Icma.az
close
up
RU
Azərbaycan ilə Özbəkistanı birləşdirən bağlar qədim köklərə malikdir ŞƏRH

Azərbaycan ilə Özbəkistanı birləşdirən bağlar qədim köklərə malikdir ŞƏRH

Azertag saytından alınan məlumata görə, Icma.az bildirir.

Bakı, 3 iyul, AZƏRTAC

Azərbaycan ilə Özbəkistanı qədim tarixi-mədəni və siyasi əlaqələr birləşdirir.

Ulu Öndər Heydər Əliyevin Özbəkistan ilə Azərbaycan arasındakı münasibətlərin qurulmasında misilsiz xidmətləri olub. Ümummilli Liderin 1996-cı və 1997-ci illərdə Özbəkistana səfəri zamanı iki ölkə arasında bir çox müqavilə imzalanıb.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı, filologiya elmləri doktoru Elnarə Akimova söyləyib. Deputat vurğulayıb ki, 2022-ci və 2024-cü illərdə Prezident İlham Əliyevin Özbəkistana səfəri zamanı iki ölkə arasında münasibətlərin inkişaf etməsi baxımından imzalanan sazişlər yenilənib. Bu sazişlər 2022-ci ildə bir qədər də artırılıb və daha çox sahəni əhatə edib. Xüsusilə, 2024-cü ilin avqust ayında imzalanmış sazişlərlə bir çox sahələrdə müttəfiqliyə yollar açılıb.

“Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin Bakıda olması, paytaxtda Özbəkistanın səfirliyinin yeni binasının açılması və Özbəkistan parkının salınması iki ölkənin münasibətlərinin daha da inkişaf etməsi baxımından çox uğurlu işlərdir. Bu gün Azərbaycan ilə Özbəkistan Turan ideyasının və Türk dünyasının çox güclü resursunu təşkil edir. İki ölkə arasında ortaq dəyərlər, dil və din birliyinin mövcudluğu olduqca əhəmiyyətlidir. Ona görə də tərəflər bütün Türk dünyasının quruculuğunun təməlində dayanan dövlətlər sırasındadırlar.

Azərbaycan ilə Özbəkistan arasındakı əlaqələr günbəgün inkişafdadır. Şübhəsiz ki, iki qardaş ölkənin münasibətlərində hər sahədə yüksəliş tempi var. Üstəlik, bu əməkdaşlıq digər türk dövlətlərinə də birlik baxımından mühüm töhfə verəcək”, - deyə Elnarə Akimova bildirib.

İki ölkə arasındakı münasibətlərin çox böyük perspektiv vəd etdiyini söyləyən deputat deyib: “Azərbaycan ilə Özbəkistan təkcə dost yox, həm də qardaş ölkədir. Bizim böyük müttəfiqlik əlaqəmiz var. Biz bütün sahələrdəki uğurun bəhrələrini bundan sonra da görəcəyik.

Bir məqamı da qeyd edim. Mənim deputat kimi təmsil olunduğum Sumqayıt şəhəri ilə Özbəkistanın Daşkənd şəhəri arasında əməkdaşlıq genişləndirilir. Artıq bununla bağlı müqavilələr imzalanıb. Hesab edirəm ki, Daşkəndin özü də sənaye mərkəzi olaraq böyük perspektivlər vəd edir. Məhz bu iki şəhər arasında müqavilələrin imzalanması həmin şəhərlərin doğmalaşması və qardaşlaşması baxımından da çox uğurludur”.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:181
embedMənbə:https://azertag.az
archiveBu xəbər 04 İyul 2025 09:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see329

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see322

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

29 Oktyabr 2026 22:41see315

MİDA bu obyektlərini hərraca çıxarır: Qiymətlər 1 milyon manatdan başlayır

29 Oktyabr 2026 20:15see287

Maşın ailə büdcəsindən nə qədər pul aparır? Avtomobilin bilinməyən XƏRCLƏRİ

29 Oktyabr 2026 21:42see258

5 dövlət şirkəti ləğv olundu QƏRAR

29 Oktyabr 2026 22:21see250

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

29 Oktyabr 2026 21:36see238

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see233

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see227

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see223

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see218

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see217

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see213

Bugatti şirkətinin rəhbəri Mate Rimatsın “Chiron” hiperkarı oğurlanıb

30 Oktyabr 2026 14:45see212

Səhiyyə Nazirliyi və TƏBİB in vahid mətbuat xidməti yaradılır Özəl

30 Oktyabr 2026 11:02see210

Ürəyinizi qorumaq üçün bu məhsul YEYİN

30 Oktyabr 2026 16:38see204

“Avropa Beynəlxalq Hospitalı”nın Ağdaşda filialı açıldı FOTOLAR

30 Oktyabr 2026 16:52see196

Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi

30 Oktyabr 2026 18:02see193

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see187

Qripdən qorunmaq istəyənlər üçün vacib qidalar

30 Oktyabr 2026 02:04see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri