Azərbaycan EBRD ilə bərk məişət tullantılarının idarəçiliyi üzrə əməkdaşlığı müzakirə edib
Xalqcebhesi saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Azərbaycan və Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD) arasında su infrastrukturu, bərk məişət tullantılarının idarəçiliyi və digər perspektiv sahələrdə əməkdaşlığa dair fikir mübadiləsi aparılıb.
Bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov "X" sosial şəbəkəsindəki hesabında bildirib.
Nazir qeyd edib ki, I Azərbaycan Beynəlxalq İnvestisiya Forumu (AIIF 2025) çərçivəsində EBRD-nin Qafqaz üzrə regional direktoru Alkis Drakinos ilə görüşüb.
"Beynəlxalq maliyyə qurumları ilə səmərəli tərəfdaşlığın Azərbaycanın dayanıqlı inkişafı və investisiya mühitinin təkmilləşdirilməsində mühüm rolunu vurğuladıq", - deyə M.Cabbarov bildirib.
Bu mövzuda digər xəbərlər:Azərbaycan Vyetnamla kibertəhlükəsizlik üzrə əməkdaşlığı müzakirə edib
08 May 2025 17:37
Azərbaycan və İsrail torpaq idarəçiliyi sahəsində əməkdaşlığı müzakirə edib
24 Aprel 2025 16:05
Azərbaycan Fransa şirkəti ilə karbonsuzlaşma üzrə əməkdaşlığı müzakirə edib
15 Noyabr 2024 19:40
Baxış sayı:64
Bu xəbər 23 Sentyabr 2025 16:40 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















