Icma.az
close
up
RU
Azərbaycan Çinin BytePlus şirkəti ilə süni intellektə birgə sərmayəni müzakirə edib

Azərbaycan Çinin BytePlus şirkəti ilə süni intellektə birgə sərmayəni müzakirə edib

Icma.az, 525.az portalına istinadən məlumat verir.

Azərbaycan ilə Çinin "BytePlus" şirkəti arasında süni intellekt sahəsində birgə sərmayə və tərəfdaşlıq imkanları müzakirə edilib.

525.az Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə istinadən xəbər verir ki, müzakirələr Çinin Şanxay şəhərində keçirilən "ByteDance" şirkətinin "Volcano Engine" platformasının təşkil etdiyi "FORCE Original Power Conference – Winter" tədbiri çərçivəsində baş tutub.

Azərbaycanı tədbirdə rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Samir Məmmədov və Prezident Administrasiyasının Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsinin sektor müdiri Elmir Vəlizadə təmsil edib.

"BytePlus" şirkətinin direktoru Yongliang Zhang ilə işgüzar görüş zamanı tərəflər həmçinin əməkdaşlıq perspektivləri, "BytePlus"un təqdim etdiyi süni intellekt həllərinin Azərbaycanda tətbiqi, ölkəmizdə məlumat mərkəzinin yaradılması ətrafında fikir mübadiləsi aparıb.

Əməkdaşlığın davamı olaraq tərəflər arasında koordinasiyanın gücləndirilməsi məqsədilə birgə işçi qrupunun yaradılması barədə razılıq əldə edilib. İşçi qrupunun əsas məqsədi prioritet istiqamətlərin müəyyənləşdirilməsi, mümkün birgə layihələrin qiymətləndirilməsi və əməkdaşlıq üzrə praktik yol xəritəsinin formalaşdırılması olacaq.

Konfrans çərçivəsində sənaye və biznes üçün agent əsaslı Süni İntellekt (Sİ) yanaşmalarının təsiri, Sİ həllərinin real sektorlarda tətbiqi, eləcə də böyük dil modellərinin və agent inkişaf ekosisteminin yenilənmələri müzakirə olunub. Tədbirdə, o cümlədən "Doubao" model xəttinin yenilənməsi və Agent inkişaf alətlərinin təkmilləşdirilməsi təqdim olunub.

Qeyd edə ki, "ByteDance" 2012-ci ildə təsis edilib, süni intellektlə dəstəklənən innovativ platformaların yaradılmasına fokuslanan qlobal texnologiya şirkətidir. Şirkət insanların məlumatları kəşf etməsinə, yaratmasına və paylaşmasına kömək edən məzmun və məhsuldarlıq həllərini inkişaf etdirir. Bu məhsullara "TikTok", "Douyin", "CapCut", "Lark" və digər müasir həllər daxildir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:192
embedMənbə:https://525.az
archiveBu xəbər 22 Dekabr 2025 16:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see331

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see312

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see304

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see293

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see291

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see286

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see283

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see282

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see257

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see250

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see238

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see237

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see236

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see232

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see231

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see225

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see222

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see221

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see220

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see195
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri