Icma.az
close
up
RU
Azərbaycan Çinin daha iki şirkəti ilə anlaşma memorandumu imzalayıb

Azərbaycan Çinin daha iki şirkəti ilə anlaşma memorandumu imzalayıb

Bakivaxti portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

COP29 çərçivəsində Energetika Nazirliyi, Çinin “China Southern Power Grid International (Hong Kong) Co.,Ltd” və “Powerchina Huadong Engineerıng Corporation Limited” şirkətləri arasında enerji saxlanması sahəsində Anlaşma Memorandumu imzalanıb.

Bakıvaxtı.az Energetika Nazirliyinə istinadən xəbər verir ki, sənəd nasoslu hidroakkumulyasiya sistemi (PHS), batareya enerji saxlama sistemi (BESS), yüksək gərginlikli birbaşa cərəyan ötürmə sistemi (HVDC) və digər alternativ enerji ötürmə, paylama, şəbəkə rəqəmsallaşdırma texnologiyaları kimi sahələrdə əməkdaşlığı nəzərdə tutur.

Memoranduma əsasən, həyata keçiriləcək fəaliyyətlərin səmərəliliyini təmin etmək, koordinasiyanı gücləndirmək və proseslərə nəzarət məqsədilə İdarəetmə Komitəsi və İşçi qrupu yaradılacaq.

İmzalanma mərasimindən əvvəl energetika naziri Pərviz Şahbazovla şirkətlərin vitse-prezidentləri Fan Yaliang, Liu Shaoquan və Zhu Bonun rəhbərlik etdiyi nümayəndə heyətləri arasında görüş də olub.

Görüşdə Azərbaycan və Çin arasında strateji tərəfdaşlıq münasibətlərindən bəhs edilərək, Memorandum çərçivəsində bərpa olunan enerji və enerji saxlanması texnologiyaları sahəsində əməkdaşlığın perspektivləri müzakirə edilib. Azərbaycanın yaşıl enerji istehsalını artırmaq, regionda və dünyada enerji dəhlizlərinin inkişafını təşviq etmək üzrə səyləri qeyd edilib. Çin şirkətlərinin bu prosesdə iştirakı müasir texnologiyaların tətbiqi və innovativ həllərin inteqrasiyası kontekstində dəyərləndirilib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:86
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 20 Noyabr 2024 11:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Tulin Ələkbərova və tələbəsi saxlanıldı

05 Dekabr 2025 09:49see296

Rusiyada 21 yaşına çatmamış şəxslər tütün və spirtli içkilərin satışı ilə məşğul ola bilməyəcək

05 Dekabr 2025 01:45see238

ABŞ də 2025 ci ildə ən çox səhv tələffüz edilən sözlər hansıdır?

05 Dekabr 2025 01:11see211

Daha bir YANĞIN: ölən və xəsarət alanlar var

05 Dekabr 2025 10:59see197

Kosmosdakı 5 sm lik peykimiz nəyə yarayır?

05 Dekabr 2025 08:03see193

Uzun müddətdir gözlədiyiniz bir xəbəri ala bilərsiniz Qoroskop

06 Dekabr 2025 04:35see184

İlon Mask: Avropa İttifaqı ləğv edilməli, ölkələrə suverenlik verilməlidir

06 Dekabr 2025 19:41see181

Gəncədə yeniyetmə və 22 yaşlı qadını bıçaqlayan şəxslər saxlanılıb

05 Dekabr 2025 09:28see178

Çempionlar Liqası: Araz Naxçıvan qapını bərk çırpa biləcək?

05 Dekabr 2025 09:34see176

Bakıda torpağın sotu 425 min oldu 41 faiz bahalaşma var VİDEO

05 Dekabr 2025 09:37see174

Borclu sakinlərə görə bütün binanın istiliyi kəsilirsə... Ekspert

05 Dekabr 2025 08:31see154

Ritual əşyalarının olduğu sirli bir məzar aşkar edilib...

05 Dekabr 2025 21:47see151

“Əmək müqavilələrinin sayı 45 faiz artıb, əməkhaqqı fondu isə 3,2 dəfə yüksəlib” Nazir

05 Dekabr 2025 12:02see149

Lökbatanda güclü yanğın olub, ölən və yaralananlar var

05 Dekabr 2025 06:01see138

İsrail Avroviziyaya qatılacaq 4 ölkədən boykot qərarı

05 Dekabr 2025 01:11see135

Almaniya Bundesliqası: Turun ilk matçında qonaqlar sevindilər

06 Dekabr 2025 05:52see135

Bakının mərkəzində bu küçəni su basdı VİDEO

05 Dekabr 2025 09:46see129

Donald Tramp əfsanəvi restlerin vida qarşılaşmasına canlı baxmaq istəyir

05 Dekabr 2025 05:07see127

Bundesliqa: “Borussiya Mönhenqladbax” minimal hesabla “Mayns”ı məğlub edib

06 Dekabr 2025 02:46see125

Maks Ferstappen: “Kifayət qədər sürətli deyilik”

06 Dekabr 2025 00:47see123
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri