Icma.az
close
up
RU
Azərbaycan Dəmir Yolları zamana qalib gəldi...

Azərbaycan Dəmir Yolları zamana qalib gəldi...

Icma.az, Modern.az portalına istinadən məlumat yayır.

Milli Qurtuluş Günüdür, saat 08:00-da Bakı Dəmiryolu Vağzalından Qazax rayonuna yola düşdük. 5 saat yarımdan sonra sürətli qatar artıq ölkənin ən qərbində yerləşən rayonda idi.

Yuxarıda oxuduğunuz abzas bir çoxları üçün sadə görünə bilər. Amma bu prosesin arxasında “Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) texnoloji yeniliyi, çevikliyi durur.

Bakı-Qazax dəmiryol reysləri 2019-cu ildə fəaliyyətini dayandırıb. Həmin vaxt ənənəvi yataq tipli qatarlar Bakıdan Qazaxa 8 saat yarıma çatırdı.

Ötən gündən başlayaraq Bakı–Ağstafa–Bakı sürətli sərnişin marşrutu Qazax stansiyasına qədər uzadılıb. İndi artıq gündəlik əsasda müasir sürətli qatarlarla sözügedən marşrut üzrə hər iki istiqamətdə sürətli və komfortlu reyslər həyata keçirilir.

Bakı-Qazax-Bakı marşrutu üzrə dinamik qiymət siyasəti tətbiq olunur. Standart sinif üçün minimum bilet qiyməti 16.20 manatdır. Bu isə həm rahat, həm də sərfəli səyahət deməkdir.

İlkin hesablamalara görə, marşrut üzrə il ərzində əlavə olaraq 10 minə yaxın sərnişin daşınacaq. Amma təcrübə göstərir ki, belə layihələrdə real rəqəmlər gözləntiləri üstələyə bilir, xüsusilə əgər bölgədə turizm, tələbə axını və yerli ticarət əlaqələri artırsa…

***

Yeni marşrutla paralel olaraq, Ağstafa–Qazax dəmir yolu sahəsində infrastrukturun yenilənməsi, rabitə və enerji sistemlərinin layihələndirilməsi, Qazax stansiyasının binasında isə əsaslı təmir işləri aparılıb. Bu da sürətli və fasiləsiz qatar hərəkətinin təmin olunması ilə yanaşı sərnişin məmnuniyyətini artırmağa yönəlib.

Paralel görülən işlər onu deməyə əsas verir ki, Bakı-Qazax reyslərinin fəaliyyətə başlaması yalnız nəqliyyat xidmətinin genişləndirilməsi deyil, burada daha geniş kontekst var.

Qazax Azərbaycanın qərb qapısı, Bakı-Tbilisi-Qars xətti və Orta Dəhliz kimi beynəlxalq layihələrin üzərində yerləşən strateji nöqtədir. Bu baxımdan yeni qatar xətti həm daxili, həm də tranzit yükdaşımalara şərait yaradacaq, bölgənin logistik potensialını artıracaq.

İqtisadiyyatın şaxələnməsi və regional balansın qorunması baxımından nəqliyyat infrastrukturuna bu cür hədəfli yatırımların davamlı xarakter alması ölkənin uzunmüddətli inkişaf strategiyası ilə uzlaşır.

Səfər zamanı jurnalistlərə açıqlama verən ADY-nin sərnişin daşımaları departamentinin rəisi Azər Fərəcovun açıqlaması da yuxarıdakı fikirləri dəstəkləyir. O deyir ki, Bakı-Qazax-Bakı dəmir yolu marşrutunun bərpası Qazax rayonunun inkişafına müsbət təsir göstərəcək:

“Bakı-Ağstafa marşrutunun Qazaxa qədər uzadılması bu istiqamətdə səfər edən və həmin bölgədə yaşayan insanların nəqliyyat tələbatına cavab verəcək. Bununla Qazax rayonunun əhalisi də daha rahat, təhlükəsiz və sərfəli səyahət imkanı əldə edəcək”.

***

Müasir reallıqda vaxt əsas valyutadır. 5 saat 36 dəqiqə günün böyük hissəsini paytaxtda keçirən bir sahibkar üçün günortaya Qazaxa çatmaq deməkdir. Və ya ailəsini görməyə tələsən tələbə üçün sərhəd rayonuna rahat şəkildə gedib eyni gün qayıda bilmək imkanıdır. Vaxtla yarışdığımız dövrdə nəqliyyatın sürətli və sabit olması sosial və iqtisadi münasibətlər üçün açar rol oynayır.

Bundan əvvəl Azərbaycanın qərb bölgəsinə gedən yollar əsasən avtomobil nəqliyyatı üzərində qurulmuşdu. Qatarla səfər isə daha təhlükəsiz, hava şəraitindən asılı olmayan və enerjiyə qənaətli alternativdir. Məhz buna görə sürətli qatarların bölgələrə uzadılması nəqliyyat siyasətində növbəti mərhələnin başladığını göstərir.

Beləliklə, 5 saat yarıma Xəzərin sahilindən ölkənin ən qərbində yerləşən rayona çatmaq artıq mümkündür, bu nailiyyət həm də ölkənin zamanla ayaqlaşmaq niyyətindən xəbər verir.

Son olaraq, yolçuluq adi sərnişin üçün mənzilə çatmaq deməkdir, amma həm də həm də ölkənin damarlarında dövran edən həyatın göstəricisidir. ADY bu dəfə həm zamanla, həm də məsafə ilə yarışıb. Və görünən odur ki, qalib gəlib…

Ülfan İsmayılov

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:497
embedMənbə:https://modern.az
archiveBu xəbər 16 İyun 2025 12:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see395

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see306

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see287

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see278

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see268

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see264

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see257

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see256

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see253

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see238

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see222

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see217

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see215

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see213

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see212

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see211

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see211

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see207

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see201

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see200
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri