Icma.az
close
up
RU
Azərbaycan ən güclü 25 dövlət sırasına daxil ola bilər

Azərbaycan ən güclü 25 dövlət sırasına daxil ola bilər

Metbuat saytına istinadən Icma.az xəbər verir.

“Zəngəzur dəhlizi açılacaq və mahiyyətindən əlavə layihələri də özündə ehtiva edəcək”.

Bunu politoloq Qədir Aslan Metbuat.az-a açıqlamasında bildirib. O qeyd edib ki, Zəngəzur dəhlizi Orta Dəhlizin bir hissəsidir və burada böyük güclərin iqtisadi, ticari, həmçinin təhlükəsizlik, sığorta və hərbi maraqları da öz əksini tapmaqdadır:

“Son beş il ərzində böyük güclərin bu ərazidə böyük oyunlar apardığını müşahidə etdik. Hər kəs əlindən gələni etdi, hər kəs öz gücünü sərf elədi, amma nəticədə son partiyanı Amerika Birləşmiş Ştatlarının başında durduğu alyans qazandı. Mən bunu dəfələrlə proqnozlaşdırmış və məsələnin Vaşinqtonda həll olunacağını qeyd etmişdim. Belə də oldu. Təbii ki, dəhliz açılacaq. Bu dəhliz mahiyyətindən əlavə layihələri də özündə ehtiva edəcək”.

Q.Aslanın sözlərinə görə, əsas məqsəd isə Rusiyadan və İrandan yan keçməklə iqtisadi, ticari nəqliyyat arteriyalarının yaradılmasıdır:

“Bildiyiniz kimi, qlobal ticarətdə Şərqdən Qərbə doğru gedən malların və yüklərin daşınma müddətinin 36 gündən 16 günə enməsi çox önəmli və effektiv bir yolun açılması deməkdir. Bu yolun keçdiyi bütün tərəflər istəyirlər ki, dəhliz bir an öncə açılsın. Maraqlı olmayan tərəflər isə sanksiya altında olan dövlətlərdir, yəni Rusiya və İran. Onların da təbii ki, təsir imkanları azaldıldı, son beş ildə atdıqları addımların qarşısı alındı. Nəticə etibarilə biz hazırda tarixi bir hadisəni yaşayırıq. Bu, bizim dövlətin hətta gələcəkdə dünyanın ən güclü 25 dövləti sırasına daxil olmasına yol aça bilər. İqtisadi, hərbi və siyasi baxımdan isə gücümüzü qat-qat artıracaq”.

Sevinc İbrahimzadə / Metbuat.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:105
embedMənbə:https://metbuat.az
archiveBu xəbər 08 Avqust 2025 16:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see347

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see331

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see273

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see265

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see243

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see234

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see222

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see214

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see213

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see210

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see206

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see206

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see202

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see188

Piylənmədən əziyyət çəkən insanlarda şəkər riski artıq olur

12 Noyabr 2026 01:42see188

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see182

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see177

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see176

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see168

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri