Icma.az
close
up
RU
Azərbaycan elektrik enerjisini idxal edən ölkədən onu ixrac edən ölkəyə çevrilib RƏY

Azərbaycan elektrik enerjisini idxal edən ölkədən onu ixrac edən ölkəyə çevrilib RƏY

Icma.az, Pravda.az portalına istinadən məlumatı açıqlayır.

“Ümumi gücü 1880 MVt olan “8 Noyabr” Elektrik Stansiyasıbu stansiya Azərbaycanın müstəqillik dövründə inşa edilən ən iri istehsal müəssisəsi kimi tarixdə qalacaq. Layihənin strateji əhəmiyyəti bundan ibarətdir ki, stansiya təkcə ölkənin daxili enerji tələbatını deyil, həm də ixrac potensialını artıracaq, ölkəmizə yeni imkanlar qazandıracaq. 1945-ci ildə Mingəçevirdə inşasına başlanan və 9 ildən sonra istifadəyə verilən 8 bloklu Su Elektrik Stansiyanın ümumi gücü 2400 meqavatdır. “8 Noyabr” Elektrik Stansiyası isə Prezident İlham Əliyevin 2022-ci ildə imzaladığı Sərəncama əsasən inşasına başlanıb və bu layihə rekord sayılacaq müddətdə - cəmi iki il ərzində uğurla başa çatdırılıb”.

Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Aydın Hüseynov deyib.

“Bu hadisə ilə “Nur şəhəri” adlandırılan Mingəçevir ölkənin əsas enerji mərkəzinə çevrilir. Dövlətimizin başçısı İlham Əliyevin  qeyd etdiyi kimi, biz son 20 il ərzində Azərbaycanın energetika sistemini demək olar ki, sıfırdan qurmuşuq: «Ölkəmizin müxtəlif yerlərində yeni elektrik stansiyaları qurulmuşdur, eyni zamanda, Mingəçevirdə də yenidənqurma işləri aparılmışdır. Yadınızdadır, burada baş vermiş qəza nəticəsində ölkəmizin böyük hissəsi, demək olar ki, işıqsız qalmışdı. Ondan sonra praktiki tədbirlər görülməyə başlanmış və biz qısa müddət ərzində burada böyük uğurlara nail ola bilmişik”. Son 20 ilin sosial-iqtisadi uğurlarına diqqət etsək, qazanılan uğurlar kifayət qədər çoxdur. Əlbəttə, hər bir dövlətin iqtisadiyyatı və onun sosial həyatı həmin ölkədə enerji sektorunun inkişaf səviyyəsindən asılıdır. Bütün digər sahələrdə olduğu kimi, elektrik enerjisi sahəhəsinin də etibarlı inkişafının təməl daşı ulu öndər Heydər Əliyev tərəfindən qoyulub. 1971-ci ildə Naxçıvan Muxtar Respublikası ərazisində Araz çayı üzərində gücü 22 MVt olan İran-Azərbaycan “Araz” Su Elektrik Stansiyasının tikintisini, 1972-ci ildə “2 saylı Sumqayıt İstilik Enerji Mərkəzi”nin gücünün 220 MVt-a çatdırılmasını, 1976-1977-ci illərdə gücü 50 MVt olan “Sərsəng” Su Elektrik Stansiyasının istifadəyə verilməsini, gücü 380 MVt olan “Şəmkir” Su Elektrik Stansiyasının istismara buraxılmasını xüsusi qeyd etmək lazımdır. Heydər Əliyevin Azərbaycanda qurduğu yeni və güclü energetika sisteminin ən bariz nümunələrindən biri bu gün də Cənubi Qafqazın ən böyük istilik-elektrik stansiyası sayılan, 8 enerji blokna malik və gücü 2400 MVt olan “Azərbaycan” İstilik Elektrik Stansiyasıdır. Müstəqillik illərində Ulu Öndərin rəhbərliyi altında Azərbaycanın enerji sisteminin yenidən qurulması istiqamətində görülən işlər nəticəsində ölkədə elektrik enerjisi istehsalı 2 dəfəyə qədər artırılıb. Təməli Ulu Öndər tərəfindən qoyulmuş Azərbaycan enerji sistemində son 20 ildə Prezident İlham Əliyev tərəfindən böyük uğurlara imza atılıb. Ölkənin  enerji sistemində aprılan islahatlar, enerji istehsal edən yeni stansiyaların inşası və fəaliyyətdə olan stansiyaların modernləşdirilməsi hesabına enerji istehsalı sahəsində yüsək nəticələr əldə olunub. 2003-cü ilə qədər Azərbaycanda cəmi 10 elektrik stansiyası mövcud idisə, İlham Əliyevin ölkəyə rəhbərlik etdiyi son 20 ildə Azərbaycanda 34 yeni elektrik stansiyası tikilib istismara verilib. Bunun nəticəsidir ki, ölkəmiz elektrik enerjisini idxal edən ölkədən onu ixrac edən ölkəyə çevrilib”, — deputat bildirib.

Aytəkin Qardaşova

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:98
embedMənbə:https://pravda.az
archiveBu xəbər 24 İyun 2025 17:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Paşinyanın Türkiyə səfərindən sonra Zəngəzur dəhlizinin açılması sürətlənəcək? Deputatdan AÇIQLAMA

23 İyun 2025 18:53see191

Röya Ayxan Anardan danışdı

23 İyun 2025 13:37see146

Almaniya müharibəyə hazırlaşır

23 İyun 2025 17:59see120

Tramp öz xaqını aldatdı

23 İyun 2025 07:36see118

Azad olunmuş ərazilərdə 15 yaşayış məntəqəsinin ilkin mərhələdə inşası tamamlanıb

23 İyun 2025 18:47see117

Xamneyi: İran aqressiya nümayiş etdirməyib

23 İyun 2025 23:35see117

Savadsız müəllimə güzəşt gələcəyimizə xəyanətdir! Ekspert

23 İyun 2025 08:25see115

Vəhşi quşlar təbiətə buraxıldı Altıağacdan maraqlı görüntülər

24 İyun 2025 15:56see115

İranda daha bir nüvə alimi və oğlu öldürülüb Qayınanası isə güllələnib

24 İyun 2025 06:24see114

Breket taxanlara qida xəbərdarlığı stomatoloq

24 İyun 2025 03:02see114

ABŞ qoşunlarına zərbə endirilməsi ehtimalı var NYT

23 İyun 2025 09:31see113

İmkanlı turistlərinin kazino oynamasının bizə faydası var Elman Nəsirov

23 İyun 2025 13:01see113

Super Liqa klubu “Zirə”nin futbolçusu ilə maraqlanır

23 İyun 2025 14:35see112

“Mançester Siti” “Əl Əyn”ni darmadağın etdi

23 İyun 2025 07:18see112

Mahir Emreliylə bağlı şad xəbər! bundan sonra bir milyon avro...

23 İyun 2025 15:05see111

Qışqırmaqla problem həll edilmir Nazir

24 İyun 2025 15:50see111

Gürcü iqtisadçı: Orta Dəhliz Avropa üçün yeganə real və etibarlı alternativə çevrilib MÜSAHİBƏ

23 İyun 2025 19:08see111

48 yaşı var, 13 universitet bitirib: Dünya rekordu uğrunda mübarizə aparır

23 İyun 2025 19:08see110

Kəskin və xroniki ağrı beynimizdə necə fərqli idarə olunur? ARAŞDIRMA

23 İyun 2025 06:24see110

Xəzərin sağlamlaşdırılması üçün lokal deyil, regional səviyyədə əməkdaşlıq vacibdir Ekoloq

23 İyun 2025 19:01see109
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri