Icma.az
close
up
RU
Menu

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

Zobu olanlar xurma yesin Təsiri

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

Sosial media strategiyasının 3 əsas istiqaməti Əlaqələrin qurulması, düzgün paylaşım vaxtı və nəticələrin təhlili

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

Buğdanın qiyməti dörd aylıq artımdan sonra azalıb

Çörəklərin içində narkotik gizlətdilər

Atəşkəs təklifimizi rədd etdi

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

Azərbaycan ərazisindəki tarixi və dini abidələrin mübahisələndirilməsi cəhdləri absurddur ŞƏRH

Azərbaycan ərazisindəki tarixi və dini abidələrin mübahisələndirilməsi cəhdləri absurddur ŞƏRH

Azertag portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Bakı, 18 sentyabr, AZƏRTAC

Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələrindən ibarət olan heyətin Qarabağa və Şərqi Zəngəzura reallaşdırılan səfəri böyük rezonans doğurub. Bu, 2020-ci ildən sonra diplomatik korpus təmsilçilərinin işğaldan azad edilmiş ərazilərə 22-ci səfəridir. Səfərdə çox sayda diplomatın iştirak etməsi, onların verdikləri açıqlamalar və fəaliyyətlər Ermənistanın daxilində ciddi reaksiyaya, radikalların təşvişinə səbəb olub.

Bunu AZƏRTAC-a açıqlamasında siyasi şərhçi Mübariz Göyüşlü bildirib.

O vurğulayıb ki, Ermənistanın ictimai-siyasi dairələri və erməni diasporunun təmsilçiləri səfəri və diplomatik nümayəndələrin Qarabağda mədəni irs obyektlərini ziyarət etməsini anlaşılmaz səbəbdən narahatlıqla qarşılayıb, hay-küy qaldırıblar. Halbuki bu səfərin, onun nəticələrinin Ermənistana heç bir aidiyyəti yoxdur. Çünki söhbət Azərbaycanın suverenliyi və ərazi bütövlüyü çərçivəsində həyata keçirilən səfərdən gedir. Ermənistanda səfərə etiraz edənlərin bununla nəyə nail olmaq istədikləri isə sual doğurur.

“Bir az daha əvvələ gedərək yaddaş problemi yaşayan ermənilərə xatırlatmaq istərdik ki, Qarabağ Azərbaycanın ayrılmaz tərkib hissəsi olub və bu gün də belədir. 30 illik işğal bu statusu dəyişdirə bilməz. Elə torpaqlar işğal olunan zaman da BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi 822, 853, 874 və 884 saylı qətnamələrdə bu məsələlər əksini tapmışdı. Bu baxımdan Azərbaycanın öz ərazisində xarici diplomatları qəbul etməsi hansısa bir hüquqi uyğunsuzluq yarada bilməz”, - deyə Mübariz Göyüşlü diqqətə çatdırıb.

Siyasi şərhçi deyib ki, Qarabağda hansısa erməni irsindən, onunla bağlı olan məsələlərdən bəhs edən erməni diasporu yaranmış yeni reallıqları qəbul edə bilmir, ermənilərin 2023-cü ildə Qarabağdan köçməsi ilə bağlı təhrif olunmuş məlumatlar səsləndirilir:”Ancaq bu şəxslərə də yaxşı məlumdur ki, həmin vaxt ermənilər Azərbaycanın çağırışlarına baxmayaraq, Qarabağda qalmağa razı olmadılar. Bütün bu reallıqlara və faktlara baxmayaraq, Ermənistandakı revanşistlərin, radikalların hay-küy qoparması göstərir ki, onlar sülh istəmir, iki xalqın dinc şəraitdə yaşamasını qəbul edə bilmirlər”.

Mübariz Göyüşlü bildirib ki, Azərbaycanın suveren ərazisinə diaplomatik korpusun səfəri mübahisə predmeti ola bilməz. “Bu məsələni mübahisələndirənlər bölgəni qana çalxalamaq istəyənlərdir, Azərbaycanla Ermənistan arasında mühraibənin yenidən başlanmasını arzulayanlardır. Ümumiyyətlə, Azərbaycan ərazisindəki tarixi və dini abidələrin kimə məxsus olması məsələsini mübahisələndirmək cəhdləri absurddur. Bu abidələr Azərbaycan xalqının tarixi-mədəni irsinin tərkib hissəsidir. Bu mövzunun da ermənilərə heç bir aidiyyəti yoxdur”, - deyə o qeyd edib.

Siyasi şərhçi hesab edir ki, bu cür kampaniyaların arxasında Ermənistanın Baş naziri Nikol Paşinyanın dayandığını ehtimal etmək olar:”Sülh istədiyini yalnız sözdə deyən hazırkı hökumət başçısı və onun komandasının üzvləri bu yolla prosesi pozmağa çalışırlar. Onlar hansısa qrupların vasitəsilə Azərbaycanın suveren ərazisi olan Qarabağa iddiasının bitmədiyini nümayiş etdirirlər. Lakin durum dəyişib, artıq Azərbaycan 30 il əvvəlki kimi çətinliklər məngənəsində sıxılan ölkə deyil. İndi fərqli vəziyyət mövcuddur - güclü Azərbaycan var. Bu vəziyyəti Azərbaycan dövləti, xalqı və onun lideri, Prezident İlham Əliyev yaradıb. Ermənistanın bu reallıqları qəbul etməsi lazımdır. Reallıq isə budur ki, səfərlərin davamı, səfirlərin dəstəyi bundan sonra da olacaq. Azərbaycan Qarabağda və Şərqi Zəngəzurda quruculuq işlərini görməkdə, bölgəni inkişafa doğru aparmaqda davam edəcək”.

Mübariz Göyüşlü yekun olaraq deyib ki, Qarabağa diplomatik səfər Azərbaycanın ərazisində həyata keçirilən tədbirdir. Bu səfərin Ermənistan daxilində mübahisə doğurması həmin ərazinin hüquqi statusunu dəyişmir. Erməni radikallarının isə baş verənləri mübahisələndirməyə çalışması Ermənistan cəmiyyətində Qarabağ məsələsinin hələ də tam bağlanmış mövzu olmadığını, onların sülh istəmədiyini göstərən faktordur.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:117
embedMənbə:https://azertag.az
archiveBu xəbər 18 Sentyabr 2026 15:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see350

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see290

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see282

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see280

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see263

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see260

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see255

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see248

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see248

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see245

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see231

Sosial media strategiyasının 3 əsas istiqaməti Əlaqələrin qurulması, düzgün paylaşım vaxtı və nəticələrin təhlili

11 Noyabr 2026 11:22see228

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see222

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see214

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

11 Noyabr 2026 19:35see211

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see208

Buğdanın qiyməti dörd aylıq artımdan sonra azalıb

11 Noyabr 2026 17:20see205

Çörəklərin içində narkotik gizlətdilər

11 Noyabr 2026 18:45see201

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see200

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see197
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri