Icma.az
close
up
RU
Tural Abbaslı: Azərbaycan Ermənistan siyasətini yenidən gözdən keçirməlidir MÜSAHİBƏ

Tural Abbaslı: Azərbaycan Ermənistan siyasətini yenidən gözdən keçirməlidir MÜSAHİBƏ

Sherg.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

"Burada emosional yanaşmalara, vədlərə və bəyanatlara yox, konkret addımlara baxmaq lazımdır"

"Ermənistan hazırda vəziyyətdən istifadə edərək güc yığır və bu proses diqqətdən kənarda qalmamalıdır"

Ermənistanda Konstitusiya islahatları ilə bağlı müzakirələr yenidən gündəmə gəlib. Ölkənin ədliyyə naziri Srbui Qalyanın yeni Konstitusiyanın mətni yaxın altı ay ərzində hazır olacaq açıqlaması, eyni zamanda idarəetmə modelinin dəyişməyəcəyi barədə verdiyi mesajlar həm regionda, həm də Bakıda diqqətlə izlənir. Xüsusilə Azərbaycan və Türkiyə ilə bağlı ərazi iddialarının Konstitusiyadan çıxarılıb-çıxarılmayacağı, bu prosesin Bakı-İrəvan arasında yekun sülh sazişinə təsir edib-etməyəcəyi suallar doğurur. 

Mövzu ilə bağlı Ağ Partiyanın sədri Tural Abbaslı “Sherg.az”a bildirib ki, parlament üsul-idarəsi Ermənistana beynəlxalq aləmdə “demokratik ölkə” imici qazandırıb:

- Ermənistanın ədliyyə naziri Srbui Qalyan bildirib ki, yeni Konstitusiyanın mətni yaxın altı ayda hazır olacaq və idarəetmə modeli dəyişməyəcək. Bu açıqlamanı necə qiymətləndirirsiniz?

- Açıq desəm, mən Ermənistanın hansı idarəetmə modelində qalmasının Azərbaycan üçün prinsipial məsələ olduğunu düşünmürəm. Parlament üsul-idarəsidir, yoxsa prezident üsul-idarəsi, bu, Ermənistanın daxili işidir. Azərbaycan üçün əsas və həlledici məsələ Ermənistan hakimiyyətinin səmimiyyətidir və verdiyi vədlərə real şəkildə əməl edib-etməyəcəyidir. 

- Sizcə Ermənistanın yeni Konstitusiyasında Azərbaycan və Türkiyə ilə bağlı ərazi iddiaları çıxarıla bilərmi?

- Ermənistanda Konstitusiya dəyişikliyi mövzusu uzun müddətdir gündəmdədir. Ancaq hələ də qarşı tərəf bu məsələ ilə bağlı real addımlar atmayıb. Baxmayaraq ki, Azərbaycan bu məsələni şərt qoymuşdu. Mən indiki siyasi şəraitdə Ermənistanın yeni Konstitusiyasında Azərbaycan və Türkiyə ilə bağlı ərazi iddiaları çıxarılacağını real hesab etmirəm. Çünki Ermənistanın mövcud hakimiyyəti dövründə bu məsələ hər dəfə fərqli formalarda dolayısı ilə qorunub saxlanılıb. Hətta qarşı arqument kimi Azərbaycanın Xalq Cümhuriyyətinin varisliyi mövzusu gündəmə gətirilir və deyilir ki, əgər Azərbaycan bu varisliyi iddia edirsə, o zaman tarixi ərazilər məsələsi də müzakirə mövzusu ola bilər. Bu yanaşma onu göstərir ki, Ermənistan tərəfi ərazi iddialarından imtina etmək niyyətində deyil. 

- Bəzi erməni ekspertlər Paşinyanın prezident üsul-idarəsinə keçmək istədiyini iddia edirdi. Srbui Qalyanın açıqlaması fonunda siz bu barədə nə düşünürsünüz?

- Mən hesab etmirəm ki, Paşinyanın prezident üsul-idarəsinə keçməyə ehtiyacı var. Parlament idarəetmə sistemi də ona kifayət qədər geniş səlahiyyətlər verir. Prezident Ermənistanda simvolik fiqurdur, real hakimiyyət baş nazirin əlində cəmləşir. Üstəlik, parlament üsul-idarəsi Ermənistana beynəlxalq aləmdə “demokratik ölkə” imici qazandırıb. Bu imic isə real nəticələr verir, investisiyalar gəlir, Qərbdə müsbət reputasiya formalaşır. Ermənistan bundan istifadə edərək iqtisadi cəhətdən güclənir, investisiya toplayır, eyni zamanda ordusunu gücləndirir. Paşinyanın “sülh istəyirik, amma ordumuzu gücləndirəcəyik” açıqlaması da bunu açıq göstərir. Hamıya məlumdur ki, ordular konkret hədəflər üçün gücləndirilir.

- Ermənistan yeni Konstitusiyaya keçərsə, bu Bakı-İrəvan arasında yekun sülh müqaviləsinin imzalanmasına yol aça bilərmi?

- Mən Konstitusiya dəyişikliyinin avtomatik olaraq sülh müqaviləsinə gətirib çıxaracağını düşünmürəm. Ümumiyyətlə, mən Ermənistan-Azərbaycan münasibətlərinin isti münasibətlər səviyyəsinə keçməsinin tərəfdarı deyiləm. Əksinə, bu münasibətlər soyuq saxlanılmalıdır. Minimal diplomatik təmaslar ola bilər, texniki və zəruri ünsiyyət mümkündür, amma dostluq, qardaşlıq, inteqrasiya kimi anlayışlar məncə yolverilməzdir. Ticarətin genişləndirilməsi, qarşılıqlı səfərlər, iqtisadi əlaqələrin dərinləşdirilməsi də düzgün yanaşma deyil. Nə Azərbaycan mallarının Ermənistana ixrac olunmasını, nə də Ermənistan mallarının Azərbaycana idxal edilməsini doğru hesab edirəm. Zamanla bu mövqenin nə qədər doğru olduğu ortaya çıxacaq.

- Ancaq ABŞ-nin köməkliyi ilə Azərbaycan və Ermənistan arasında, Vaşinqtonda sülh memorandumu imzalanıb. Azərbaycanın əsas ərazisi ilə Naxçıvanı birləşdirəcək "Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu"nun (TRIPP) yaradılması üçün əməkdaşlıq başladılıb. 

- Məncə Zəngəzur məsələsinə yalnız dəhliz kontekstində baxmaq düzgün deyil. Zəngəzur tarixi Azərbaycan torpaqlarıdır və bu ərazilər Azərbaycanı süni şəkildə iki yerə bölən tarixi ədalətsizliyin nəticəsidir. 

- Bütün bunları nəzərə alaraq, Azərbaycanın Ermənistan siyasətini necə görürsünüz?

- Məncə, Azərbaycan mövcud reallıqlar fonunda Ermənistan siyasətini yenidən və daha ciddi şəkildə gözdən keçirməlidir. Burada emosional yanaşmalara, vədlərə və bəyanatlara yox, konkret addımlara baxmaq lazımdır. Ermənistan hazırda vəziyyətdən istifadə edərək güc yığır və bu proses diqqətdən kənarda qalmamalıdır.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:35
embedMənbə:https://sherg.az
archiveBu xəbər 04 Fevral 2026 17:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Keçmiş həbsxana rəisinin iylənmiş meyiti tapıldı YENİLƏNİB

02 Fevral 2026 19:40see366

Vəlizar həbs olundu

02 Fevral 2026 19:20see227

Bakıda 15 yaşlı qız atasını bıçaqladı

03 Fevral 2026 01:51see216

Kənd təsərrüfatında süni zəkadan istifadə olunacaq

04 Fevral 2026 01:51see210

Məğlubedilməz BÜRCLƏR: onların ən yaxşı saatı fevralda başlayacaq

04 Fevral 2026 00:13see208

Natiq Cəfərli: “Gürcüstanda benzin ucuzlaşır, çünki dövlətdən yox, bazardan asılıdır”

03 Fevral 2026 13:42see208

Azərbaycanda yüzlərlə uşaq necə yoxa çıxıb?

03 Fevral 2026 04:57see194

Azərbaycan gəncliyi dövlətin strateji investisiyasıdır Millət vəkili

02 Fevral 2026 23:24see185

Əliyevlə Paşinyan Əbu Dabidə görüşdü Video

04 Fevral 2026 09:23see185

Türkiyə İranın parçalanmasına qarşı açıq və prinsipial mövqe sərgiləyir

03 Fevral 2026 09:46see175

Tahir Salahovun ev muzeyində START layihəsi çərçivəsində sərgi keçirilib

03 Fevral 2026 02:50see173

Hökumət yanacağın qiymətini endirir Litri nə qədər olacaq?

03 Fevral 2026 02:35see171

Maşınını satmaq istədi; diaqnostikada nəticəni öyrənib xəstəxanalıq oldu VİDEO

02 Fevral 2026 21:01see170

Merz Melonini Makrondan üstün tutur

02 Fevral 2026 22:15see166

Azərbaycanın Körfəz strategiyası: səssiz, amma dərin... TƏHLİL

04 Fevral 2026 09:38see166

m10 platforması ilə bağlı VACİB MƏLUMAT

03 Fevral 2026 16:53see154

Rusiyada dəhşətli hadisə: qadın 2 övladı ilə özünü eyvandan atdı

04 Fevral 2026 01:38see146

Qara və yaşıl zeytun: Fərqləri nədir və hansı daha faydalıdır?

03 Fevral 2026 05:57see144

A Seriyası: “Milan” 3 xalı 3 qolla qazandı

04 Fevral 2026 01:53see140

“ABŞ nin vurduğu PUA qanuni kəşfiyyat missiyası həyata keçirirdi”

04 Fevral 2026 03:04see137
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri