Icma.az
close
up
RU
Azərbaycan dili üzrə süni intellekt ekosistemi formalaşdırılmalıdır Ekspert rəyi

Azərbaycan dili üzrə süni intellekt ekosistemi formalaşdırılmalıdır Ekspert rəyi

Azertag portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Bakı, 4 sentyabr, AZƏRTAC

Bu gün süni intellekt sistemləri mətn yaza, suallara cavab verə, tərcümə edə, nitqi tanıya və müxtəlif dillərdə istifadəçilərlə ünsiyyət qura bilir. Lakin bu imkanlar bütün dillər üçün eyni səviyyədə deyil. İngilis dili kimi böyük rəqəmsal resurslara malik dillər süni intellekt sistemlərində daha geniş təmsil olunur. Azərbaycan dili isə nisbətən az resurslu dillərdən olduğu üçün bir sıra xüsusi çətinliklərlə qarşılaşır.

Bu sözləri AZƏRTAC-a açıqlamasında süni intellekt üzrə ekspert Dilarə Zamanova deyib.

Ekspert bildirib ki, Azərbaycan dilinin süni intellekt üçün əsas çətinliklərindən biri onun morfoloji quruluşudur: “Azərbaycan dili aqqlütinativ dillər qrupuna daxildir. Bu o deməkdir ki, sözlərə müxtəlif şəkilçilərin ardıcıl artırılması ilə yeni mənalar və qrammatik formalar yaradılır. Bir sözün daxilində cəm, hal, mənsubiyyət, zaman, şəxs və digər qrammatik məlumatlar ifadə oluna bilər. İnsan danışan üçün təbii olan bu xüsusiyyət dil modeli üçün daha mürəkkəb hesablama prosesi yaradır. Digər mühüm problem tokenləşdirmədir. Azərbaycan dilində uzun və çoxşəkilçili sözlər xarici dillər üçün hazırlanmış tokenizerlər tərəfindən çoxsaylı kiçik hissələrə bölünə bilər. Bu isə həm modelin daha çox token emal etməsinə, həm hesablama xərclərinin artmasına, həm də məhdud kontekst pəncərəsindən daha az səmərəli istifadə olunmasına səbəb olur. Azərbaycan dilinə uyğun hazırlanmış tokenizerlərin istifadəsi bu problemi əhəmiyyətli dərəcədə azalda bilər.

Problemin digər tərəfi məlumat çatışmazlığıdır. Dil modelləri böyük həcmdə mətnlər üzərində öyrədilir. İngilis dili üçün kitablar, elmi məqalələr, xəbər materialları, internet səhifələri, forumlar və digər rəqəmsal mənbələrdən ibarət nəhəng məlumat bazaları mövcuddur. Azərbaycan dili üzrə isə belə məlumatların həcmi və müxtəlifliyi daha məhduddur”.

D.Zamanova qeyd edib ki, Azərbaycan dilində süni intellekt sistemlərinin qarşılaşdığı başqa bir problem dilin yalnız qrammatik deyil, mədəni və kontekstual xüsusiyyətləridir. Yaxşı dil modeli sadəcə Azərbaycan dilində qrammatik cümlələr qurmamalıdır. O, Azərbaycan cəmiyyətində istifadə olunan ifadələri, yerli terminologiyanı, adları, coğrafi və tarixi anlayışları, rəsmi və qeyri-rəsmi üslubları, gündəlik danışıq formasını da düzgün başa düşməlidir.

“Milli dil modeli yaratmaq yalnız bir modelin hazırlanması ilə bitmir. Bunun üçün bütöv Azərbaycan dili üzrə süni intellekt ekosistemi formalaşdırılmalıdır. Keyfiyyətli dil korpusları, açıq datasetlər, morfoloji analizatorlar, orfoqrafiya və qrammatika alətləri, nitqin tanınması və sintezi sistemləri, terminoloji bazalar və Azərbaycan dili üzrə qiymətləndirmə standartları bu ekosistemin əsas hissələridir. Nəticə etibarilə, Azərbaycan dilinin süni intellekt sistemləri üçün yaratdığı çətinliklər onun “çətin dil” olmasından çox, bu dil üzrə texnoloji resursların hələ kifayət qədər geniş olmaması ilə əlaqədardır. Azərbaycan dilinin zəngin morfologiyası, tokenləşdirmə xüsusiyyətləri və məhdud rəqəmsal resursları xüsusi yanaşmalar tələb edir. Buna görə də gələcəkdə əsas məqsəd sadəcə Azərbaycan dilində cavab verən süni intellekt yaratmaq deyil, Azərbaycan dilini süni intellekt üçün tam dəstəklənən, yaxşı ölçülə bilən və yüksək keyfiyyətlə emal olunan rəqəmsal dilə çevirmək olmalıdır. Süni intellekt gələcəyin əsas texnologiyalarından birinə çevrilirsə, Azərbaycan dilinin həmin gələcəkdə yalnız istifadəçi dili kimi deyil, texnologiyanın özündə də tam təmsil olunması vacibdir”, - deyə ekspert bildirib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:148
embedMənbə:https://azertag.az
archiveBu xəbər 04 Sentyabr 2026 16:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see322

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see316

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see313

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see299

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see299

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see290

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see280

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see280

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see278

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see264

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see246

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see237

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

11 Noyabr 2026 19:35see236

Buğdanın qiyməti dörd aylıq artımdan sonra azalıb

11 Noyabr 2026 17:20see232

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see232

Çörəklərin içində narkotik gizlətdilər

11 Noyabr 2026 18:45see229

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see223

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see220

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see198

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see198
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri