Icma.az
close
up
RU
Kukla Teatrı ölkəmizi beynəlxalq festivalda təmsil edəcək

Kukla Teatrı ölkəmizi beynəlxalq festivalda təmsil edəcək

Azertag saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Bakı, 13 may, AZƏRTAC

Mayın 20-dən 26-dək Qazaxıstan Almatı şəhərində “Orteke” VII Beynəlxalq Kukla Teatrları Festivalı keçiriləcək. Festivalda ölkəmizi Azərbaycan Dövlət Kukla Teatrı təmsil edəcək.

Teatrın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, nüfuzlu teatr bayramında sənət ocağı “Melisa” tamaşası ilə çıxış edəcək.

Sevinc Nuruqızının eyniadlı nağıl-povesti əsasında hazırlanan tamaşanın səhnələşdirmə və quruluş müəllifi Saida Haqverdiyeva, quruluşçu rəssamı Əfşan Əsədova, bəstəkarı Röya Hüseynovadır.

6 yaşdan yuxarı uşaqlar üçün nəzərdə tutulan birhissəli uşaq tamaşasında obrazları Səriyyə Mansurova, Aygül Ağayeva, Cavid Telman, Elgün Həmidov canlandırırlar.

Sonu nikbin bitən hüznlü, həsrət dolu hekayənin qəhrəmanı uşaqlara sevgini, sədaqəti, heç vaxt tükənməyən ümidi, inamı və ən əsası da güclü olmağı təlqin edən çəhrayı saçlı gəlincik Melisadır.

İllər əvvəl sahibindən ayrı düşən, başına fərqli hadisələr gələn, keçən zamanda fərqli insanlar tanıyan Melisa bir an belə olsun inamını, ümidini itirmir, sahibinə qovuşacağı günü gözləyir. Sonda xoş təsadüf nəticəsində bu xəyalı gerçək olur.

Melisa (gəlincik) və onun “yaşadıqlarını” fərqli formalarla tamaşaçıya təqdim edən səhnə işinin əsas ideyası uşaqlara həyatın yalnız çəhrayı rəngdən ibarət olmadığını göstərməkdir. Axı Melisa görür, hiss edir, düşünür, anlayır və anladır. O, təkcə gəlincik deyil, sadə həqiqətləri anlatmağa çalışan çəhrayı saçlı sevgidir. Tamaşaçını inandırır ki, bu dünyanı yalnız sevgi xilas edə bilər...

Teatrın direktoru, Əməkdar mədəniyyət işçisi Rəşad Əhmədzadənin rəhbərliyi ilə 10 nəfərdən ibarət heyət bu beynəlxalq səfərdə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə iştirak edəcək.

Qeyd edək ki, Qazaxıstan Mədəniyyət və İdman Nazirliyinin dəstəyi ilə Almatı Dövlət Akademik Koreya Musiqili Komediya Teatrı bazasında artıq yeddinci dəfə reallaşacaq festival nəinki türkdilli ölkələrdə, ümumilikdə beynəlxalq teatr mühitində böyük nüfuza malikdir. Festivalın münsiflər heyətində Qazaxıstan və qonşu ölkələrdən teatr mütəxəssisləri ilə yanaşı, dünya kukla teatrı sferasında seçilən peşəkarlar təmsil olunurlar.

Tədbirin tarixinə nəzər salsaq, öncəki illərdə hər dəfə müxtəlif ölkələrdən 15-dən artıq teatr və onlarla teatr mütəxəssisinin təmsil olunduğunu görürük.

Nominasiyalı festivalda qaliblər “Ən yaxşı tamaşa”, “Ən yaxşı rejissor işi”, “Ən yaxşı aktyor işi”, “Ən yaxşı rəssam işi” və “Ən yaxşı musiqi tərtibatı” üzrə təltif olunacaqlar.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:258
embedMənbə:https://azertag.az
archiveBu xəbər 13 May 2025 15:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see324

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see291

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see283

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see278

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see273

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see269

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see267

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see253

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see248

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see243

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see231

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see230

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see228

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see227

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see226

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see222

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see218

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see208

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see199

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri