Politoloq: Azərbaycan Qazaxıstan üçün dünyaya açılan pəncərə rolunu oynayır
Demokrat.az saytından alınan məlumata görə, Icma.az bildirir.
"Qazaxıstan Azərbaycanın ən önəmli strateji tərəfdaşlarından biridir. İki ölkə arasında ikitərəfli və bərabər hüquqlu yüksək münasibətlər mövcuddur. Hər iki türk dövlətinin iqtisadi potensialı geniş perspektivlər açır. Eyni zamanda iki ölkə Türk Dövlətləri Təşkilatı (TDT) daxilində də strateji tərəfdaşlıq münasibətlərinə malikdirlər".
Bu sözləri Demokrat.az-a açıqlamasında politoloq Elçin Xalidbəyli deyib.
Ekspert bildirib ki, iki dövlət Türkiyə ilə yanaşı, TDT-nın qlobal məkanda siyasi iradə mərkəzinə çevrilməsi cəhdləri edirlər:
"TDT yaxın gələcəkdə qlobal məkanın əsas siyasi iradə mərkəzlərindən birinə çevrilə bilər. Çünki təşkilata daxil olan dövlətlərinin iqtisadi resursları, xüsusilə enerji resursları geniş imkanlar açır.
Qazaxıstan bütün imkanlarını dünyaya açıqlmaq istiqamətində yönəldib. Rusiyanın təsir dairəsindən tədricən xilas olaraq, beynəlxalq məkanda öz yerini tutmaq üçün cəhdlər göstərir.
Qazaxıstan iqtisadi, ticari istiqamətdə yeni pəncərələrə ehtiyacı olduğunu qətiyyən gizlətmir. Bu baxımdan Azərbaycanın Qazaxıstan üçün önəmi yüksəkdir. Çünki Qazaxıstan enerji resurslarını Azərbaycan üzərindən Avropa bazarına çıxarmaq imkanına malikdir.
Azərbaycan Qazaxıstan üçün dünyaya açılan pəncərə rolunu oynayır. İki dövlətin qarşılıqlı münasibətlərində bu faktlar önəmli yer alır. Azərbaycanla Qazaxıstan münasibətləri bütövlükdə türk dünyasının gələcəyi üçün önəm daşıyır".
Əfsanə Kamal
Demokrat.az
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.

Bu mövzuda digər xəbərlər:“Azərbaycan Qazaxıstan əməkdaşlığı strateji əhəmiyyət daşıyır” Politoloq
11 Sentyabr 2025 16:39
Politoloq: Qazaxıstan və Azərbaycan regionun iki əsas qapısıdır
16 Oktyabr 2025 17:02
Bakıdan dünyaya açılan pəncərə
13 Fevral 2025 15:52
Qazaxıstan Azərbaycan strateji tərəfdaşlığın yeni mərhələsinə qədəm qoyur politoloq
20 Oktyabr 2025 18:31
Laçından dünyaya açılan pəncərə ŞƏRH
02 İyun 2025 18:22
Baxış sayı:125
Bu xəbər 12 Mart 2025 15:44 mənbədən arxivləşdirilmişdir

Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur

Günün ən çox oxunanları