Icma.az
close
up
RU
Azərbaycan elminin gələcək istiqamətinə verilmiş siyasi, ideoloji və mənəvi bəyanat ŞƏRH

Azərbaycan elminin gələcək istiqamətinə verilmiş siyasi, ideoloji və mənəvi bəyanat ŞƏRH

Icma.az, Ses qazeti portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Azərbaycan Milli Elmlər Akademiyası 80 yaşını qeyd edir. Bu münasibətlə doğma elm ocağına təşrif buyurmuş ölkəmizin rəhbəri Prezident İlham Əliyevin çıxışı sadəcə təbrik deyildi — bu, Azərbaycan elminin gələcək istiqamətinə verilmiş siyasi, ideoloji və mənəvi bəyanat idi.

Onun çıxışında dərin bir ardıcıllıq vardı. O, əvvəlcə tarixdən başladı — çünki tarixsiz elm olmaz. Akademiyanın yarandığı 1945-ci ildən bu günə qədər keçdiyi yol bir dövlətin düşüncə təkamülüdür. Elmi ideyalar, tədqiqatlar, institutlar – bunların hamısı bir böyük ağacın budaqları kimidir. O ağacın kökü dərinlərdə, Heydər Əliyev ideyalarının, milli intellektual siyasətin təməlindədir. Prezident xatırlatdı ki, elə məhz 1970-ci illərdə Akademiyanın ən məhsuldar dövrü başlanmış, yeni institutlar yaradılmış, elmi kadrların yetişməsi üçün geniş şərait formalaşmışdı. Bu, sadəcə elmin inkişafı deyildi — bu, millətin düşüncə müstəqilliyinin başlanğıcı idi.

Lakin İlham Əliyevin çıxışında əsas diqqət bu günə yönəlmişdi. O, realist tonla xatırlatdı ki, müstəqilliyin ilk illəri çətin idi — torpaq itkisi, iqtisadi böhran, məcburi köçkünlük... Amma həmin dönəmdə belə, elm tam dayanmadı, nəfəsini qorudu. Bu, bir xalqın mənəvi möhkəmliyinin sübutudur. Son illərdə isə dövlətin elmi prioritetə çevirməsi, maliyyə və infrastruktur dəstəklərinin artması, gənclərin elmə cəlb olunması artıq düşüncə siyasətinin strateji səviyyəyə qaldırılmasıdır.

Prezidentin çıxışında diqqət çəkən əsas cizgi — elmin gələcəklə dialoqu idi. O, qeyd etdi ki, “Təbii sərvətlər tükənə bilər, amma intellektual sərvət sonsuz mənbədir.”

Bu fikir, əslində, Azərbaycanın növbəti inkişaf mərhələsinin şüarıdır. Neft və qaz əsrini yaşayan bir ölkə indi bilik və texnologiya əsrinə keçid edir. Süni intellekt, innovasiya, rəqəmsal transformasiya — bunlar artıq texniki anlayışlar deyil, milli təhlükəsizlik, milli rifah və milli kimliyin yeni formasıdır.

Əliyevin çıxışında bir məna daha vardı — dövlətlə elmin təkamül birliyi. O dedi ki, elm yalnız laboratoriyada yox, iqtisadiyyatda, sənayedə, texnologiyada, hərbi sahədə də işləməlidir. Bu çağırış, əslində, yeni bir mərhələnin başlanğıcıdır: elm auditoriyadan çıxır və dövlətin mərkəzinə gəlir. Çünki elmi idarəetmədən, elmi siyasətdən, elmi düşüncədən kənarda sabit inkişaf mümkün deyil. Azərbaycan indi bu reallığı yaşayır.

Dövlətimizin başçısının sözlərində həm də dərin bir inam vardı — milli intellektin gücünə inam. O, elm adamlarına müraciət etməklə əslində gəncliyə səsləndi: Elm, texnologiya və düşüncə sahəsində fəaliyyət göstərən hər bir azərbaycanlı bu ölkənin gələcəyini formalaşdırır. O gələcək ki, artıq sərhədlərlə deyil, biliklə ölçülür.

Azərbaycan Milli Elmlər Akdemiyasının yubileyi sadəcə bir tarix deyil, bir dövlət-fəlsəfi konsepsiyanın bərpasıdır. Akademiyanın 80 yaşı — elmin dövlətin ideoloji sütununa çevrildiyi bir mərhələnin göstəricisidir. Bu gün Prezidentin nitqində həm elmin, həm də dövlətin istiqaməti bir nöqtədə kəsişir: Gələcəyə hazırlıq, süni intellektin tətbiqi, rəqəmsal mədəniyyətin formalaşması, elmi innovasiyaların iqtisadi sistemə inteqrasiyası — bunların hamısı yeni Azərbaycanın strateji kodudur.

Elm bu gün artıq təkcə bilik toplamaq deyil, milli özünüdərk formasıdır. Prezidentin Akademiyanın salonunda dediyi hər fikir o düşüncəni təsdiqlədi ki, Azərbaycan XXI əsrdə öz mövqeyini yalnız resurslarla deyil, zəka ilə qoruyacaq.

Cənab Prezident çıxışında Azərbaycan dili barəsində xüsusi danışdı. O, qeyd etdi ki, Azərbaycan dili bizə xalq kimi var olmaq imkanı verib: “On il bundan əvvəl mən bu kürsüdən, eyni zamanda, Azərbaycan dili haqqında danışmışdım, öz narahatlığımı ifadə etmişdim. Deyə bilərəm ki, son 10 il ərzində bu istiqamətdə lazımi addımlar atılıb. Ancaq desəm ki, vəziyyət məni tam qane edir, əlbəttə ki, səmimi olmaram. Azərbaycan dili çox zəngin dildir. Bu gün 50 milyondan çox insan üçün Azərbaycan dili ana dilidir. Ancaq təmiz, saf, ədəbi Azərbaycan dilinin qoruyucuları bizik - müstəqil Azərbaycan dövləti. Mən azərbaycanlıların yaşadıqları müxtəlif bölgələrdə vəziyyətlə müntəzəm surətdə olaraq tanış oluram, diqqətdə saxlayıram, lazımi tədbirlər görürəm. Görürəm ki, bəzi yerlərdə bizim ədəbi dilimiz digər ölkələrdə yaşayan azərbaycanlılar arasında itirilir. Daha çox məişət dili kimi istifadə olunur, xarici kəlmələrlə dolu olur. Ona görə biz öz dilimizi qorumasaq, dilimizi təmiz, saf saxlamasaq, onda yavaş-yavaş dilimizi itirə bilərik.”

Dil cəmiyyətin formalaşmasında yalnız ünsiyyət funksiyasını daşımır; o, həm də milli həmrəyliyi və ortaq dünyagörüşünü yaradır.

Dil nəsillər arasında körpüdür: o, keçmiş təcrübəni, mədəni dəyərləri və ənənələri gələcək nəsillərə ötürür.

Cənab Prezident də çıxışında həmçinin Ana dilimizə edilən müdaxilənin onu narahat etdiyini dedi: “Azərbaycan dilinin saflığının qorunması hər bir Azərbaycan vətəndaşının işi olmalıdır. Yəni, dövlət, alimlər, dilçilər, yazıçılar, şairlər, jurnalistlər, siyasətlə məşğul olanlar bu məsələyə çox böyük diqqət verməlidirlər. Yenə də deyirəm, 10 il bundan əvvəl mən bu məsələni qaldırmışdım. Çünki bu, məni narahat edirdi. On il ərzində lazımi tədbirlər görüldü ki, biz dilimizi kənar kəlmələrdən qoruya bilək. Amma yenə də oradan-buradan eşidirəm, - həm televiziyalarda, həm yazılı mediada, həm bəzi insanların çıxışlarında, - buna heç bir gərək yoxdur. Yəni, biz xalq kimi, millət kimi öz dilimizi qorumasaq, onda yavaş-yavaş bizim milli kimliyimiz də sarsıla bilər. Əminəm ki, mənim sözlərim hər kəsə çatacaq və özüm də daim bu məsələ ilə bağlı məşğul olacağam, izləyəcəyəm, lazımi tədbirlər görəcəyəm. Azərbaycan alimlərindən də bax, bu məsələyə də öz münasibətini və dəstəyini göstərmək çağırışını edirəm.”

Beləliklə, dil həm bir xalqın kimliyinin qoruyucusu, həm də cəmiyyətin formalaşmasının əsas dayağıdır. Onun qorunması və inkişafı yalnız elmi və təhsil sahəsi üçün deyil, milli birliyin və dövlətin davamlılığı üçün strateji məsələdir.Bəli, bu səksən il bir tarix idi. Amma bu gün səslənən çıxış göstərdi ki, Azərbaycan elminin qarşısında yeni bir yüzillik açılır — o yüzillikdə əsas kapital torpaq deyil, zəka olacaq. Və o zəkanın yönünü, istiqamətini artıq dövlət müəyyənləşdirir.

Elnarə Akimova

Milli Məclisin deputatı, YAP İdarə Heyətinin üzvü, filologiya elmləri doktoru

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:116
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 05 Noyabr 2025 15:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hikmət Babaoğlu: Ruben Vardanyanın ömürlük həbs cəzasına məhkum edilməsi çox ədalətli qərar olar

19 Dekabr 2025 20:44see239

Burak Yılmaz 4 gün əvvəl ayrıldığı kluba qayıtdı RƏSMİ

19 Dekabr 2025 18:56see234

Elm və musiqi eyni səhnədə: NDU nun dəvəti ilə Umut Yıldız Naxçıvanda

19 Dekabr 2025 11:28see228

Nazirlik Qarabağ Toxum şirkətində maliyyə nöqsanı AŞKARLADI

20 Dekabr 2025 16:33see199

Böyük Britaniya MN: İstəklilər Koalisiyası Ukrayna ordusunu NATO standartlarına uyğunlaşdırmaq istəyir

19 Dekabr 2025 02:17see172

“Azərbaycanın bank sistemi Ermənistanın bank sistemi ilə müqayisədə zəifdir” DEPUTAT

19 Dekabr 2025 14:13see167

Bəxti açılacaq və maaşı artacaq bürclər

19 Dekabr 2025 03:21see164

Azərbaycanda Balıqçılıq haqqında yeni qanun qəbul olunacaq

19 Dekabr 2025 11:26see150

Avtomobil nəhəngi 37 min avtomobili geri çağırır

20 Dekabr 2025 11:09see147

Lando Norris “İlin idman şəxsiyyəti” mükafatını götürməyə getməyib

19 Dekabr 2025 05:09see142

Türkiyə Super Liqası: Antalyaspor səfərdən xalsız döndü

20 Dekabr 2025 02:06see140

Çexiya təşəbbüsü davam edəcək...

20 Dekabr 2025 04:22see140

Məhkəmə Hüquq Şurasının nümayəndə heyəti Albaniyada təcrübə səfərində olub

19 Dekabr 2025 18:52see138

Ərzaq bazarında qiymət artımı inflyasiyanı necə üstələyir?

20 Dekabr 2025 11:53see137

Fotoqraflar nadir qurbağaların ölümünə səbəb oldular FOTO

19 Dekabr 2025 18:05see135

Neftçi Yevlaxa yola düşdü

19 Dekabr 2025 19:11see134

Konfrans Liqasında Liqa mərhələsi yekunlaşdı

19 Dekabr 2025 02:21see132

La Liqa: “Valensiya” və “Malyorka” sülhlə ayrılıblar

20 Dekabr 2025 02:06see127

Saçların daha sürətli uzanmasını təmin edən TƏBİİ YAĞLAR

20 Dekabr 2025 02:36see126

Türkiyə və HƏMAS nümayəndələri Qəzza razılaşmasının ikinci mərhələsini müzakirə ediblər

20 Dekabr 2025 21:11see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri