Icma.az
close
up
RU
Azərbaycan enerji gündəmini formalaşdıran mühüm qlobal aktora çevrilib

Azərbaycan enerji gündəmini formalaşdıran mühüm qlobal aktora çevrilib

Ses qazeti saytına istinadən Icma.az xəbər verir.

Prezident İlham Əliyevin "Azərbaycan enerji gündəmini formalaşdıran mühüm qlobal aktora çevrilib" fikri ölkənin enerji sahəsindəki uğurlu siyasətinin və beynəlxalq nüfuzunun real göstəricisidir. Son illərdə Azərbaycanın enerji sektorunda atdığı strateji addımlar və həyata keçirdiyi iri layihələr ölkəni yalnız regional deyil, həm də qlobal enerji təhlükəsizliyinin əsas oyunçularından birinə çevririb.

Bunun nəticəsi olaraq, cari ilin iyun ayının 2-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakı Ekspo Mərkəzində keçirilən Bakı Enerji Həftəsinin rəsmi açılış mərasimində iştirak edib və tədbir iştirakçılarına mühüm mesajlar ünvanlayıb. Mərasim çərçivəsində 30-cu Yubiley Beynəlxalq Xəzər Neft və Qaz Sərgisi "Caspian Oil and Gas", 13-cü Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji Sərgisi "Caspian Power" və 30-cu Yubiley "Baku Energy Forum" rəsmi olaraq öz işinə başlayıb.

Prezident İlham Əliyev çıxışında Azərbaycanın enerji sahəsində keçdiyi inkişaf yolunu və gələcək strateji hədəflərini əhatəli şəkildə təqdim edib. O qeyd edib ki, son 30 ildə ölkəmiz neft və qaz sənayesində qlobal miqyasda tanınan etibarlı tərəfdaş kimi mövqeyini möhkəmləndirib.

"1994-cü ildə imzalanan "Əsrin müqaviləsi" ilə əsası qoyulan neft strategiyası bu gün təkcə iqtisadi deyil, həm də geosiyasi müstəvidə öz bəhrəsini verir. Biz yalnız karbohidrogen resurslarının ixracçısı deyilik, eyni zamanda enerji təhlükəsizliyinə töhfə verən ölkəyik, " - deyə Prezident bəyan edib.

Cənab Prezident İlham Əliyev, həmçinin, Azərbaycanın yaşıl enerji istiqamətində atdığı mühüm addımlara da toxunaraq, bərpaolunan enerji layihələrinin genişlənməsinin ölkənin gələcək inkişaf modelində prioritet yer tutduğunu bildirib. O, 2027-ci ilədək 2 QVt-dan artıq günəş və külək enerjisi istehsalı gücünün istifadəyə veriləcəyini qeyd edib.

Tədbirdə çıxış edən dövlət başçısı həmçinin beynəlxalq tərəfdaşlıq və regional əməkdaşlığın əhəmiyyətinə diqqət çəkib. Azərbaycanın təşəbbüsü ilə gerçəkləşdirilən Cənub Qaz Dəhlizi layihəsinin Avropanın enerji təhlükəsizliyində mühüm yer tutduğunu vurğulayıb.

Prezident İlham Əliyevin nitqi iştirakçılar tərəfindən alqışlarla qarşılanıb və enerji sektorunun nümayəndələri tərəfindən böyük maraqla izlənilib. Tədbirə dünyanın 30-dan artıq ölkəsindən 300-dən çox şirkət qatılıb ki, bu da Azərbaycanın enerji sahəsində beynəlxalq əhəmiyyətinin göstəricisidir.

Bakı Enerji Həftəsi bir daha təsdiqlədi ki, Azərbaycan yalnız neft və qaz ixrac edən ölkə deyil, həm də enerji siyasətini balanslı şəkildə inkişaf etdirən, yaşıl keçidə sadiq, strateji tərəfdaşlıqlara açıq bir dövlətdir.

Nəticə etibarilə, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən düşünülmüş enerji strategiyası Azərbaycanın həm regionda, həm də beynəlxalq miqyasda etibarlı enerji tərəfdaşı və mühüm qlobal aktor olmasını təmin etmişdir. Bu, təkcə iqtisadi uğur deyil, həm də milli maraqların qorunması və müstəqil xarici siyasətin gücləndirilməsi baxımından böyük əhəmiyyət kəsb edir.

Rövşən ƏHMƏDOV

YAP Ağcabədi rayon təşkilatının sədri

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:202
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 10 İyun 2025 12:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see295

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see281

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see262

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see256

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see253

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see242

Avtobus yerüstü piyada keçidinə çırpıldı, 24 nəfər...

20 Oktyabr 2026 23:55see235

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see230

Maska taxanda eynəklərin şüşələri tərləməsin deyə… Yaponların ÜSULU

20 Oktyabr 2026 22:48see225

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see223

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see223

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see221

Makronun siyasi sonu yaxınlaşır? Fransada etirazlar böyüyür

20 Oktyabr 2026 22:35see217

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see214

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see213

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see210

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see205

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see203

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see189

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri