Icma.az
close
up
RU
Menu

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

Merson Alonsonun Estevao qərarını tənqid etdi

Uşaqlıqda özünü çirkin hesab edirdi, milyonlarla kişinin arzusuna çevrildi FOTOLAR

Gürcüstanın Azərbaycandan meyvə tərəvəz şirəsinin alışına çəkdiyi xərc 2 dəfədən çox artıb

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

Zobu olanlar xurma yesin Təsiri

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

Qadınlarla kişilərin maaşları arasında fərq nədən qaynaqlanır?

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

İspaniyalı ekspert: Azərbaycan innovasiyaların başlanğıcında işləyən ekosistemi necə qurmalı?

İspaniyalı ekspert: Azərbaycan innovasiyaların başlanğıcında işləyən ekosistemi necə qurmalı?

Icma.az, Azertag portalına istinadən məlumat verir.

Bakı, 20 oktyabr, Tamilla Məmmədova, AZƏRTAC

Müasir dünyada innovasiyalar iqtisadi artımın və davamlı inkişafın tərkib hissəsinə çevrilib. Bu amil inkişaf etməkdə olan ölkələr üçün texnoloji tərəqqi, iqtisadiyyatın diversifikasiyası və qlobal bazarlara çıxış yolu açır. Bununla belə, ayaqda dura biləcək startap ekosisteminin qurulması sadəcə investisiya və infrastrukturdan daha çox şey tələb edir – onun yaranması mədəniyyət, təhsil, risk almaq cəsarəti və ən yaxşı qlobal təcrübələri yerli reallıqlara uyğunlaşdırmaq bacarığı ilə başlayır.

Strateji cəhətdən Avropa və Asiyanın kəsişməsində yerləşən və zəngin resurslara malik olan Azərbaycan bu gün başqalarını təqlid etməklə deyil, öz nümunələrini yaratmaqla gələcək inkişafın təməli kimi innovasiyalardan istifadə etmək üzrə unikal imkana malikdir. AZƏRTAC beynəlxalq innovasiyalar üzrə ekspert, “Area101” şirkətinin həmtəsisçisi, “101 innovasiya haqqında hekayə” kitabının həmmüəllifi, “Unitatea Capital” vençur kapitalı fondunun idarəedici tərəfdaşı Kristian Ull Molina ilə müsahibəni təqdim edir.

- Müasir kontekstdə “innovasiya” məfhumunu necə tərif edərdiniz? Bu konsepsiya nə dərəcədə universaldır, yoxsa həmişə ölkənin konkret konteksti, mədəniyyəti və inkişaf səviyyəsindən asılıdır?

- Bilirsiniz, mən adətən innovasiyanı proseslərin, texnologiyaların və insanların vəhdəti kimi müəyyən edirəm. Proseslər sadəcə bizim işimizdir, texnologiyalar ideyalara imkan verən, yenilikləri mümkün edən alətlərdir, insan amili isə bütün bunların arxasında duran mədəniyyət və istedaddır. Lakin, istənilən tənzimləmədə olduğu kimi, burada da hər bir element eyni çəkiyə malik deyil.

- Bu üç komponenti yüz faizlik meyarla bölmək lazım gələrsə, bunu necə edərdiniz?

- Düzünü desəm, bu sualın dünyada şirkətlərin sayı qədər cavabları var. Mənim vəziyyətimdə deyərdim ki, komponentin 60 faizi insanlardır, çünki onlar innovasiyanın ürəyidirlər. Onlar ya ideyaları həyata keçirə, ya da prosesi dayandıra bilərlər. Sonrakı 30 faiz proseslərdir, çünki onlar bizim necə əməkdaşlıq etdiyimizi, ideyaları sınaqdan keçirdiyimizi və reallığa çevirdiyimizi formalaşdırır. Qalan 10 faiz texnologiyadır: bu, əvvəlki kimi vacibdir, amma bir alət qismində. Düzgün insanlar və mədəniyyət yoxdursa, texnologiya təkbaşına innovasiya yaratmır.

- Kitabınızda təqdim olunan 101 innovasiya nümunəsindən hansı Azərbaycan kimi sürətli inkişaf mərhələsində olan ölkələr üçün xüsusilə maraqlı və ya faydalı ola bilər?

