Icma.az
close
up
RU
Azərbaycan dünyada yaşıl enerji mərhələsinə keçid etmiş etibarlı tərəfdaş ölkə kimi tanınır

Azərbaycan dünyada yaşıl enerji mərhələsinə keçid etmiş etibarlı tərəfdaş ölkə kimi tanınır

Bizimyol saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

“Azərbaycan etibarlı enerji tərəfdaşıdır. Azərbaycan dünyada artıq “yaşıl enerji”yə keçid etmiş ölkə kimi tanınır. Alternativ enerji mənbələrindən istifadə hazırda ölkəmizdə geniş tətbiq olunur. Xüsusən də işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzurda. “Bakı Enerji Həftəsi”nin iştirakçılarına ünvanladığı müraciətdə də Prezident İlham Əliyev bu məqama toxunaraq, işğaldan azad olunmuş ərazilərin “yaşıl enerji” zonası kimi inkişafı dayanıqlı enerji strategiyamızın əsas istiqaməti olduğunu qeyd etdi”.

Bu barədə Bizimyol.info xəbər portalına politoloq Nicat İsmayılov danışıb. Politoloq qeyd edib ki, Bakı Enerji Həftəsi çərçivəsində həmçinin yerli və xarici ölkələrdən olan startap layihələrinin və ümumilikdə 10 stendin nümayiş olunduğu “Smart Energy Hub” adlı xüsusi startap zonası təqdim olundu: “Bu zona startapçılara öz qabaqcıl həllərini və strategiyalarını enerji sahəsinin aparıcı şirkətləri və digər maraqlı tərəflərə təqdim etmək üçün unikal imkan yaratdı. Azərbaycan bu tədbir vasitəsilə zəngin enerji resurslarına, tükənməz və əvəzolunmaz sərvətlərə malik olduğunu bir daha nümayiş etdirdi. Sərgi Azərbaycanın müasir inkişafının əsasında dayanan uğurlu enerji siyasəti haqqında dolğun məlumat verir”.

Nicat İsmayılov

“Amerika Birləşmiş Ştatların Prezidenti Donald Trampın Beynəlxalq Xəzər Neft və Qaz Sərgisinin açılışı münasibətilə ünvanladığı təbrik məktubunda da qlobal enerji təhlükəsizliyinin möhkəmlənməsində, dünya enerji bazarında sabitliyin təmin olunmasında Azərbaycanın oynadığı mühüm rol dəyərləndirildi. “Son 30 il ərzində enerji ehtiyatları baxımından zəngin olan ölkələrimiz neft-qaz sektorunda son dərəcə məhsuldar bir tərəfdaşlıqdan məmnun qalıblar” deyə məktubda bildirilib. Keçirilən sərgi və forumlar ənənəvi olaraq sənaye liderləri ilə görüşmək, fəaliyyətdə olan texnologiya və xidmətləri nümayiş etdirmək, effektiv işgüzar əlaqələr yaratmaq, həmçinin yeni informasiya axını və texnologiyaları təqdim etmək imkanı verərək, neft və enerji sahələrində beynəlxalq əməkdaşlıq imkanlarını genişləndirəcək. Beynəlxalq miqyaslı tədbirlər bir daha sübut edir ki, Azərbaycan beynəlxalq enerji təhlükəsizlik sisteminin formalaşmasında əsas aktordur”-deyən politoloq qeyd edib ki, Azərbaycan artıq Avropa və bütövlükdə dünya enerji bazarında aparıcı qüvvədir.

“Azərbaycanın enerji bazarına daxil olması ilə yeni bir canlanma müşahidə olunmuş, neft-qaz infrastrukturunun şaxələndirilməsi istiqamətində əməli siyasət reallaşdırılmışdır. Artıq enerji təhlükəsizliyi ilə bağlı layihələr Azərbaycanın iştirakı olmadan reallaşmır. Ulu öndərin təməlini qoyduğu Azərbaycanın enerji strategiyası bu günə qədər uğurla icra edilib və daha da zənginləşmiş, yenilənmiş versiyada uğurla həyata keçiriləcək”-deyə Nicat İsmayılov vurğulayıb.

Xatırladaq ki, Bakı Ekspo Mərkəzində 2 iyun 2025-ci ildə başlayan Bakı Enerji Həftəsi çərçivəsində üç mühüm tədbir keçirilib. Belə ki, 3-5 iyun tarixlərində təşkil olunan bu sərgi, Xəzər regionunun ən böyük neft və qaz sərgisi olaraq tanınır. Bu il 31 ölkədən 250 şirkət iştirak edir və sərgi sahəsi 4345 kvadratmetr təşkil edir. Eyni tarixlərdə keçirilən bu sərgi, regionda enerji və yaşıl enerji sahələrindəki yenilikləri təqdim edir. Sərgidə enerji istehsalı, bərpa olunan enerji mənbələri və yaşıl texnologiyalar mövzuları ön plandadır.4-5 iyun tarixlərində keçirilən bu forumda, enerji sahəsindəki qlobal əməkdaşlıq, dayanıqlı enerji gələcəyi və yaşıl enerji mövzuları müzakirə olunur. Forumda SOCAR prezidenti Rovşən Nəcəfov, "bp Azərbaycan"ın regional prezidenti Qari Conson və digər beynəlxalq şirkətlərin nümayəndələri çıxış edirlər. Forumun proqramında rəqəmsallaşma, karbon emissiyalarının azaldılması və enerji bazarlarının gələcəyi kimi mövzular da yer alır. Bakı Enerji Həftəsi, Azərbaycanın enerji sahəsindəki mövqeyini gücləndirmək və beynəlxalq əməkdaşlığı inkişaf etdirmək məqsədini daşıyan bir tədbirdir.

İradə Cəlil, Bizimyol.info

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:131
embedMənbə:https://bizimyol.info
archiveBu xəbər 05 İyun 2025 14:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see305

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see245

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see222

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see221

Gürcüstan növbədənkənar seçkilərə gedir? Açıqlama

23 Yanvar 2026 01:54see192

Qala Pirallahı yolunda PƏRAKƏNDƏ NİŞAN TƏLƏBİ: Sürəti hansına uyğun seçək?

22 Yanvar 2026 19:06see192

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see176

“Xocalı: şahidlər danışır” kitabı qırğız dilində işıq üzü görüb

23 Yanvar 2026 18:54see175

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see167

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see157

2025 ci il Bank Respublika üçün necə keçib? MALİYYƏ VƏZİYYƏTİNİN TƏHLİLİ

23 Yanvar 2026 01:22see157

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see157

Adam qələmi atıb, qaçmaz, Şərif Ağayar! Emil Rasimoğlu yazır...

23 Yanvar 2026 13:53see157

Qusarın iki kəndinin problemləri dinlənildi, tapşırıqlar verildi FOTO

22 Yanvar 2026 19:30see156

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see156

Prezident Ümumdünya İqtisadi Forumunun İllik toplantısında keçirdiyi görüşlərlə bağlı paylaşım ETDİ

22 Yanvar 2026 21:20see150

Milli Məclisin təbii ehtiyatlar, energetika və ekologiya komitəsi hesabat verib

22 Yanvar 2026 19:05see149

Qızıl daha da bahalaşdı QİYMƏTİ 4900 DOLLARI DA KEÇDİ

22 Yanvar 2026 23:57see147

Kevin Yakob “Qarabağ”ın transfer siyahısına düşüb

23 Yanvar 2026 18:15see147

Qarnın çıxmasının səbəbi piy deyilmiş Açıqlama

23 Yanvar 2026 05:06see140
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri