Azərbaycan ərazısındən keçən nəqliyyat dəhlizlərində daşınan yüklərin həcmi açıqlanıb
Apa.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
2025-ci ilin yanvar-sentyabr aylarında Azərbaycan ərazisindən keçən nəqliyyat dəhlizlərində dəmir yolu nəqliyyatı ilə 10 555,6 min ton, avtomobil nəqliyyatı ilə 8 008,8 min ton və dəniz nəqliyyatı ilə 5589,7 min ton yük daşınıb.
Dövlət Statistika Komitəsindən "APA-Economics"ə verilən məlumata görə, Şərq-Qərb nəqliyyat dəhlizi ilə daşınmış yüklərin həcmi 12 615 min ton, o cümlədən Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizi ilə 6 117,1 min ton, Şimal-Cənub nəqliyyat dəhlizi ilə 6 719,7 min ton, Şimal-Qərb nəqliyyat dəhlizi ilə 4 416,7 min ton, Cənub-Qərb nəqliyyat dəhlizi ilə 402,7 min ton təşkil edib.
Məlumata görə, dəmir yolu nəqliyyatı ilə daşınmış yüklərin 46 faizini, avtomobil nəqliyyatı ilə daşınmış yüklərin 41,9 faizini, dəniz nəqliyyatı ilə daşınmış yüklərin 94,7 faizini tranzit yüklər təşkil edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:20
Bu xəbər 18 Noyabr 2025 13:02 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















