XİN: COP29a sədrliyi uğurla həyata keçirən Azərbaycan aktiv iqlim diplomatiyasını davam etdirəcək
Report.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Gərgin geosiyasi mühit, iqlim dəyişmələrinə skeptik yanaşan siyasi qüvvələrin bir çox ölkələrdə artan təsir imkanları, inkişaf etmiş ölkələr ilə inkişaf etməkdə olan ölkələr arasındakı kəskin ziddiyyətlər kontekstində baş tutan COP29 Azərbaycanın sədrliyi altında böyük uğurla başa çatıb.
"Report" xəbər verir ki, bu barədə məlumat Azərbaycanın Xarici İşlər Nazirliyinin (XİN) 2024-cü ilin yekunlarına dair hesabatında əks olunub.
Qeyd edilib ki, COP29 çərçivəsində 12-13 noyabr tarixlərində baş tutmuş Dünya Liderlərinin İqlim Fəaliyyəti Zirvəsi zamanı COP29 sədrliyi tərəfindən 34 yüksək səviyyəli tədbir, 14-21 noyabr tarixlərində isə Azərbaycanın aidiyyəti dövlət qurumları və 250-dən çox xarici tərəfdaşın birgə təşkilatçılığı ilə 100-dən çox tədbir keçirilib.
Bu tədbirlərdə 80 dövlət və hökumət başçısı olmaqla, 196 dövlət, 200-dən çox beynəlxalq təşkilat, 2 minədək QHT nümayəndəsi iştirak edib.
Vurğulanıb ki, Azərbaycanın sədrliyi 2025-ci ilin noyabr ayında Braziliyanın Belem şəhərində keçiriləcək COP-30-a qədər davam etməklə yanaşı, iqlim diplomatiyası fəal şəkildə həyata keçiriləcək.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:114
Bu xəbər 28 Dekabr 2024 16:13 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