- “101 innovasiya haqqında hekayə”nin əsas dərslərindən biri də odur ki, real dəyişikliklər təşkilatların daxilində başlayır. Çox vaxt xarici dünya şirkətlərin daxildən dəyişə biləcəyindən daha sürətlə inkişaf edir. Məsələn, İspaniyada biz şirkətlərin nə etdiklərini deyil, həm də kim olduqlarını yenidən nəzərdən keçirdiyini, sadəcə dəbdə olan sözlərə deyil, dəyərlərə diqqət yetirdiyini görürük.

Bu mənada Azərbaycan Bask ölkəsi hökuməti tərəfindən həyata keçirilən BIND 4.0 proqramı və ya Böyük Britaniyanın sektorlararası əməkdaşlıq təşəbbüsü kimi nümunələrlə maraqlana bilər. Hər iki nümunə dövlət-özəl sektor əməkdaşlığının real, hiss olunan dəyişikliyi necə sürətləndirə biləcəyini nümayiş etdirir. Söhbət artıq “innovasiya teatrı”ndan deyil, şirkətlərin, dövlət qurumlarının və şəxslərin birgə inkişaf etdiyi ekosistemlərin yaradılmasından gedir. Həqiqi təsir məhz buradan başlayır.

- Azərbaycanda startap ekosistemi və innovasiya infrastrukturunun inkişafı ilə tanışsınızmı? Hansı əsas addımlar bu artımı sürətləndirə bilər?

- Bəli, Azərbaycanda startap ekosistemi və innovasiya infrastrukturunun necə inkişaf etdiyi ilə tanışam. Bu səylər xüsusilə İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi kimi təşəbbüslər, eləcə də “Paşa Holdinq” tərəfindən dəstəklənən “Inmerge” platforması kimi artımı sürətləndirən layihələr vasitəsilə nəzərə çarpır.

İnkişafı sürətləndirmək üzrə üç əsas istiqaməti qeyd edərdim:

Birincisi, təhsil sahibkarlıq təfəkkürünü inkişaf etdirməlidir. Gənclər imkanları görməyi öyrənməli, qərarlar qəbul etməli, hər zaman uğur gətirməsə belə, ideyalarını praktikada həyata keçirməyə çalışmalıdırlar.

İkincisi, universitetlərlə startaplar arasında əlaqələri gücləndirmək lazımdır. Akademiyada yaradılan tədqiqat və ideyalar əməkdaşlıq, bilik mübadiləsi və birgə layihələr vasitəsilə real dünya bizneslərinə daha asan yol tapmalıdır.

Üçüncüsü, ilkin mərhələdə maliyyələşməyə çıxışı təmin etmək vacibdir. Startaplar ideyaları real məhsullara və həllərə çevirmək üçün əsas maliyyələşdirməni təmin etmək üçün daha çox imkanlara ehtiyac duyur.

Ekosistemlər o zaman inkişaf edir ki, yerli istedadlar yeni şeyləri sınamaq azadlığına malik olsunlar, hətta ilk dəfə nəticə verməsə belə, mühakimə qorxusu olmadan bunu edə bilsinlər.

- Hansı istiqamətləri – fintex, aqrotexnologiyalar, enerji, yaşıl texnologiyaları beynəlxalq əməkdaşlıq və investisiya baxımından Azərbaycan üçün ən perspektivli hesab edirsiniz?

- Azərbaycanın strateji mövqeyini və təbii sərvətlərini nəzərə alsaq, yaşıl enerji və aqrotexnologiya önə çıxır. Xəzər regionunda külək layihələri kimi bərpaolunan enerji mənbələrinə keçid həqiqətən perspektivli görünür. Sensorlar və süni intellektə əsaslanan suvarma sistemləri kimi ağıllı kənd təsərrüfatı həlləri ilə birlikdə Azərbaycan davamlı resursların idarə edilməsində liderə çevrilə bilər. Fintex bu sektorlar üçün yeni maliyyələşdirmə və investisiya modelləri təklif edərək bütün bu sahələri birləşdirə bilər.

– Sizcə, inkişaf etməkdə olan ölkələr startap ekosistemlərini qurarkən tez-tez hansı səhvlərə yol verirlər? Azərbaycan nədən çəkinməlidir?

- Ümumi səhvlərdən biri dərslərini yerli şəraitə uyğunlaşdırmaq əvəzinə Silikon Vadisini təqlid etməyə çalışmaqdır. Digəri, sahibkarlara real dəstək vermədən tədbirlərə və qondarma “innovasiya teatrına” həddindən artıq diqqət yetirməkdir.

Azərbaycan diqqəti baza prinsipləri üzərində cəmləşdirməlidir: mentorlara, yerli investorlara çıxış və aydın tənzimləyici baza. Əsl dərinliyi olmayan parlaq, lakin səthi bir ekosistem yaratmaqdansa, orqanik şəkildə inkişaf etmək daha yaxşıdır.

- Davamlı innovasiya ekosisteminin yaradılmasında vençur kapitalı hansı rol oynayır? Beynəlxalq tərəfdaşlıqlar, məsələn, Avropa fondları ilə əməkdaşlıq Azərbaycan üçün faydalı ola bilərmi?

- Məncə, vençur kapitalı innovasiya ekosistemləri üçün həm yanacaq, həm də kompasdır, ancaq düzgün yanaşma ilə tətbiq olunarsa. “Area101”ə biz əmin olduq ki, davamlı nəticələr əldə etmək üçün təkcə pul kifayət deyil. Maliyyələşdirmənin mentorluq, ortaq maraqlar və uzunmüddətli vizyon ilə müşayiət olunması vacibdir.

Vençur kapitalı startaplara təcrübə, miqyas və uyğunlaşmaya kömək edir. Bununla da bazarın qalan hissəsinə bir siqnal göndərir: innovasiya sadəcə gözəl ideya deyil, real fürsətdir.

Azərbaycan kimi ölkə kontekstində vençur kapitalının rolu xüsusilə vacibdir, çünki ekosistem hələ inkişaf mərhələsindədir. Buradakı ilkin mərhələdə investisiyalar təkcə startapları maliyyələşdirmir, həm də innovasiya yolunun özünü qanuniləşdirir, rol modelləri yaradır və yerli sahibkarları risk almağa ruhlandırır.

Təsisçilər xarici fondların və böyük şirkətlərin sərmayə qoymağa və əməkdaşlığa hazır olduğunu görəndə, bu, onların düşüncələrini “bəlkə də cəhd etməyə dəyər”dən “bəli, biz həqiqətən nəyisə qura bilərik” fikrinə çevirir.

– Cənubi Qafqaz və İspaniya arasında transregional investisiya əməkdaşlığı üçün potensial görürsünüz? Hansı qarşılıqlı fəaliyyət formaları ən effektiv ola bilər?

- Əlbəttə. İspaniya Şərq bazarları da daxil olmaqla beynəlxalq əməkdaşlığa yönəlmiş canlı sürətləndiricilər və investorlar şəbəkəsinə malikdir. Bu cür əməkdaşlıq müxtəlif formalarda ola bilər - birgə sürətləndirmə proqramları, transsərhəd investisiya fondları və ya, məsələn, istedad mübadiləsi üçün rezidensiyalar.

Bakıdan olan startapçılar Barselona və ya Madriddəki innovasiya mərkəzlərində təlim keçib inkişaf edə, ispan investorlar isə Qafqaz bazarında imkanları araşdıra bilərdilər. İdeyaların və insanların sərbəst axını olan yerdə innovasiya da inkişaf edir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:176
embedMənbə:https://azertag.az
archiveBu xəbər 20 Oktyabr 2025 17:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see344

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

10 Noyabr 2026 15:01see270

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see257

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

10 Noyabr 2026 16:15see253

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

10 Noyabr 2026 22:33see249

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

11 Noyabr 2026 00:01see235

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

10 Noyabr 2026 20:22see230

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

11 Noyabr 2026 00:20see215

Merson Alonsonun Estevao qərarını tənqid etdi

11 Noyabr 2026 04:09see208

Uşaqlıqda özünü çirkin hesab edirdi, milyonlarla kişinin arzusuna çevrildi FOTOLAR

10 Noyabr 2026 16:08see204

Gürcüstanın Azərbaycandan meyvə tərəvəz şirəsinin alışına çəkdiyi xərc 2 dəfədən çox artıb

10 Noyabr 2026 14:47see200

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see199

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see196

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see194

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

11 Noyabr 2026 03:36see190

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

11 Noyabr 2026 05:51see186

Qadınlarla kişilərin maaşları arasında fərq nədən qaynaqlanır?

10 Noyabr 2026 18:56see178

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see178

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see175

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

11 Noyabr 2026 04:57see173
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri