Icma.az
close
up
RU
Azərbaycan Daşkənddə keçirilən VI Avrasiya Farmasevtika Sammitində təmsil olunur

Azərbaycan Daşkənddə keçirilən VI Avrasiya Farmasevtika Sammitində təmsil olunur

Azertag saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Bakı, 8 oktyabr, AZƏRTAC

Oktyabrın 7-dən 9-dək Özbəkistanın innovativ elmi-istehsal əczaçılıq klasteri olan “Tashkent Pharma Park” texnoparkında Qlobal Əczaçılıq Liderləri Klubu ilə birgə təşkil olunan VI Avrasiya Farmasevtika Sammiti keçirilir.

AZƏRTAC özbək mediasına istinadla xəbər verir ki, əczaçılıq sənayesi, innovasiyalar, dövlət-özəl tərəfdaşlığın inkişafı və sənayenin davamlılığının təmin edilməsində əsas sahələrə həsr olunmuş sammit iştirakçılara qabaqcıl yanaşmaları müzakirə etmək üçün dəyərli platforma təqdim edir. Tədbirdə 11 ölkədən 300-dən çox mütəxəssis, o cümlədən Azərbaycan, Özbəkistan, Qazaxıstan, Qırğızıstan, və Gürcüstanın əczaçılıq sənayesi tənzimləyiciləri, beynəlxalq və yerli farmasevtika şirkətlərinin rəhbərləri, distribütorlar, apteklər şəbəkəsinin nümayəndələri və sosial proqramlar üzrə ekspertlər iştirak edirlər.

Özbəkistan Səhiyyə Nazirliyi yanında Əczaçılıq Sənayesinin İnkişafı Agentliyinin direktoru Abdulla Əzizov Avrasiya ölkələri arasında farmasevtika sahəsində əməkdaşlığın dərinləşdirilməsi üzrə hesabat təqdim edib.

Sammitdə hökumətlərin təşəbbüsləri, yerli istehsalçılar və beynəlxalq tərəfdaşlıqlar vasitəsilə əhalinin yüksəkkeyfiyyətli və münasib qiymətə dərman vasitələrinə çıxışının təmin edilməsi ilə bağlı məsələlər müzakirə edilib. Qiymətləndirmə və təchizat zəncirinin rəqəmsallaşdırılması yolu ilə ictimai etimadın gücləndirilməsi, elektron reyestrlər və etiketləmə sistemləri vasitəsilə dərman vasitələrinin təhlükəsizliyinin və effektivliyinin təmin edilməsi, sənayenin gələcəyinin modelləşdirilməsi və ictimai maraqlara cavab verən həllərin işlənib hazırlanması ilə bağlı fikir mübadiləsi aparılıb.

Tədbir çərçivəsində bir sıra beynəlxalq görüşlər keçirilir və razılaşmalar əldə olunur. Tərəflər əməkdaşlığın inkişaf etdirilməsi, elmi-tədqiqat işlərinin gücləndirilməsi, yüksək texnologiyalı dərmanların yerli istehsalı imkanlarını müzakirə edirlər.

Qonaqlar, həmçinin “Tashkent Pharma Park” texnoparkının fəaliyyəti, onun imkanları, həyata keçirilən layihələr, gələcək inkişaf istiqamətləri haqqında da məlumat əldə ediblər.

VI Avrasiya Farmasevtika Sammiti oktyabrın 9-da başa çatacaq.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:244
embedMənbə:https://azertag.az
archiveBu xəbər 08 Oktyabr 2025 11:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see320

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see286

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see278

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see274

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see269

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see265

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see263

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see248

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see243

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see239

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see229

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see228

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see225

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see225

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see223

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see220

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see216

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see202

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see197

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri