Icma.az
close
up
RU
Azərbaycan ədəbiyyatının ən yaxşı nümunələrini biz yaradırıq! Rəvan Cavid

Azərbaycan ədəbiyyatının ən yaxşı nümunələrini biz yaradırıq! Rəvan Cavid

Icma.az, Kulis.az saytına istinadən bildirir.

Kulis.az Rəvan Cavidin "Gündəmə dair" yazısını təqdim edir.

Uzun müddətdir Bakıdakı ədəbi mühitdən xəbərsizəm. Bir vaxtlar günün yarısını bir yerdə keçirdiyim dostlarla da aramızda soyuq yel əsir. Həm mənim, həm də onların səhlənkarlığına görə uzun müddətdir söhbətləşə, dərdləşə bilmirik.
Son günlərdə şairlər, yazıçılar öldü, kədərləndim, darıxdım. Qədər onları yaddaşımızda nə qədər qoruyub saxlayacaq, bilmirəm. Bütün hallarda bu coğrafiyada ən çətin şeyi etdilər - yazmağı və yaşamağı.
Azərbaycandakı siyasi və iqtisadi gündəmdən başqa xəbər oxumağa həvəs, hövsələ qalmayıb məndə. Bəlkə də, yadlaşmağın bir formasıdır bu.
Keçən günlərdən birində özümə söz verdim ki, mühitdən xəbərdar olmaq üçün hər gün bir-iki sayta baxım. Baxdım. Diqqətimi çəkən iki mövzu oldu.
Birincisi, dostum, qardaşım Orxan Həsəninin bizim ədəbi nəsillə bağlı yazdığı idi.
İkincisi, mənim üçün dəyərli olan iki imzanın - Aqşin Yenisey və Rəşad Səfər ətrafında baş verən polemika. İstəyərim, giley-güzarı bir tərəfə qoyub, hər iki mövzuda fikirlərimi bölüşüm.

Orxanın bizim nəsillə bağlı yazdığı fikirlərlə ikiəlli razıyam. Hətta bir az da tündləşdirib deyə bilərəm ki, Orxanın sadaladığı və əlavə bir neçə imza (yenə bizim ədəbi nəsildən) ədəbiyyatımıza digər nəsillərdən daha çox xidmət edir. Xüsusilə mövcud siyasi, sosial, iqtisadi vəziyyəti nəzərə alsaq, bizim qədər fədəkar heç bir nəsil olmayıb. Estetik baxımdan da biz digər nəsillərdən daha rəngarəngik. Mövzular, üslublar, yollar fərqlidir. Yeraltından yerüstünə, sağdan sola (bəzən bunun fərqində olmasaq da), janrdan janra bütün müstəvilərdə nümunələr yaradan yeganə nəsilik.
Ağır şərtlərə rəğmən romantikliyi kənara qoyub, yazı masasının arxasında səbrlə oturanlar bizik.
Hər halda, zaman, tale özü bizi qiymətləndirəcək.
Əllilər, altmışlar, səksənlər, doxsanlardan bizim ədəbi əcdad hesab edə biləcəyimiz heç bir müəllif yoxdur.
Qarşımızda olanlar var, lakin nə arxamızda, nə də yanımızda olanlar yoxdur. Bir başqa fərqimiz də bizim ədəbiyyatı universitet auditoriyalarında yox, küçələrdə, pablarda, kirayə evlərdə, qalın kitablardan, ədəbi söhbətlərdən öyrənməyimizdir.
Əvvəlki nəsildən heç nə öyrənmədikmi?
Öyrəndik.
Təcrübələrini paylaşmadılarmı?
Paylaşdılar.
Dəstək olmurlarmı?
Olurlar.
Ancaq məsələ bizim yaratdığımız ədəbi nümunələrə gələndə xüsusilik, ahəngdarlıq, polifoniklik daha aydın sezilir. Üslub təkrarı yoxdu və ən əsası hansısa “məktəbin” məzunları deyilik. Yuxarıda saydığım cavablar da bizlər üçün gündəliyimizə yazacağımız xatirədən başqa bir şey olmur.
Narazı deyiləm. Əksinə, yoldaşlıq etdiyim imzaları xatırlayanda sevinirəm. Sadəcə şərtlər başqa olsaydı, yəqin ki, böyükdən kiçiyə heç bir imza bizimlə müqayisəyə gəlməzdi.

Azərbaycan ədəbiyyatının ən yaxşı nümunələrini biz yaradırıq, bunu dedim.
İndi isə ədəbiyyatımızın az dilə gətirilən böyük problemini deyim. Füzulidən bu yana Azərbaycan ədəbiyyatı heç bir fəlsəfi, sosial zəminə oturdulmur. Buna görə də, dünya ədəbiyyatı söhbətləri bizdə həmişə kirli kafelərin kirli masalarında qalacaq. İrfan ədəbiyyatı, folklor, heç vaxt dərk olunmayan və istiqaməti dəyişdirilən sosialist nümunələr, altmışlar, səksənlər və sairlər ciddi deyil, ciddi də qəbul edilə bilməz. Bu nümunələri ciddi qəbul edənin savadına şübhə duymalıyıq.
Bir-bir imzaların və əsərlərin adlarını çəkib, heç kimi yormaq istəmirəm. Amma dünya ədəbiyyatına çıxara biləcəyimizi düşündüyümüz əsərlərin hamısı kaldır. Səbəbi isə fəlsəfi dərinliyin olmamasıdır. Yazıçı yazdığının fəlsəfi, sosial tərəflərini müəyyənləşdirə bilməyibsə, yazdıqları əhvalatdan başqa heç nə deyil.
Bəs təriflədiyim bizim nəsil yazdıqlarını fəlsəfə çətirinin altında populizmdən qoruya bilirmi? Müəyyən qədər, bəli. Təftiş edəndə müəyyən fəlsəfi notları tapmaq olur. Həm də bizim əsrin fəlsəfəsi də elə bizim yazdıqlarımız kimidir. Məsələn, altmışıncıların yazdıqları ilə proletariyanın fikri arasında uyğunluq yox idi. Altmışıncılar proletariyaya yaltaqlanırdı, onları başa düşə bilmirdi. Dialektikadan uzaq idilər. Başa düşsəydilər, fərqli nümunələr yarana bilərdi. Ya da doxsanlar azadlıqla yeni imperiyalist düşüncə arasındakı fərqi tutsaydı, quru tənqidin, özünübəyənmişliyin fövqündə nələrsə yaradardılar.
Heç biri bacarmadı.
Biz isə bacarırıq və daha yaxşılarını yaratmaq üçün vaxtımız var. Bizim qədər fəlsəfəni və sosiologiyanı dərindən bilən ikinci nəsil yoxdur. Elə bu, nəyə desən, dəyər.

Gələk ikinci məsələyə.
Əminəm ki, bizim mühitdə Bön Çul Xanı beş nəfərdən çox adam oxumayıb. Ona görə, Yeniseyi başa düşməkdə çətinlik çəkirlər.
Hazırkı bazarın onlardan necə istifadə etdiyini (bütün mövzularda) çox adam bilmir.
Bön Çulu oxumayıb 2025-də fəlsəfədən, sosial-politikadan danışmaq, ya da danışanlara rəy vermək mühitin vəziyyətini daha da ağırlaşdırır. Azərbaycan dilinə tərcümə olunubmu, bilmirəm. Araşdırıb bu yazıya əlavə etmək üçün ərinirəm. Olunmayıbsa, mütləq və mütləq tərcümə olunmalı və təbliğ edilməlidir. Əks halda, böyüklərimiz bizi heç vaxt başa düşməyəcək.

Rəşad Səfərin “Kulis”də çıxan "Romantizm bəlası" məqaləsinə söz ardı əlavə edəcəm.

Cəmiyyətimizdə “yaradıcı insan” deyəndə hələ də ağla gələn ilk təsvirlərdən biri, təəssüf ki, çox vaxt özünü dünyadan təcrid etmiş, “maddi dəyərlərə qarşı çıxan” və “sistemə sığmayan” fərddir.
Bu təsvirin kökləri Avropa romantizminə, xüsusilə də, XIX əsr ədəbiyyatında “dahi və faciəli sənətkar” modelinə gedib çıxır. Lord Bayron, Şelli, Hölderlin, Bodler kimi şairlərin həyatı bu mifi bəsləmiş, daha sonra bu obraz bədii və ictimai şüurda oturuşmuşdur. Romantizm dövrü sənətkarı bəşəri kütlədən fərqli, “ilahi ilhamla vəhy alan” bir varlıq kimi təqdim etmişdi və bu düşüncə tərzi hələ də çoxsaylı ədəbiyyat mühitlərində təsirini saxlayır.
Rəşadın da qeyd etdiyi kimi, bu mifoloji model zamanla öz funksionallığını itirib və müasir dövrün yaradıcı insanını ifadə etmir. Əslində, romantik şablonun tənqidinin arxasındakı fikir budur: sənətkar olmaq həyatdan qaçmaq yox, onu daha dərindən dərk etmək bacarığıdır, təhlilini düzgün alqoritmlə ifadə etmək istedadıdır.
Bu baxımdan, “əsl yaradıcı ömür” anlayışı tənhalığın və çarəsizliyin sinonimi deyil, əksinə, insan təcrübəsini sistemli şəkildə öyrənmək və onu bədii formaya çevirmək prosesidir. Hazırda “ətəyində namaz qılacağımız” yazıçıların bədii yaradıcılığı spontan impulsların deyil, planlı düşüncənin məhsulu olub. Yəni məsələ haradansa (?) vəhy gözləmək deyil, stulu çəkib noutbukun qabağında oturmaqdır. Əgər romantik dövrdə sənətkar “ilhamın quluydusa”, müasir dövrdə o, artıq “fikrin memarıdır”.
Bu dəyişiklik, sənətin strukturunda olduğu kimi sənətkarın mənəvi varlığında da dərin fərqlər yaradır. İntizamlı yaradıcı artıq təsadüfi dəliliklə deyil, məqsədyönlü müdrikliklə hərəkət edir. O, yazının hər cümləsində məsuliyyət daşıyır, həm oxucuya, həm də dövrün estetik və mənəvi dəyərlərinə qarşı. Yaradıcı insanın fəaliyyəti təkcə fərdi təcrübənin ifadəsi deyil. O, həm də sosial yaddaşın formalaşmasına xidmət edir. Bu səbəbdən, sənətkarın “ömrü” dedikdə, yalnız şəxsi faciələr və təcrid yox, ictimai iştirakçılıq nəzərdə tutulmalıdır.
Müasir dünyada ədəbiyyat artıq yalnız emosional etiraf vasitəsi deyil, ictimai refleksiya platformasıdır. Sosial və mədəni kontekstin nəzərə alınması sənətkarın müasirliklə uzlaşmasını təmin edir. XXI əsr yaradıcı şəxsiyyəti həm texnoloji, həm də mədəni cəhətdən inteqrasiya olunmuş bir varlıq kimi fəaliyyət göstərməlidir. Onun ömrü, ənənəvi mənada “mistik təcrid”lə deyil, “mədəni şüurla birləşmə” ilə səciyyələnir.

Uzun sözün qısası, bütün mətnlərin yaradıcı əməyə çevrilməsi üçün istedad şərtdir, amma iyirmi birinci əsrdə vacib vasitə deyil. Bu fakt bizim qocamanları nə qədər də üzsə, əvvəl-axır yaş dəsmal kimi üzlərinə çırpılacaq.

Qapı arxasındakı həqiqət - İman İmanlının hekayəsi Cəhalətə meydan oxuyan şair - Seyid Əzim Şirvani millətin gözünü necə açdı? "Tısbağalar sevişən bu sahildə... " - Rasim Qaracanın yeni şeirləri
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:66
embedMənbə:https://kulis.az
archiveBu xəbər 04 Noyabr 2025 13:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çəhrayı gözlük Məryəm Bağırova yazır

02 Fevral 2026 14:24see661

Epstein qalmaqalı və kabus kimi suallar... TƏHLİL

02 Fevral 2026 10:55see282

Vasif Məhərrəmli Elarizin adının Epşteyn dosyesində çəkilməsindən danışdı Açığı deyim ki...

02 Fevral 2026 16:42see260

Keçmiş həbsxana rəisinin iylənmiş meyiti tapıldı YENİLƏNİB

02 Fevral 2026 19:40see247

MMA döyüşçümüz ilk raundda qalib gəldi

02 Fevral 2026 02:38see223

ABŞ ı İsrail qızışdırır

02 Fevral 2026 08:06see218

Nikosayağı həmin paylaşımını da sildi VİDEO

02 Fevral 2026 10:36see204

Vəlizar həbs olundu

02 Fevral 2026 19:20see189

Bakıda özünü 17 mərtəbədən atan qızın anası DANIŞDI TƏFƏRRÜAT VİDEO FOTO

02 Fevral 2026 05:25see188

Müharibə bölgəsindən qaçan və sığınacaq axtaran şəxslər ilk fürsətdə qonşu ölkələrə axın edir, orada məskunlaşırlar

02 Fevral 2026 15:03see174

Natiq Cəfərli: “Gürcüstanda benzin ucuzlaşır, çünki dövlətdən yox, bazardan asılıdır”

03 Fevral 2026 13:42see168

Bakıda 15 yaşlı qız atasını bıçaqladı

03 Fevral 2026 01:51see160

Fransa XİN başçısı Aİ ni Rusiya ilə birbaşa əlaqə kanalı yaratmağa çağırıb

02 Fevral 2026 03:22see159

Tahir Salahovun ev muzeyində START layihəsi çərçivəsində sərgi keçirilib

03 Fevral 2026 02:50see155

Uitkoff Netanyahu ilə danışıqlar aparmaq üçün İsrailə gedir

02 Fevral 2026 16:45see151

Bakı Quba magistralında ağır qəza olub

02 Fevral 2026 00:47see147

Hökumət yanacağın qiymətini endirir Litri nə qədər olacaq?

03 Fevral 2026 02:35see146

Merz Melonini Makrondan üstün tutur

02 Fevral 2026 22:15see145

Mallar gömrükdə qalıb: “Temu” Azərbaycan bazarından çıxır?

02 Fevral 2026 14:52see144

Maşınını satmaq istədi; diaqnostikada nəticəni öyrənib xəstəxanalıq oldu VİDEO

02 Fevral 2026 21:01see143
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri