Icma.az
close
up
RU
Azərbaycan ən çox elektrik enerjisini Türkiyəyə ixrac edir

Azərbaycan ən çox elektrik enerjisini Türkiyəyə ixrac edir

Sia Az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Son illər Azərbaycanın ən çox elektrik enerjisi ixrac etdiyi ölkə Türkiyədir. SİA xəbər verir ki, bunu "Anadolu" agentliyinə açıqlamasında energetika nazirinin müavini Elnur Soltanov bildirib.

Onun sözlərinə görə, enerji Gürcüstan üzərindən ötürülür: "Əvvəlki illərdə Türkiyə üzərindən isə Avropa ölkələrinə az da olsa elektrik enerjisi ixrac olunub".

Nazir müavini qeyd edib ki, yaxın illərdə Azərbaycandan Türkiyəyə elektrik enerjisi Naxçıvan üzərindən ötürüləcək: "Həm Naxçıvanda, həm də Azərbaycanın əsas hissəsində istehsal edilən elektrik enerjisinin muxtar respublika üzərindən Türkiyəyə ixracı nəzərdə tutulur. Naxçıvan Azərbaycanın ən güclü günəş radiasiyasına malik bölgəsidir. Bölgənin külək enerjisi potensialı da yüksəkdir. Burada bərpaolunan enerji potensialı təxminən 6 GVt qiymətləndirilir. Bunun 1 GVt-ı Türkiyəyə ixrac edilə bilər".

E.Soltanov Cəbrayıl rayonunda tikilən 330 kVt-luq yarımstansiya barədə də danışıb: “Bu, Naxçıvanla Azərbaycanın əsas ərazisinin birləşməsində son halqadır. Bu xətt Zəngəzur Dəhlizi və yaxud Araz Dəhlizi vasitəsilə, yaxud hər iki marşrutla Naxçıvana birləşdiriləcək. Beləliklə, həm muxtar respublikanın enerji təhlükəsizliyi təmin olunacaq, həm də Naxçıvan üzərindən Türkiyəyə elektrik enerjisi ötürüləcək".

Bundan başqa, nazir müavininin sözlərinə görə, 2030-cu ilə qədər Azərbaycanda bərpaolunan enerjinin payı 35,5 %-ə yüksələcək: "Bərpaolunan enerji yatırımlarını artıran Azərbaycan təkcə daxili tələbatı qarşılamaqla kifayətlənməyərək, eyni zamanda elektrik enerjisi ixracını da genişləndirəcək. Layihələr çərçivəsində istehsal edilən enerji əsasən Avropaya çatdırılacaq. Bu kontekstdə Türkiyə həm Azərbaycanın elektrik enerjisini alan ölkə, həm də Avropa bazarlarına çıxış üçün tranzit ölkə kimi ön plana çıxacaq".

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:156
embedMənbə:https://sia.az
archiveBu xəbər 07 İyun 2025 11:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see633

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

07 Noyabr 2026 14:15see329

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see320

Röya bu gün açıq havada konsert verəcək Foto

07 Noyabr 2026 13:04see320

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see312

Emin Ağalarov ona yüksək vəzifə verdi Foto

07 Noyabr 2026 12:25see297

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see289

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

07 Noyabr 2026 16:35see283

Xruşşovka ların sökülməsinə hazırlıq gedir?

07 Noyabr 2026 18:40see276

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see273

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see253

Blez Paskal: 39 illik ömrə sığmayan dahinin axtarışları

07 Noyabr 2026 16:17see253

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see251

Uşaqlıq xatirələri həyatımıza yön verir

07 Noyabr 2026 14:10see246

Foreign Affairs: Çin özünü çıxılmaz vəziyyətə salır...

07 Noyabr 2026 20:05see243

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see236

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see233

Tarixi Zəfərin yol açdığı möhtəşəm Qayıdış

07 Noyabr 2026 13:35see216

Mustafa Ceceli də Bakıya gəlir konsert verəcək...

08 Noyabr 2026 05:05see214

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see206
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri