Icma.az
close
up
RU
Azərbaycan dünyaya sülh diplomatiyası etalonu ola bilib Politoloq

Azərbaycan dünyaya sülh diplomatiyası etalonu ola bilib Politoloq

Icma.az, Redaktor.az portalına istinadən məlumat yayır.

"Misirin Şarm əl-Şeyx şəhərində keçirilən Yaxın Şərq Sülh Sammitinə ABŞ Prezidenti Donald Trampın və Misir Prezidenti Əbdülfəttah əs-Sisinin dəvəti ilə Prezident İlham Əliyevin iştirak etməsi Azərbaycan Respublikasının çox vektorlu diplomatiyasının növbəti uğurudur".

Bu fikirləri Redaktor.az-a açıqlamasında siyasi elmlər üzrə fəlsəfə doktoru, politoloq Üzeyir Mustafayev Azərbaycan Prezidenti İlham Əliyevin Misirin Şarm əl-Şeyx şəhərində keçirilən Yaxın Şərq Sülh Sammitində iştirakından danışarkən bildirdi.

"Əvvəla qeyd edək ki, Azərbaycan Respublikası 5 il öncə, 44 gün ərzində müharibə ilə ərazi bütövlüyünü təmin edib. Müharibə faktoru hərbi güc amilinə əsaslanır. İkinci Qarabağ müharibəsindəki tarixi qalibiyyətimizdə də hərbi gücün müstəsna rolu olub", - deyə o, qeyd etdi.

Politoloq əlavə etdi ki, İlham Əliyevin innovativ və unikal diplomatik fəaliyyəti nəticəsində Azərbaycan bütün dünya dövlətlərinə postmünaqişə dövründə sülhün və sabitliyin yaradılmasının nümunəsi olub.

"Ölkə başçısının da dəfələrlə bildirdiyi kimi müharibədə qalib gəlmiş, qarşı tərəfi kapitulyasiya aktını imzalamağa məcbur etmiş dövlət olmağımızla yanaşı, bu gün paraflanmış sülh müqaviləsi mətninin əsasını təşkil edən 5 baza prinsipinin də müəllifi məhz bizik. Bu baxımdan Cənubi Qafqaz regionunda uzunmüddətli sülhün təmin olunmasının mühüm hissəsini özündə cəmləşdirən Qarabağ “düyünü”nü hərbi güclə açan, həm də müharibə riskinin birdəfəlik ortadan qalxması üçün sülh müqaviləsi mətni üzərində aktiv şəkildə işləyən Azərbaycan dünyaya sülh diplomatiyası etalonu ola bilib. Bu aspektdən təhlil etdikdə görərik ki, Prezident İlham Əliyevin Yaxın Şərq Sülh Sammitinə dəvət olunması və iştirakı az əvvəl dediklərimizin sübutudur. Digər tərəfdən isə bu dəvət ABŞ-Azərbaycan münasibətlərinin yüksək inkişaf tempindən xəbər verir. Azərbaycanın Yaxın Şərqdəki proseslərə yanaşması birmənalıdır, güc amili kənara qoyulmalı və sülh mövqeyi əsas götürülməlidir", - deyə Üzeyir Mustafayev yekunlaşdırdı.

Xədicə BAXIŞLI 

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:117
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 14 Oktyabr 2025 18:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABŞ Venesueladan icazəsiz çıxan bütün tankerləri ələ keçirəcək

13 Yanvar 2026 00:04see223

Sınmış ventilyatora görə milyonlar qazandı

11 Yanvar 2026 23:17see208

İcra başçısının nümayəndəliyi möhürü itirdi

13 Yanvar 2026 02:27see194

Qadın dünyaya sərxoş körpə gətirdi

12 Yanvar 2026 02:53see177

Nadir şahdan bu günə: İran Türkiyə Səudiyyə Ərəbistanı üçbucağı

12 Yanvar 2026 08:57see170

Həmin açıqlamadan sonra Afaqla Röya bir toyda Video

12 Yanvar 2026 10:11see169

Rafael Məmmədova YÜKSƏK VƏZİFƏ VERİLDİ KONKRET

11 Yanvar 2026 23:00see154

İsraillə Almaniya arasında təhlükəsizlik sahəsində strateji əməkdaşlıq bəyannaməsi imzalandı

12 Yanvar 2026 03:43see146

Qızılın qiyməti BAHALAŞDI

12 Yanvar 2026 09:52see145

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see143

31 manat ödəyib, xidmət almırlar: Xətai rayonunda üç gündür sakinlər KATV dən internet ala bilmirlər

13 Yanvar 2026 11:16see143

“Araz Naxçıvan”ın rəsmisi: “Hazırda transfer planlarımız yoxdur”

13 Yanvar 2026 14:11see140

“Azərbaycan sülhdə möhkəmdir”

12 Yanvar 2026 21:45see139

PUA ların dövriyyəsinə xüsusi icazə və dövlət qeydiyyatı artıq “mygov”da

12 Yanvar 2026 10:10see137

Tramp İran nümayəndələri ilə görüşə bilər

12 Yanvar 2026 07:39see136

Səhranın qumlu səthi üzərində gələcəyin enerjisi: Zafranın hekayəsi...

12 Yanvar 2026 20:53see131

İngiltərə Kuboku: “Brayton” “Yunayted”i məğlub edib

11 Yanvar 2026 23:01see127

Mehdiyev işi nə görə o da ifadəyə çağırıldı

12 Yanvar 2026 19:46see126

“Liverpul” İngiltərə Kuboku matçında “Barnsli”ni darmadağın edib VİDEO

13 Yanvar 2026 01:56see124

Naxçıvanın sosial iqtisadi inkişafı haqda hesabat tədbiri keçirildi Fotolar

12 Yanvar 2026 20:51see123
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri