Icma.az
close
up
RU
Azərbaycan Çin münasibətlərinin dərinləşməsi ölkəmizin dünyada nüfuzunun daha da artmasına təkan verəcək ŞƏRH

Azərbaycan Çin münasibətlərinin dərinləşməsi ölkəmizin dünyada nüfuzunun daha da artmasına təkan verəcək ŞƏRH

Azertag saytına istinadən Icma.az xəbər verir.

Bakı, 22 aprel, AZƏRTAC

Çinin dünyanın regional nizamını yenidən müəyyənləşdirməyə çalışdığı daha geniş bir strategiyasının başlanğıcındayıq desək, yanılmarıq. Bu ölkənin innovasiya imkanları, iqtisadi keçidləri, xüsusən də texnoloji rəqabətdə irəliləyişi o qədər güclüdür ki, dünya iqtisadiyyatını dəyişkənliyə məruz qoyur. Belə bir reallıqda Azərbaycan-Çin münasibətlərinin dərinləşməsi ölkəmizin təkcə Cənubi Qafqazda deyil, dünyada nüfuzunun artmasına imkan verəcək. Təbii, Çinlə dərinləşən əlaqələr Cənub-Şərqi Asiya dövlətləri ilə əlaqələrə də təsir edəcək ki, bu da Azərbaycan iqtisadiyyatının dünyaya açılması deməkdir. Ticarət əlaqələri öz növbəsində diplomatik münasibətlərə də müsbət təsir göstərəcək, bu isə dövlətimizin başçısının uzunmüddətli siyasi hədəflərinin reallaşmasına gətirib çıxaracaq.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsi sədrinin müavini Azər Badamov söyləyib.

O bildirib ki, Azərbaycan-Çin münasibətlərində hərbi, siyasi və iqtisadi bağlılığın miqyası böyüyür. “Qərb siyasətçilərində bu gün belə bir fikir hökm sürür ki, “Biz özümüzü çox qiymətləndirdiyimiz üçün Çini düzgün qiymətləndirmədik”. Çin elm və texnologiyanın sərhədlərinin dəyişməsinə sistemli şəkildə təkan verir, bu baxımdan onun inkişaf trayektoriyası düzgün izlənilməli və qiymətləndirilməlidir. Çin Sədri Si Cinpinin son günlər Vyetnam, Malayziya və Kamboca olmaqla, üç Cənub-Şərqi Asiya ölkəsinə səfərləri Pekin üçün yaxın qonşuluğunda gücünü möhkəmləndirmək istiqamətində mühüm addım idi. Düşünürəm ki, burada bircə fakta diqqət yetirmək kifayətdir. Donald Tramp administrasiyasının ticarət maneələrini artırdığı, yeni tariflər (Kambocadan gələn mallara 49%-ə qədər, Çin mallarına isə 145%-ə qədər) tətbiq etdiyi və Hind-Sakit Okean regionunda təhlükəsizliyin təminatçısı kimi əvvəlki rolundan geri çəkildiyi bir vaxtda Çin açıq şəkildə işarə edir ki, ABŞ bu ölkədən çıxsa, Pekin boşluğu dolduracaq. Bu amil isə, sadəcə, həmin bölgə üçün keçərli deyil. Çinlə Azərbaycanı birləşdirən bir məqam da budur ki, hər iki ölkə güclənmə məsələsinə iqtisadi baxımdan yanaşır. Yəni, silahla deyil, müqavilələr, ticarət əlaqələri, limanların, dəmir yollarının və rabitə şəbəkələrinin tikintisi və genişləndirilməsi ilə.

Çin və Azərbaycanı birləşdirən digər məsələlər də var. Prezident İlham Əliyev çıxışlarında hər zaman bildirir ki, kənar güclərin ölkəmizə və regionumuza müdaxiləsinə icazə verilməyəcək. Si Cinpin Kambocaya səfəri zamanı bənzər və çox maraqlı bir fikir səsləndirdi ki, o, müstəqil inkişaf yolunun tərəfdarı olmaqla yanaşı, həm də xarici güclərin suveren dövlətlərin daxili işlərinə qarışmasını pisləyir. Pekini cazibədar edən daha önəmli bir məsələ onun təkcə pul və texnologiya təklif etməsi ilə kifayətlənməyərək, həm də liberal-demokratik modelə ideoloji alternativ təklif etməsi, daxili siyasətlə bağlı isə heç bir sual verməyən tərəfdaş kimi özünü göstərməsidir. Qərb uduzur, o, demokratik islahatlar kimi nağıllarla göstərdiyi isrardansa, daha praqmatik mövqe tutulmalıdır. Azərbaycanın dövlət başçısı son mesajlarında da məhz bu notlar üzərində dayandı. Strateji əməkdaşlıq müqabilində dəstək-təklif-imkan paketi olmalıdır. Azərbaycan və Çin Qərbin təzyiqlərinə baxmayaraq, müttəfiqliyi gücləndirir. Dövlətimizin başçısı iki ölkə arasında əlaqələrin ticarət, iqlim fəaliyyəti və ortaq dəyərlər vasitəsilə inkişaf etdiyini bildirir. Buna görə də Çinin Sinxua agentliyinə məxsusi müsahibəsində Prezident İlham Əliyev bildirdi ki, 2024-cü ilin iyulunda Sədr Si Cinpinlə imzalanmış Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamədən sonra Bakı ilə Pekin arasında münasibətlər “tarixi mərhələyə daxil olub”. İki ölkə arasında 2024-cü ildə ikitərəfli ticarət 20,7% artıbsa, Çinin Azərbaycanın ən böyük idxal tərəfdaşı olması reallığı ortada mövcuddursa, həmçinin uzaqgörən Liderimiz texnologiya, enerji və infrastruktura sərmayələrə toxunarkən “Hələ istifadə olunmamış böyük potensial var” deyirsə, deməli, Çin-Azərbaycan münasibətlərinin inkişaf üfüqləri çox uzağa gedib çıxır”, - deyə deputat qeyd edib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:82
embedMənbə:https://azertag.az
archiveBu xəbər 22 Aprel 2025 16:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see275

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see267

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see255

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see250

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see227

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see204

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see199

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see193

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see178

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see171

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see167

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see162

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see159

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see156

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see153

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see151

Qusarın iki kəndinin problemləri dinlənildi, tapşırıqlar verildi FOTO

22 Yanvar 2026 19:30see145

“iPhone”larda geri düyməsinin olmamasının səbəbi bu imiş

22 Yanvar 2026 06:18see141

Qarabag ın baş məşqçisi: Bəhlulun bütün səhvlərini bu qola görə bağışlamaq olar

22 Yanvar 2026 01:55see140

Qarabağ dan möhtəşəm qələbə: Ağdam 3:2 Frankfurt

21 Yanvar 2026 23:52see137
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri