Icma.az
close
up
RU
Azərbaycan dili yaşamalı, sevilməli və qorunmalıdır!

Azərbaycan dili yaşamalı, sevilməli və qorunmalıdır!

Icma.az, Ses qazeti saytına istinadən bildirir.

1 avqust – Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü – xalqımızın tarixi-mədəni yaddaşının, mənəvi irsinin və milli varlığının rəmzi olan ana dilinə hörmətin, sevginin və sədaqətin ifadə olunduğu xüsusi bir gündür. Bu əlamətdar tarix 2001-ci ildə Ulu Öndər Heydər Əliyevin müdrik siyasi iradəsi ilə rəsmiləşdirilərək, ölkəmizdə milli özünüdərk və dövlətçilik ruhunun daha da möhkəmləndirilməsinə xidmət etmişdir.

Ulu öndər Heydər Əliyev istər SSRİ dövründə, istərsə də müstəqil Azərbaycana rəhbərliyi illərində milli maraqlarımızın və milli-mənəvi dəyərlərimizin, tariximizin, adət-ənənələrimizin, ana dilimizin qorunub saxlanılması, yaşadılması və təbliğ edilməsi, gələcək nəsillərə çatdırılması istiqamətində səylə çalışıb. Məhz bu amal Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin siyasi fəaliyyətinin əsas qayəsi olub. Ulu öndərin Azərbaycana sonsuz məhəbbəti, yüksək vətənpərvərliyi, azərbaycançılıq məfkurəsi onun bütün fəaliyyəti boyu öz təsdiqini tapıb.

Ana dilimizə münasibəti və rəğbəti isə xüsusilə seçilib və hər bir azərbaycanlı üçün əsl örnək olub. Bu səbəbdən, ümummilli lider hər zaman ana dilimiz haqqında danışarkən onu yüksək tərənnüm edərək doğma dilimizi milli sərvətimiz adlandırırdı. Dahi sərkərdə vurğulayırdı ki, öz dilini bilməyən, öz dilini sevməyən adam öz tarixini yaxşı bilə bilməz, fəxr edə bilərik ki, bizim zəngin, böyük söz ehtiyatına malik olan Azərbaycan dilimiz var. Ümummilli lider Heydər Əliyevin səyləri nəticəsində biz indi müstəqil dövlət kimi, azad xalq kimi öz ana dilimizlə, Azərbaycan dili ilə fəxr edirik.

Bəşər mədəniyyətinin hərtərəfli inkişafına böyük töhfələr verən Azərbaycan xalqı həmişə öz dilini yaşatmış, öz dili ilə böyük mənəvi irs yaratmışdır. Tarix boyu dilimiz əsrlərin və nəsillərin süzgəcindən keçərək indiki mərhələsinə çatmışdır. Geniş ifadə imkanları, zəngin söz ehtiyatı olan Azərbaycan dili həmişə tədqiqatçıların, böyük alimlərin diqqət mərkəzində olmuşdur. Bu zəngin dildə milli folklorumuz, milli ədəbiyyatımız, milli mədəniyyətimiz yaranmışdır.

Azərbaycan dili Azərbaycan Respublikasının dövlət dilidir. Dövlət dilimizin bütün incəliklərini mükəmməl şəkildə bilən, dilimizin statusunu ən ali səviyyələrə qaldıran böyük tarixi şəxsiyyət, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev ana dilimizə yüksək dəyər verirdi: "Dilimiz çox zəngin və ahəngdar dildir, dərin tarixi köklərə malikdir. Şəxsən mən öz ana dilimi çox sevir və bu dildə danışmağımla fəxr edirəm".

Ümummilli lider Heydər Əliyev Azərbaycan dilinin, tarixinin ədəbiyyat və mədəniyyətinin yeni azərbaycançılıq məfkurəsi ilə dərkinin metodologiya və strategiyasını formalaşdırdı. Azərbaycan Prezidentinin "Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında" 2001-ci il 18 iyun tarixli və "Azərbaycan əlifbası və Azərbaycan dili gününün təsis edilməsi haqqında" 2001-ci il 9 avqust tarixli fərmanları böyük tarixi-siyasi əhəmiyyətə malik sənədlərdir. "Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında" fərman dilimizin inkişafı və tətbiqi sahəsində meydana çıxan problemlərin həllində mühüm rol oynadı. Sənədə əsasən Azərbaycan Prezidenti yanında Dövlət Dil Komissiyası yaradıldı.

30 sentyabr 2002-ci ildə isə ümummilli lider Heydər Əliyev tərəfindən "Azərbaycan Respublikasında dövlət dili haqqında" Qanun təsdiq olundu. Bu sənəddə göstərilir ki, Azərbaycan Respublikası Azərbaycan dilinin dövlət dili olaraq işlədilməsini öz müstəqil dövlətçiliyinin başlıca əlamətlərindən biri sayır, onun tətbiqi, qorunması və inkişaf etdirilməsi qayğısına qalır, dünya azərbaycanlılarının Azərbaycan dili ilə bağlı milli-mədəni özünüifadə ehtiyaclarının ödənilməsi üçün zəmin yaradır. Bu qanun ölkə Konstitusiyasına uyğun olaraq Azərbaycan Respublikasında Azərbaycan dilinin dövlət dili kimi hüquqi statusunu nizamlayır.

Azərbaycan dili elmin, texnikanın sürətlə inkişaf etdiyi indiki dövrdə bütün elm sahələri üzrə hər hansı bir anlayışı incəliyinə qədər ifadə etməyə qadir olan zəngin dünya dillərindən biridir. Müasir Azərbaycan dövlətinin memarı və qurucusu ümummilli lider Heydər Əliyevin ideya və əməllərinin sadiq davamçısı Prezident İlham Əliyevin dövlət başçısı kimi fəaliyyəti dövründə ana dilinin dövlət dili statusu qorunmuş və onun inkişafı yüksək səviyyədə təmin edilmişdir. Prezident İlham Əliyevin ana dilinin dövlət dili kimi geniş, maneəsiz işləkliyi üçün göstərdiyi siyasi, milli iradə, həyata keçirdiyi məqsədyönlü işlər Azərbaycan dilinin nüfuzunun yüksəlməsinə və türk dilləri arasında mötəbər mövqe qazanmasına xidmət edir. Dövlət başçısı ana dili və ədəbiyyatımız haqqında demişdir: "Bizi millət kimi qoruyub saxlayan məhz dilimiz, ədəbiyyatımız, tariximiz, ənənələrimizdir". Bu fikirləri əsas götürən İlham Əliyev doğma dilimizə, milli adət-ənənələrimizə, qədim mədəniyyətimizə böyük həssaslıqla yanaşır və dövlət idarəçiliyinin bütün sahələrində olduğu kimi, dil siyasətində də ümummilli lider Heydər Əliyevin təməlini qoyduğu strateji xətti inam və uğurla inkişaf etdirir. Azərbaycan Respublikasının dövlət dili olan Azərbaycan dilinin sürətli inkişafı onun saflaşmasına, dünya dilləri sırasında özünəməxsus xüsusiyyətləri ilə seçilməsinə və mühüm yer tutmasına səbəb olmuşdur.

Vüqar İsayev,

Yeni Azərbaycan Partiyası Göygöl rayon təşkilatının sədri

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:166
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 30 İyul 2025 15:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see387

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see382

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see295

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see293

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see262

Tibbi Xidmət İdarəsinin nümayəndəsi II HepatoGastro Beynəlxalq Forumunda moderator və məruzəçi qismində iştirak edib

26 Oktyabr 2026 11:30see254

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see254

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see249

TƏBİB in Səhiyyə Nazirliyinə birləşməsi prosesi nə vaxt başa çatır?

26 Oktyabr 2026 14:31see247

Onkologiyada hipertermiya: Yeni metodun əhəmiyyəti nədir?

26 Oktyabr 2026 12:39see234

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see233

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see220

Turistlər aldadılarsa, hara müraciət etməlidirlər? Ekspert açıqladı

26 Oktyabr 2026 17:53see209

Qumralın ailəvi görüntüləri diqqət çəkdi (Video)

26 Oktyabr 2026 17:17see206

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see202

Bu ərazilər qazsız qalacaq

26 Oktyabr 2026 19:31see200

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see193

Hizbullah İsraillə mümkün yeni qarşıdurmaya hazırlaşır KİV

26 Oktyabr 2026 19:40see192

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see192

İlin ən yaxşı gənc futbolçusu seçildi ardıcıl üçüncü dəfə

27 Oktyabr 2026 01:10see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri