Icma.az
close
up
RU
Menu

Şuşa qəhrəmanlığın rəmzi

Sosial medianın dinlənilməsi və monitorinqi ictimai rəyi öyrənmək, rəqibləri təhlil etmək və effektiv kommunikasiya strategiyası qurmaq

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

Yod çatışmazlığına nə kömək edir? Həkimdən AÇIQLAMA

Fəxriyyə Xələfova “Muzeydə kino” layihəsiçərçivəsində Xurşidbanu Natəvana həsrolunmuş filmini təqdim edəcək (Video)

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

Hər gün qəhvə içsəniz, öd kisəsinin funksiyasına təsir edə bilər

Trampın qarşısında fərqli siyasi qüvvələrdən ibarət Konqres formalaşır

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

Şah Abbasın, Sultan Əhmədin görüş yeri Nadir şahın tacqoyma mərasimi bu rayonumuzda keçirilib

Daşkəsəndə yeni MMC yaradıldı Baş nazirdən QƏRAR

Rusiya şirkətləri iflas “sunami”si ilə əhatə olunub...

Xaricdən onlayn alış veriş edənlərin nəzərinə

Kuryerlərin vergiyə cəlb olunması Qiymətlər artacaq?

Ölkənin bir rayonunda sabah QAZ olmayacaq

“Liverpul”un sabiq futbolçusu Harvardda təhsil alır

Deputat: Azərbaycan enerji sahəsində mühüm aktora çevrilib

Deputat: Azərbaycan enerji sahəsində mühüm aktora çevrilib

Icma.az bildirir, Oxu.az saytına əsaslanaraq.

"Azərbaycan Bakı Enerji Forumunu artıq 30 ildir təşkil edir. Bu uğurlu yolun başlanğıcı isə 1994-cü ildən start götürüb. Belə ki, ulu öndər Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində qlobal enerji səhnəsində ilk cəsarətli addımlarını atan Azərbaycan sabit siyasi sistemi, inkişaf edən iqtisadiyyatı olan ölkəyə çevrilib. Yubiley münasibətilə göndərilən təbrik məktublarında da Azərbaycanla əməkdaşlıqda enerji müstəqilliyinin dayanıqlılığı əsas prioritet kimi vurğulanır, ölkəmizin enerji gündəliyi davamlı olaraq dəstəklənir".

Bunu Oxu.Az-a açıqlamasında Nigar Məmmədova deyib.

O bildirib ki, "Əsrin müqaviləsi"ndən Cənub Qaz Dəhlizinə qədər olan layihələr Azərbaycanın həqiqətən də enerji təhlükəsizliyinin regionda və daha geniş coğrafiyada həlledici oyunçu olduğunu sübut edir:

"Beləliklə, Bakı Enerji Həftəsi enerjinin gələcəyini formalaşdırmaq üçün hökumətləri, qlobal şirkətləri və sənaye ekspertlərini bir araya gətirir. 30 ölkədən 200-dən çox şirkəti qəbul edən builki forumun açılış mərasimində dövlət başçımız da vurğuladı ki, bizim enerji siyasətimiz iqtisadi və siyasi uğurumuzun aparıcı qüvvəsidir.

Azərbaycan regionda yeni mühit formalaşdırır, Avropanın enerji təhlükəsizliyinin təminatçısına, Avrasiyanın vacib nəqliyyat qovşaqlarının birinə çevrilib. Bir il əvvəl Azərbaycanın qaz ixrac etdiyi ölkələrin sayı 8 idisə, bu gün artıq bu rəqəm 12-yə çatıb. İxrac coğrafiyasının genişlənməsi Azərbaycanın geosiyasi əhəmiyyətinin ilbəil artdığını təsdiqləyir.

Azərbaycan həm də enerji resurslarının düzgün idarə edilməsi, hər zaman istehsalçılar, tranzit ölkələr və istehlakçılar arasında maraqlar balansına diqqət yetirilməsi nümunəsi sərgiləyir.

Dünyada qazıntı yanacağı növləri ilə yaşıl enerji arasında olan balansın nəzərə alınmadığı bir vaxtda ölkəmiz həm də yaşıl gündəliyini zənginləşdirməkdədir. Belə ki, Azərbaycan 2030-cu ilədək 6.5 giqavat həcmində istehsal edilə biləcək bərpa olunan enerji gücünə malik olacaq.

Təsadüfi deyil ki, məhz ötən il Bakı Enerji Həftəsi çərçivəsində 1000 meqavat yaşıl enerji həcmində müqavilələr imzalandı. Budəfəki tədbir çərçivəsində də yeni sazişlər imzalandı.

COP29-un ev sahibi kimi Azərbaycan enerji bazarında məsuliyyətli aktor, hər zaman real hədəfləri qarşısına qoyan və müxtəlif oyunçuları bir araya gətirən etibarlı tərəfdaş kimi yadda qaldı", - deyə deputat vurğulayıb.

Parlamentari əlavə edib ki, Azərbaycan enerji sahəsində dünya miqyaslı mühüm aktora çevrilib: "Bütün tərəfdaşlar Azərbaycanın enerji sektorunda liderliyini və qlobal enerji təhlükəsizliyini təqdir edir".

Mərahim Nəsib

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:207
embedMənbə:https://oxu.az
archiveBu xəbər 03 İyun 2025 12:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Şuşa qəhrəmanlığın rəmzi

05 Noyabr 2026 12:13see653

Sosial medianın dinlənilməsi və monitorinqi ictimai rəyi öyrənmək, rəqibləri təhlil etmək və effektiv kommunikasiya strategiyası qurmaq

05 Noyabr 2026 11:32see328

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

06 Noyabr 2026 10:53see312

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

06 Noyabr 2026 17:01see307

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

06 Noyabr 2026 09:04see300

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

06 Noyabr 2026 09:31see297

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

06 Noyabr 2026 09:07see277

Yod çatışmazlığına nə kömək edir? Həkimdən AÇIQLAMA

05 Noyabr 2026 09:05see276

Fəxriyyə Xələfova “Muzeydə kino” layihəsiçərçivəsində Xurşidbanu Natəvana həsrolunmuş filmini təqdim edəcək (Video)

05 Noyabr 2026 17:49see269

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

06 Noyabr 2026 10:42see268

Hər gün qəhvə içsəniz, öd kisəsinin funksiyasına təsir edə bilər

05 Noyabr 2026 12:14see254

Trampın qarşısında fərqli siyasi qüvvələrdən ibarət Konqres formalaşır

05 Noyabr 2026 11:12see252

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

06 Noyabr 2026 09:08see230

Şah Abbasın, Sultan Əhmədin görüş yeri Nadir şahın tacqoyma mərasimi bu rayonumuzda keçirilib

05 Noyabr 2026 20:01see220

Daşkəsəndə yeni MMC yaradıldı Baş nazirdən QƏRAR

05 Noyabr 2026 22:04see220

Rusiya şirkətləri iflas “sunami”si ilə əhatə olunub...

05 Noyabr 2026 20:52see219

Xaricdən onlayn alış veriş edənlərin nəzərinə

05 Noyabr 2026 23:29see213

Kuryerlərin vergiyə cəlb olunması Qiymətlər artacaq?

05 Noyabr 2026 13:56see209

Ölkənin bir rayonunda sabah QAZ olmayacaq

05 Noyabr 2026 21:33see205

“Liverpul”un sabiq futbolçusu Harvardda təhsil alır

06 Noyabr 2026 01:07see198
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri