Icma.az
close
up
RU
Menu

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

Azərbaycanın multikulturalizm irsi və sülh təşəbbüsləri dünya ölkələri üçün nümunədir

Prezident İlham Əliyevin VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumundakı çıxışı Azərbaycanın beynəlxalq dialoq və əməkdaşlıq məkanına verdiyi töhfələri əks etdirir

İsrail Prezidenti: Təkrar seçkilərin qarşısını almaq üçün əlimizdən gələni etməliyik

“Yaxşı balınız olsa da, marketdə rəf tapmaya bilərsiniz” Rejissor kino bazarını belə izah ETDİ

Bunu etməklə hesabınızı itirə bilərsiniz WhatsApp işlədənlərə XƏBƏRDARLIQ

Qonsalu Ramuş PSJ dən ayrılmasının səbəbini açıqladı: “Bunun heç bir məntiqi yox idi”

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

Mərkəzi Gömrük Hospitalında qadın sağlamlığı sahəsində yeni əməkdaşlıq imkanları müzakirə olunub

A Seriyası: 19 illik rekord təkrarlandı

ABŞ: Hörmüz boğazından minlərlə kommersiya gəmisi keçib

İnfeksiyaya nəzarət tədbirləri xüsusi diqqət mərkəzindədir

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

Sahibkarların iştirakı ilə “44” bədii filminin xüsusi nümayişi keçirildi FOTOLAR

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

“Azərbaycan dilini heç bir dilə qurban vermək olmaz” Professor

“Azərbaycan dilini heç bir dilə qurban vermək olmaz” Professor

Sherg.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Sevinc Əliyeva: “Dilimizi qoruya bilməsək, onu itirəcəyik”

"Gənc bir yazıçı çıxıb deyir ki, Azərbaycan dili folklor dilidir, bazar dilidir, yazı dili kimi inkişaf etməyib. Bu, adamı incidir və razılaşmaq olmaz"

Azərbaycan Milli Elmlər Akademiyasının 2025-ci il üzrə ümumi yığıncağında səslənən bir fikir ictimai müzakirələrə səbəb olub. AMEA prezidentinin müşaviri Yaqub Mahmudov “türkdilli dövlətlər” ifadəsindən imtina edilməsinin vacibliyini vurğulayaraq, terminoloji yanaşmanın dəyişdirilməsinin zəruri olduğunu bildirib. Onun sözlərinə görə, artıq Türk Dövlətləri Təşkilatının mövcudluğu fonunda bu anlayış həm siyasi, həm də tarixi baxımdan düzgün yanaşmanı əks etdirmir.

Mahmudov çıxışında həmçinin qeyd edib ki, Azərbaycana qarşı ərazi iddialarının tam aradan qalxmadığı bir şəraitdə milli tariximizin daha dərindən araşdırılması strateji əhəmiyyət daşıyır. O vurğulayıb ki, türk dünyası üçün həlledici mərhələnin yaşandığı indiki dövrdə Azərbaycan bu prosesdə aparıcı rol oynayır və terminologiyada da milli kimliyi tam ifadə edən yanaşma üstün tutulmalıdır.

Azərbaycan Milli Elmlər Akademiyasının Nəsimi adına Dilçilik İnstitutunun Monitorinq və linqvistik təhlil şöbəsinin müdiri professor Sevinc Əliyeva Sherg.az-a deyib ki, yaradılan təşkilatın adı Türk Dövlətləri Təşkilstıdır “Türk Dilli Dövlətlər Təşkilatı” yox:

“Ona görə də “türkdilli xalqlar” yox “türk xalqları” ifadəsi dah düzgündür. “türkdilli xalqlar” daha çox Sovet dönəmində səslənən terminə bənzəyir. Amma bu gün biz türk xalqlarının birliyindən danışırıq ona görə də, “türkdilli xalqlar” sözü istifadən çıxmalıdır.

Professor qeyd edib ki,dilimizdə “dəvət etmək” sözü varkən “almağ”, “maraqlanmaq” sözü varkən “ilgilənmək” formasının işlədilməsinin əleyhinədir:

“Azərbaycan dilinin lüğət tərkibində “abi” sözü yoxdur, onun işlədilməsini də düzgün hesab etmirəm. Bu cür səslənmələr və intonasiyalar düzgün anlaşılmır. Çox təəssüf edirəm ki, bəzən suallarımız təhrif olunur. Məsələn, mən “gəlirsənmi?” deyirəm, amma bunu başqa cür təqdim edirlər və fərqli münasibət bildirirlər. Biz “gəlirsənmi?” deyəndə orada həm sual, həm də məna qüvvətləndirilməsi var. Yəni yəqinlik çaları ifadə olunur. Amma “gəlirmisən” forması türk dilinin modelidir və orada “mi”dən sonra şəxs sonluğu artırılır. “Gəlirmiyim” kimi tələffüzləri də aparıcılarımızdan eşitmişik. Buna görə də biz bunun əleyhinəyik. Mən sual verirəm: Azərbaycan dilində bu cür sual intonasiyası varmı? Biz belə danışırıqmı? Əlbəttə, yox. Mənim demək istədiyim başqadır: biz dili təmiz saxlaya bilməsək, onu qoruya bilməyəcəyik. Bunu faktlarla sübut edə bilərəm. İllərdir müşahidə edirik ki, “tamam” sözü təsdiq mənasında “bəli”nin yerinə işlədilir. Halbuki Azərbaycan dilində “bəli” var. “Filan” sözünün yerinə başqa formalar gətirilir. Bunlar doğru deyil, mən bunu qəbul etmirəm”.

S.Əliyeva söyləyib ki, çox gözəl dilimiz var və bu dil təhrif olunur:

“Ərəb və fars mənşəli, artıq dilimizdə oturuşmuş sözlər zamanla vətəndaşlıq hüququ qazanıb, şəkilçilərimizə uyğunlaşdırılıb, tələffüzümüzə uyğun formalaşıb. Amma bu o demək deyil ki, indi də başqa dillərin strukturunu olduğu kimi qəbul etməliyik. Bu gün biz müstəqil dövlətik, müstəqilliyimizdən, azadlığımızdan, Qarabağımızdan danışırıq. Belə bir dövrdə Azərbaycan dilini heç bir dilə qurban vermək olmaz. Dostluq bir yana, xalqların yaxınlığı bir yana, amma hər dilin öz inkişaf tarixi var və biz müstəqil xalqın vətəndaşlarıyıq. Bu məsələni qarışdırmaq olmaz, ayırd etmək lazımdır. Bu, təkcə mənim mövqeyim deyil. Dilimizin keşiyində dayanan şairlərimiz, yazıçılarımız olub. Amma bu gün gənc bir yazıçı çıxıb deyir ki, Azərbaycan dili folklor dilidir, bazar dilidir, yazı dili kimi inkişaf etməyib. Bu, adamı incidir və razılaşmaq olmaz. Bir beynəlxalq konfransda türk dillərinin fonetikası ilə bağlı məruzə dinlədik. Orada Azərbaycan dili ayrıca təqdim olunmadı, ümumi “türk dilləri” çərçivəsində göstərildi. Həmin an başa düşdüm ki, niyə biz Azərbaycancılıq və Azərbaycan dili məsələsini bu qədər qabardırıq”.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:120
embedMənbə:https://sherg.az
archiveBu xəbər 25 Fevral 2026 19:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

29 Oktyabr 2026 11:24see447

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

29 Oktyabr 2026 13:37see410

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

28 Oktyabr 2026 20:48see292

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

29 Oktyabr 2026 01:56see289

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

29 Oktyabr 2026 03:20see283

Azərbaycanın multikulturalizm irsi və sülh təşəbbüsləri dünya ölkələri üçün nümunədir

28 Oktyabr 2026 18:11see257

Prezident İlham Əliyevin VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumundakı çıxışı Azərbaycanın beynəlxalq dialoq və əməkdaşlıq məkanına verdiyi töhfələri əks etdirir

28 Oktyabr 2026 19:03see254

İsrail Prezidenti: Təkrar seçkilərin qarşısını almaq üçün əlimizdən gələni etməliyik

29 Oktyabr 2026 00:15see240

“Yaxşı balınız olsa da, marketdə rəf tapmaya bilərsiniz” Rejissor kino bazarını belə izah ETDİ

28 Oktyabr 2026 17:27see232

Bunu etməklə hesabınızı itirə bilərsiniz WhatsApp işlədənlərə XƏBƏRDARLIQ

28 Oktyabr 2026 22:50see224

Qonsalu Ramuş PSJ dən ayrılmasının səbəbini açıqladı: “Bunun heç bir məntiqi yox idi”

29 Oktyabr 2026 01:29see224

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

29 Oktyabr 2026 17:45see220

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

29 Oktyabr 2026 14:04see219

Mərkəzi Gömrük Hospitalında qadın sağlamlığı sahəsində yeni əməkdaşlıq imkanları müzakirə olunub

29 Oktyabr 2026 10:33see207

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see205

ABŞ: Hörmüz boğazından minlərlə kommersiya gəmisi keçib

29 Oktyabr 2026 01:35see204

İnfeksiyaya nəzarət tədbirləri xüsusi diqqət mərkəzindədir

29 Oktyabr 2026 12:05see200

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see199

Sahibkarların iştirakı ilə “44” bədii filminin xüsusi nümayişi keçirildi FOTOLAR

29 Oktyabr 2026 15:36see196

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

29 Oktyabr 2026 22:41see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri