Icma.az
close
up
RU
Azərbaycan COP29da intriqalara GETMƏDİ

Azərbaycan COP29da intriqalara GETMƏDİ

Icma.az, Modern.az saytına istinadən bildirir.

BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının Bakıda keçirilən 29-cu sessiyası (COP29) yekinlaşır. 196 ölkədən 72 min iştirakçının qeydiyyatdan keçdiyi bu tədbirə gələnlər arasında 80 prezident, vitse-prezident və baş nazir də vardı. Azərbaycanın təşkilatçılığını həzm edə bilməyən bəzi xarici dairələrin COP29-u boykot kampaniyası ciddi nəticə vermədi. 
Rəsmi Bakı bir sıra dövlət və hökumət başçılarının müxtəlif bəhanələrlə COP29-a gəlmək istəməməsinə təmkin göstərdi, intiqalara qoşulmadı.
Mövzunu şərh edən sabiq xarici işlər naziri Tofiq Zülfüqarov Modern.az-a bildirib ki, kiminsə COP29-a gəlməməsi sırf onun Azərbaycana qarşı olması ilə əlaqədar deyil.


“COP29-a gəlib-gəlməmək məsələsinə az qala "toyda kim iştirak edib-etməyib" səviyyəsində yanaşırıq. Bu, beynəlxalq tədbirdir. Kimsə gəlir və ya gəlmir. Bunun Azərbaycanla əlaqəsi yoxdur, ola da bilməz. Sadəcə olaraq, bizə düşmən qüvvələr vəziyyəti başqa cür göstərmək istəyirlər. Guya COP29-a gəlməyən hər kəs öz maraqlarından çıxış etmir, Azərbaycana gəlmək istəmir. Hər kəsin iqlim məsələlərinə dair müxtəlif mövqeyi var. Məsələn, kimsə bu məsələyə pul ayırmaq istəmir. 
Biz suveren ölkəyik və suveren qərarlar veririk. Eyni şəkildə bizə yaxın olan və ya olmayan ölkələrin də öz maraqları, siyasəti var. Kiməsə biz nəsə diqtə edə bilmərik.
Bakıda keçirilən iclas çox yüksək səviyyədə təşkil olunur, buna qiyməti BMT və bir sıra ölkələr verib. G-20 tərəfindən tədbirə dəstək bəyanatı yayılıb. Hesab edirəm ki, COP29 Azərbaycanın çox uğurlu tədbiri idi. Kiminsə öz maraqlarına görə bunu tənqid etməsi və ya iştirak etməməsi normal haldır. Heç vaxt hər kəsin gəlib bizə ancaq yaxşı sözlər deyəcəyini gözləmirdik", - sabiq nazir deyib.

T.Zülfüqarov Azərbaycanın bu məsələlərə yanaşmasından da danışıb:
 

"Azərbaycan məsələlərə soyuqqanlı yanaşdı və intriqalara getmədi. Başqa cür davranmaq mümkün deyil.  Yaddan çıxartmayın ki, ölkə başçımız ixtisasca diplomatdır. Bizim hazırkı davranışımız beynəlxalq qanunlara əsaslananır. Bu məsələdə bəzən sensasiya axtarılır, lakin ehtiyac yoxdur. 10 minlərlə  yüksəksəviyyəli nümayəndə Bakıya gəldi, Azərbaycanın gerçək vəziyyəti ilə tanış oldu. Onlar hər şeyi öz gözləri ilə gördülər. Biz də özümüzü bütün dünyaya tanıtdıq. Bu nəticəni həm təbliğ etməli, özümüz də qəbul etməliyik".

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:136
embedMənbə:https://modern.az
archiveBu xəbər 22 Noyabr 2024 06:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya bankları İran akkreditivlərini qəbul etməyə başlayıblar

20 Oktyabr 2025 15:22see221

La Liqa ABŞ da keçiriləcək “Barselona” “Vilyarreal” matçının ləğv edildiyini açıqlayıb

22 Oktyabr 2025 00:15see196

Qazaxıstan və Azərbaycan arasında süni intellekt və İT sahəsində əməkdaşlıq üçün böyük potensial var Nazirliyin İdarə rəhbəri

20 Oktyabr 2025 17:30see186

Məşhur tennisçi Devis Kubokunun finalında oynamayacaq

20 Oktyabr 2025 21:39see182

AZAL da yarıtmaz idarəçilik, yoxsa... Təyyarələrdə yaranan problemlər nəylə bağlıdır? (VİDEO)

21 Oktyabr 2025 09:20see182

Türkiyədə FETÖ əməliyyatı : 286 nəfər saxlanıldı

22 Oktyabr 2025 06:53see166

Xaricdə saxta təhsil: Valideynlər xəbərsiz, tələbələr savadsız EKSPERT RƏYİ

21 Oktyabr 2025 05:43see161

“Amazon”, “Snapchat” və “Zoom”da problem yarandı

20 Oktyabr 2025 14:39see146

“Həyatın mənası yaşla necə dəyişir? Yeni tədqiqat

21 Oktyabr 2025 15:52see144

Yarım əsrimə qədəm qoydum

21 Oktyabr 2025 20:33see141

Səhər yeməyində turşu yeməyin 5 faydası

21 Oktyabr 2025 02:51see141

Naxçıvan məktəblisi “Statistik olimpiada”nın qalibi olub

21 Oktyabr 2025 03:36see139

İş adamı hava limanında həbs edildi

20 Oktyabr 2025 20:43see138

Oyundan sonra duş qəbul edə bilmədilər Atletiko dan UEFA ya şikayət

21 Oktyabr 2025 00:12see137

Bunları yesəniz gec YAŞLANACAQSINIZ

21 Oktyabr 2025 02:37see134

Xalq artistindən İDDİALI FOTOSESSİYA

20 Oktyabr 2025 17:22see132

Fransada tornado nəticəsində 1 nəfər ölüb, xəsarət alanlar var

21 Oktyabr 2025 03:34see128

Atletiko ya can verməyən Qarabağ Atletik in də öhdəsindən gələ bilər

21 Oktyabr 2025 17:36see124

Türkiyəni sarsıdan cinayətlə bağlı daha bir nəfər saxlanıldı

21 Oktyabr 2025 01:51see123

Türkiyədə Can Holding in rəhbəri həbs olundu

21 Oktyabr 2025 01:36see123
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri