Azərbaycan, Ermənistan və Türkiyə ilə münasibətlər bizim üçün çox önəmlidir
Missiya.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
“Qlobal təhlükəsizlik məsələlərindən danışarkən ilk növbədə qonşu ölkələrlə münasibətlərin gücləndirilməsi əsas prioritet olmalıdır”.
Missiya.Az xəbər verir ki, bunu Gürcüstanın xarici işlər naziri Maka Boçorişvili deyib.
“Qonşularla münasibətlər bizim üçün əsas prioritetdir. Gürcüstanın Azərbaycan, Ermənistan və Türkiyə ilə strateji tərəfdaşlığı mövcuddur və bu ölkələrlə münasibətlər bizim üçün çox dəyərlidir,” - deyə siyasətçi vurğulayıb.
Onun sözlərinə görə, Tbilisi Azərbaycan, Gürcüstan və Ermənistanın xarici işlər nazirlikləri arasında ilk üçtərəfli görüşə ev sahibliyi edib.
Boçorişvili bildirib ki, bu formatda və digər istiqamətlərdə əməkdaşlığın davam etdirilməsinə Gürcüstan hazırdır:
“Biz regionun təhlükəsizliyi üçün vacib məsələləri müzakirə etməyə davam edirik və bu prosesdə fəalıq. Türkiyə ilə münasibətlər də bizim üçün böyük əhəmiyyət daşıyır. Türkiyə regionun əsas oyunçularından biridir və Gürcüstan üçün vacib tərəfdaşdır,” - deyə siyasətçi əlavə edib.
Boçorişvili qeyd edib ki, Gürcüstan Azərbaycan və Türkiyə ilə üçtərəfli əməkdaşlıq çərçivəsində bir sıra mühüm layihələr həyata keçirib. Bu, dostluq və xoş qonşuluq münasibətlərinin yalnız iştirakçı ölkələr üçün deyil, daha geniş region üçün də faydalı olduğunu göstərir.
Daşqın Həsənov
Missiya.Az


