən COP29-a ev sahibliyi etməsi, regional və qlobal  problemlərin həllində get-gedə daha açar rola sahib olması istər-istəməz fərqli regionlarda, o cümlədən Mərkəzi Asiya, Yaxın və Orta Şərq regionunda da ölkəmizin iştirakını zəruri edən amillər sırasındadır. Çünki həmin regionlarda da Azərbaycan sülhə, sabitliyə, əməkdaşlığa töhfə verən bir dövlət kimi tanınıb və qəbul olunub.

“Orta Dəhliz kimi meqalayihənin əsas iştirakçılarından biri Azərbaycan, eyni zamanda da Mərkəzi Asiya dövlətləridir ki, bu dəhliz vasitəsilə Avropa ilə Çin arasında ticarət həcmi getdikcə daha da atmaqdadır. Azərbaycanı Orta Asiya ilə bağlayan başqa bir xüsusiyyət yalnız ticarət və nəqliyyat, enerji deyil, bura Türk Dövlətləri Təşkilatını (TDT) da daxil etməliyik ki, bu təşkilatın potensialı günü-gündən artır. Həm hərbi, həm iqtisadi, humanitar aspektdən yanaşsaq, TDT bilirik ki, artıq yalnız regional səviyyədə deyil, bütün Avrasiya səviyyəsində proseslərə, məsələlərə müdaxiləsi, həmin proseslərin həllinə müsbət töhfəsi gündəmi zəbt edən məsələlər sırasındadır. Məhz bu səbəbdən Prezident İlham Əliyev bu təşkilatın qlobal səviyyədə böyük bir quruma çevrilməsini istəyir. Çünki təşkilatın əhatə etdiyi coğrafiya, onun strateji əhəmiyyəti, ticari-iqtisadi potensialı, hərbi imkanları əslində qlobal səviyyədə də bir aktora çevrilmək imkanını yaradıb”, — ekspert söyləyib.

Xatırladıb ki, Mərkəzi Asiya ilə gündəmdə sözsüz ki, Xəzər dənizinin dibindən enerji kabelinin çəkilməsi və bu enerjinin Avropaya ötürülməsi məsələsi də gündəmdədir: “Bütün bu layihələrin hər biri Qafqazı və Mərkəzi Asiyanı, Azərbaycanı və Mərkəzi Asiya dövlətlərini bağlayan layihələr sırasında qələmə verilə bilər”.

Yaxın və Orta Şərq regionu ilə əlaqələrə toxunan S.Zahidov söyləyib ki, bu, bizim yaxın coğrafiyamızdır, Azərbaycan hər zaman bu bölgədə sabitliyin, inkişafın, əməkdaşlığın təminində maraqlı olub: “Ona görə ki, bu regionda baş verən münaqişələr ölkəmizə də mənfi təsir edə bilər. Azərbaycan bunun fərqindədir”.

Ekspert deyib ki, Prezident İlham Əliyevin ADA Universitetindəki çıxışından da gördük ki, Azərbaycan Yaxın və Orta Şərq dövlətləri arasında münasibətlərin tənzimlənməsində də bir vasitəçilik missiyasını uğurla yerinə yetirilməkdədir:

“Nümunə olaraq Türkiyə ilə İsrail arasındakı münasibətləri qeyd edə bilərik. Azərbaycan bu iki ölkə arasında həm birinci böhran dönəmində, həm də hazırda vasitəçilik missiyasını həyata keçirməkdədir. Aprelin 9-da Bakıda hər iki ölkənin hərbi və təhlükəsizlik məmurları arasında görüş olub və hər iki tərəf Azərbaycana bu vasitəçiliyə görə təşəkkürlərini bildirdilər. Bu çox vacib məqamdır. Bilirsiniz ki, İsrail və Türkiyə Yaxın və Orta Şərqdəki müəyyən məsələlərdə anlaşılmazlıq içindədirlər. O cümlədən Fələstin, Suriya məsələsində. Azərbaycanın burda vasitəçiliyi həm iki ölkə arasında, həm də regional səviyyədə sülh və sabitliyə ciddi şəkildə töhfə vermək imkanına malikdir. Azərbaycan Suriyada sabitliyin, ölkə ilə  sıx təmaslar və əməkdaşlığın tərəfdarıdır. Prezident İlham Əliyevin Antalya Diplomatiya Forumunda Suriyanın keçid dövrü Prezidenti Əhməd Əl Şaraa ilə görüşü olub. Prezident İlham Əliyev Suriyada bərpa prosesində Azərbaycanın iştirak etməyə hazır olduğunu qeyd etdi. Bu, bir daha Bəşər Əsəd rejimindən sonra Azərbaycan-Suriya münasibətlərində yeni bir səhifənin açılması deməkdir. Eyni zamanda, Azərbaycanın Yaxın və Orta Şərqdəki proseslərdə bundan sonra daha fəal rol oynayacağının göstəricisidir”.

Afrika qitəsinə gəlincə, ekspert söyləyib ki, burda uzun illərdir münaqişələr, kolonializim irsi, qalıqları, aclıq, səfalət, xəstəliklər hökm sürməkdədir: “Əfsuslar olsun ki, böyük dövlətlər Afrikaya yardım etmək əvəzinə daha çox oranın resurslarını talayıb, ordakı dövlətlər arasında nifaq yaradıb, öz məkrli geosiyasi planlarını həyata keçirməyə çalışıblar. Bu gün Azərbaycanın Afrika ölkələrinə xüsusi diqqət ayırması Azərbaycanın Qlobal Cənubun maraqlarının təmin olunmasında aparıcı güclərdən birinə çevrildiyinin sübutudur. COP29-da ölkəmiz Qlobal Cənub və Şimal arasında körpü rolunu oynadı. Bakı Təşəbbüs Qrupu vasitəsilə Azərbaycan Fransa kimi ölkələrin neokolonial siyasətini tənqid edərək, bu siyasətdən əziyyət çəkən ölkələrin haqqını müdafiə etdi. Bu dövlətlərin əksəriyyəti Afrikada yerləşir. Bu baxımdan Azərbaycanın Afrika istiqamətinə yön alması, ölkəmizin ticari-iqtisadi əlaqələrindən əlavə, humanitar məsələlərə, humanizmə ciddi önəm verdiyinin göstəricisidir. Düşünürəm ki, Azərbaycan bundan sonra da Afrikadakı proseslərdə daha çox iştirak etməyə, daha çox dövlətlə münasibətlərin inkişaf etdirməyə və səfirliklərini çoxaltmağa yönələn siyasət aparacaq.

COVİD dönəmində Azərbaycan 80-dən çox ölkəyə humanitar yardım etdi ki, onların əksəriyyəti Afrika dövlətləri idi. Bu bir daha ölkəmizin bəzi geosiyasi məkrli planlar həyata keçirməyə çalışan dövlətlərdən fərqli olaraq əməkdaşlığa, humanizmə, ədalətə, eyni zamanda, bərabərliyə söykənən xarici siyasət yürütdüyünü nümayiş etdirir. Bu, Azərbaycanın artıq bir regional aktor kimi yalnız Qafqazda deyil, beynəlxalq aləmdə dünyada etibarlı tərəfdaş, yardımsevər dövlət, postkolonializmə, postimperializmə qarşı müqavimət göstərən bir dövlət kimi tarixə keçməsinə zəmin yaradacaqdır”.

Pərvanə Sultanova

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:111
embedMənbə:https://525.az
archiveBu xəbər 16 Aprel 2025 14:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İlon Mask: Avropa İttifaqı ləğv edilməli, ölkələrə suverenlik verilməlidir

06 Dekabr 2025 19:41see257

Zelenski, Makron, Starmer və Merz 8 dekabrda Londonda görüşəcəklər

06 Dekabr 2025 22:42see197

Gündə bir stəkan şərab: Zərəri, yoxsa faydası var?

06 Dekabr 2025 20:43see151

Ərdoğan Venesuelalı həmkarı Maduro ilə telefonla danışıb

07 Dekabr 2025 00:43see140

Aİ Rusiyanın dəniz yolu ilə neft ixracına tam qadağanı nəzərdən keçirir

06 Dekabr 2025 20:23see140

Ömrün ağırlığı çökmüş vərəqlər Rafael Hüseynov yazır

08 Dekabr 2025 09:43see132

Azad Şabanov “Qızım” mahnısını təqdim etdi VİDEO

08 Dekabr 2025 14:39see131

Merz: Almaniya Fələstin dövlətini tanımayacaq

07 Dekabr 2025 17:44see131

Qəzzada atəşkəsə BMT qüvvələri nəzarət etməlidir” HƏMAS lideri

07 Dekabr 2025 20:34see129

Tehran BƏƏ nin iddialarını rədd etdi: Üç ada İranındır

07 Dekabr 2025 12:57see129

Erməni din xadimlərinin görüşü təxirə salındı Eçmiədzin səbəbi açıqladı

07 Dekabr 2025 19:03see129

Dyökereş “Aston Villa”ya məğlubiyyətdən sonra: “Oyunumuzu bir az yaxşılaşdırmalıyıq”

07 Dekabr 2025 05:12see128

Hiperaktivlik vaxtında müalicə olunmasa, uşağın gələcək həyatı təhlükədədir

07 Dekabr 2025 16:01see128

Salah: “Klub məni pis vəziyyətə qoyur”

07 Dekabr 2025 01:38see128

İçərişəhər Dövlət Tarix Memarlıq Qoruğunun ərazisində taktiki xüsusi təlim keçirilib

07 Dekabr 2025 11:52see127

Sumqayıtda 7 aylıq körpə ölüb

08 Dekabr 2025 00:56see127

Volkandan gözlənilməz qərar

07 Dekabr 2025 20:12see127

Ad gününə lotereya aldı, 500 min dollar uddu

07 Dekabr 2025 10:04see127

“Lexus” kanala aşdı 5 nəfər öldü KONKRET

07 Dekabr 2025 09:54see127

“İnter”dən inamlı qələbə

07 Dekabr 2025 02:06see120
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri