Icma.az
close
up
RU
Azərbaycan düyünü kənardan gətirir İdxaldan asılılıq azaldıla bilərmi?

Azərbaycan düyünü kənardan gətirir İdxaldan asılılıq azaldıla bilərmi?

Moderator.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Azərbaycan 10 ayda xaricdən 58 milyon dollarlıq düyü alıb. Bu ilin yanvar-oktyabr aylarında Azərbaycana 58 milyon 140 min dollar dəyərində 55 min 961 ton düyü idxal edilib.

Düyü idxalı 2023-cü ilin 10 ayı ilə müqayisədə dəyər baxımından 15 milyon 38 min və ya 34,9%, miqdar ifadəsində isə 17,4% artıb. 

Xatırladaq ki, ötən ilin eyni dövründə ölkəmizə 43 milyon 102 min dollar dəyərində 47 min 674 ton düyü idxal edilib.

Bu gün qlobal miqyasda düyüyə tələbat artır. Düyü dünya əhalisinin əksəriyyətinin ən çox istehlak etdiyi əsas qidadır. O, əsas kənd təsərrüfatı əmtəəsidir, istehsalda qarğıdalı və şəkər qamışından sonra üçüncü yeri tutur. Düyü Azərbaycanda da ən çox istehlak edilən əsas qidadır. Lakin ölkəmizdə düyü istehsalı hələ də yerli tələbatı ödəmir.

 İqtisadçı ekspert Pərviz Heydərovun Moderator.az-a verdiyi açıqlamaya görə, düyü Azərbaycanda digər ölkələrdən idxal edilən əsas qida məhsullarındadır:

 “Düyü Azərbaycana əsasən idxal yolu ilə gəlir və bu məhsulun istehsalının artırılması mövcud resurslarla mümkün olsa da, hələ də böyük asılılıq qalır. Yerli istehsalın məhdud olması səbəbindən əhalinin düyü tələbatını ödəmək üçün kənardan idxala ehtiyac duyulur. Hazırda Azərbaycana ən çox düyü idxal edən ölkələr Hindistan və Pakistan kimi Asiya ölkələridir. Pandemiya və enerji böhranı kimi qlobal çətinliklər isə bu ölkələrin düyü ixracını əhəmiyyətli dərəcədə məhdudlaşdırmışdır. Hətta Hindistan və Pakistan kimi əsas ixracatçılar, ixracatlarını dayandıraraq, düyü və onun istehsalında istifadə olunan materialları daxildə enerji təchizatı məqsədilə istifadə etməyə başlamışlar. Nəticədə, dünya bazarında düyü qiymətləri artmış, idxal çətinlikləri yaranmışdır.

Azərbaycanda düyü istehsalını artırmaq məqsədilə mövcud dövlət proqramları olsa da, ekspert qeyd edir ki, bu proqramların həyata keçirilməsi ilə bağlı müəyyən çətinliklər mövcuddur:

“Hazırda yerli istehsalın daxili tələbatı yalnız 40-45% səviyyəsində qarşılayır. Bu, ölkənin düyü tələbatını tam ödəmək üçün kifayət etmir. Dövlətin bu sahəyə verdiyi dəstək, proqramların mövcudluğu, bəzi müsbət inkişafa gətirib çıxarsa da, hələ də məqsədə çatmaq üçün kifayət qədər irəliləyiş əldə olunmayıb. Azərbaycanın düyüçülük sahəsində inkişaf potensialı olduqca böyükdür. Ölkənin ərazisi, iqlimi və torpaq sahələri bu sahənin inkişafı üçün əlverişli şərait yaradır. Bununla belə, düyü istehsalını artırmaq və idxaldan asılılığı azaltmaq üçün daha çox addım atılmasına ehtiyac vardır. Bu sahədə daha çox investisiya, texnologiyaların tətbiqi və müvafiq təlimat proqramları ilə yerli istehsalı artırmaq mümkündür. Azərbaycanda düyü istehsalı və idxalına olan asılılıq, qlobal iqtisadi və enerji böhranlarının təsiri altında daha da artmışdır. Həmin çətinliklərə baxmayaraq, yerli istehsalı artırmaq və idxaldan asılılığı azaltmaq üçün potensial mövcuddur. Dövlət proqramlarının daha təsirli şəkildə həyata keçirilməsi, yerli istehsalçıların dəstəklənməsi və modern texnologiyaların tətbiqi ilə Azərbaycan bu sahədə özünü təmin etmək üçün irəliləyiş əldə edə bilər”.

Mehin Mehmanqızı

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:130
embedMənbə:https://moderator.az
archiveBu xəbər 10 Dekabr 2024 10:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see212

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see195

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see173

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see165

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see154

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see152

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see150

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see150

FHN ASAN Xidmətdə təlim keçirdi Foto

23 Dekabr 2025 11:05see147

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see143

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see141

Ramin Axundov axtarışa verildi FOTO

23 Dekabr 2025 22:05see140

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see140

Latviya Belarusla sərhəddə gücləndirilmiş mühafizə rejimini uzadır

23 Dekabr 2025 04:27see135

Kərkicahan Bir kənd, iki tale

24 Dekabr 2025 06:46see131

Prezidentin sərəncamı ilə bu şəxslərə 200 manat veriləcək Bayram ərəfəsində...

23 Dekabr 2025 11:03see131

“Səsi yaxşı çıxır, pis deyil” Ferstappen yeni “Formula 1” mühərrikinin səsini təriflədi

24 Dekabr 2025 01:02see130

Zaur Axundov “Araz Naxçıvan”ın avrokubok şansını bitirdi! bir qərara sözardı

24 Dekabr 2025 00:11see129

Ən simic bürclər Pul xərcləmirlər

24 Dekabr 2025 03:24see127

Binəqədi sakinlərindən ETİRAZ: “Prezidentə necə çatdıraq ki, icra hakimiyyəti işləmir” Şikayətçi (FOTOLAR)

23 Dekabr 2025 11:50see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri