Icma.az
close
up
RU
“Azərbaycan D 8 təşkilatı ilə əməkdaşlığını daha da dərinləşdirir Euronews”

“Azərbaycan D 8 təşkilatı ilə əməkdaşlığını daha da dərinləşdirir Euronews”

Azpolitika.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Azərbaycan 2025-ci ilin martında tamhüquqlu üzv kimi təşkilata qoşulduqdan sonra D-8 İqtisadi Əməkdaşlıq Təşkilatı ilə əməkdaşlığını daha da dərinləşdirir.

"Report" xəbər verir ki, bu barədə Azərbaycanda keçirilən D-8 Həftəsinin bir hissəsi olaraq ilk dəfə baş tutan D-8 Media Forumu haqqında "Euronews"da dərc olunan məqalədə bildirilib.

Qeyd olunub ki, qlobal iqtisadi müzakirələrdə, əsasən, müsəlman əhalisi çoxluq təşkil edən inkişaf etməkdə olan ölkələr üçün koordinasiya olunmuş platforma rolunu oynayan təşkilata yeni üzv olan Azərbaycan blokla tam şəkildə inteqrasiya üçün bir sıra təşəbbüslər irəli sürür.

Məqalədə Media Mükəmməllik Mərkəzinin yaradılması və dezinformasiya ilə mübarizə üçün yeni strategiyaların hazırlanması kimi mühüm nəticələrin əldə edildiyi forum iştirakçılarına Prezident İlham Əliyevin müraciətinin səsləndirildiyi bildirilib. Azərbaycan Prezidentinin müraciətdə D-8 Media Forumunun ilkin vəzifələrindən birinin üzv ölkələrin media qurumları arasında etibarlı əməkdaşlıq formalaşdırmaq, qərəzsiz, obyektiv və məsuliyyətli informasiya məkanı yaratmaq olduğunu qeyd etdiyi xüsusilə vurğulanıb.

D-8-in Baş katibi İsiaka Abdulqadir İmamın sözügedən forumun Azərbaycanın mart ayında təşkilata qoşulmasından sonra ev sahibliyi etdiyi ilk böyük tədbirlərdən biri olduğuna dair sözləri xatırladılıb. Onun Media Mükəmməllik Mərkəzinin üzv dövlətlərin qlobal informasiya məkanında birgə səsini gücləndirməyə kömək edəcəyi yönündəki fikirləri və D-8 Ölkələrinin Yayım Assosiasiyasının yaradılması təklifi xüsusilə vurğulanıb.

"D-8 ölkələri birlikdə bir milyarddan çox insanı və sürətlə inkişaf edən bir sıra iqtisadiyyatları təmsil edir. Azərbaycanın üzvlüyü təşkilatın təxminən otuz il əvvəl yaradılmasından bəri ilk genişlənməsini ifadə edir", - "Euronews" vurğulayıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:194
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 23 Noyabr 2025 14:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see298

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see262

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see248

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see248

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see240

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see238

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see234

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see224

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see222

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see221

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see218

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see215

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see208

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see207

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see206

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see204

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see201

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see198

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see195

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri