Dövlət Akademik Filarmoniyasında Vasif Adıgözəlovun 90 illik yubileyinə həsr edilmiş konsert olub
Icma.az, Azertag portalına istinadən məlumatı açıqlayır.
Bakı, 22 noyabr, AZƏRTAC
M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında görkəmli bəstəkar Vasif Adıgözəlovun 90 illik yubileyinə həsr olunmuş möhtəşəm konsert proqramı təqdim olunub.
Filarmoniyadan AZƏRTAC-a bildirilib ki, konsertdən əvvəl Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktoru, akademik Rafael Hüseynov bəstəkarın yaradıcılığı, Azərbaycan musiqisində yeri və milli-mənəvi dəyərlərin təbliğindəki rolundan bəhs edib.
Konsertdə Yalçın Adıgözəlovun dirijorluğu ilə Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri çıxış edib. Proqramda Vasif Adıgözəlovun 3 saylı Simfoniyası və monumental “Odlar yurdu” oratoriyası səsləndirilib.
Oratoriyanın ifasında Azərbaycan Dövlət Xor Kapellası (bədii rəhbər Gülbacı İmanova), solistlər – Selcan Fermor-Hesketh (soprano), Mahir Tağızadə (bariton) və qiraətçi Elşən Rüstəmov iştirak ediblər.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:21
Bu xəbər 22 Noyabr 2025 15:28 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















