Icma.az
close
up
RU
Azərbaycan ABŞ münasibətləri strateji tərəfdaşlıq səviyyəsinə qədər qalxacaq RƏY

Azərbaycan ABŞ münasibətləri strateji tərəfdaşlıq səviyyəsinə qədər qalxacaq RƏY

Sherg.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Tramp praqmatik və rasional siyasətçidir 



ABŞ-nin keçmiş hökuməti, Bayden administrasiyası səlahiyyətlərinin bitməsinə günlər qalmış Ermənistanla strateji tərəfdaşlıq haqqında sazişə imza atdı. ABŞ və Ermənistan arasında imzalanan strateji tərəfdaşlıq sazişi, şübhəsiz, çoxsaylı sualların yaranmasına səbəb oldu. Xüsusən, sazişdə “Dağlıq Qarabağ” ifadəsinin işlədilməsi artıq ömrünü başa vurmuş Bayden administrasiyasının, o cümlədən bu administrasiyada Dövlət katibi vəzifəsini tutmuş Antoni Blinkenin indiyədək bütün dünya üzrə həyata keçirdiyi dağıdıcı, riyakar siyasətin növbəti təzahürü sayıla bilər. Bayden administrasiyası dünyanın müxtəlif bölgələrində qanlı qarşıdurmaların, üsyanların, qətliamların, milyonlarla insanın qaçqına çevrilməsinin, siyasi və iqtisadi sistemlərin çökməsinin əsas səbəbkarıdır. Son 4 ildə ABŞ-nin addımlarına diqqət yetirdikdə ölkəmizlə münasibətlərində də kəskin dəyişikliyi aydın görmək mümkündür. Çünki Ermənistana birmənalı dəstək Azərbaycan-ABŞ münasibətlərinə öz mənfi təsirini göstərdi. Azərbaycan məhz bu illər ərzində Qərb ölkələrinin, ələlxüsus ABŞ-nin əsassız təbliğatları, qarayaxma kampaniyası ilə üz-üzə qaldı. Artıq ABŞ-də Ağ Evdə Donald Tramp əyləşib və ümid edilir ki, Tramp administrasiyası sələfi Baydenin yanlış siyasətini aradan qaldıracaq və Bakı ilə münasibətləri normallaşdıracaq. Prezident İlham Əliyev yanvarın 22-də Davosda qarşı tərəfin müraciəti əsasında ABŞ-nin Xristian Liderlər Konqresinin rəhbəri Conni Mur ilə görüşündə də bu məqamlara xüsusi toxundu. Söhbət zamanı Azərbaycanda dini azadlıqların təmin olunduğu, müxtəlif xalqların və dinlərin nümayəndələrinin ölkəmizdə tarixən sülh, əmin-amanlıq və harmoniya şəraitində yaşamaları məmnunluqla vurğulandı. Görüşdə Azərbaycan-ABŞ əlaqələrinin Tramp dönəmində müsbət perspektivləri ilə bağlı fikir mübadiləsi aparıldı. Dövlət başçısı bildirdi ki, Bayden-Blinken administrasiyası dövründə ABŞ tərəfindən Azərbaycana qarşı qərəzli münasibət göstərilib və bunun da nəticəsində ikitərəfli əlaqələrimiz böhrana sürüklənib. Prezident İlham Əliyev 907-ci düzəlişin yenidən bərpasını məhz elə Bayden-Blinken administrasiyasının nankorluğunun təzahürü kimi dəyərləndirib. Söhbət zamanı Azərbaycan ilə Tramp administrasiyası arasında gələcək əlaqələr məsələsi müzakirə olunub. 


Millət vəkili Hikmət Babaoğlu "Sherg.az"a açıqlamasında deyib ki, Prezident İlham Əliyev ABŞ-Azərbaycan münasibətlərini qiymətləndirərkən münasibətlərin tarixinə qısa ekskursiya etdi. Deputatın sözlərinə görə, dövlət başçısı müqayisədə Azərbaycanın daima etibarlı tərəfdaş olmasını önə çəkdi:

seeBaxış sayı:79
embedMənbə:https://sherg.az
archiveBu xəbər 24 Yanvar 2025 02:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan Dəmir Yolları nda növbəti təyinat olub

15 Yanvar 2026 12:06see273

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see231

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see207

ADY ötən il 400 ə yaxın blok qatar qəbul edib

15 Yanvar 2026 10:08see201

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see181

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see169

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see158

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see154

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see151

GUYA SİZİ SAYAN VAR Kİ?!

15 Yanvar 2026 13:53see150

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see148

Vyetnam şirkəti ilə elektrik avtomobillərinin birgə istehsalı imkanları müzakirə olunub

15 Yanvar 2026 15:18see146

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see144

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see141

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see138

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see134

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see131

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see131

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see131

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri