Icma.az
close
up
RU
Menu

SOCAR-ın işçilərinə böyük sürpriz: 2026-cı ilin əvvəlindən maaşlar 30% artırılacaq? - FOTO

SOCAR maaşları 20% artırdı

SOCAR da işləyənlərə ŞAD XƏBƏR: Maaşlar bu qədər artdı

Azərbaycan Mərkəzi Asiya dövlətləri ilə əməkdaşlığa xüsusi əhəmiyyət verir Azərbaycan XİN sözçüsü

BIAF 2025 Yang Liping Contemporary Dance (Çin) qrupunun Bahar ayini xoreoqrafik tamaşasını böyük uğurla təqdim etdi FOTO

Azərbaycanın Milli Qəhrəmanı: Zəfər Günündə keçirilən parad Vətən keşikçilərinin layiqli xidməti davam etdirdiyini göstərir ŞƏRH

VFS Global şirkəti fərdi məlumatların qanunsuz istifadəsi ilə gündəmə gəldi

Bu gün noyabrın 17 si Azərbaycanda Milli Dirçəliş Günüdür.

Avropa İttifaqının 2026 cı il üçün büdcəsi barədə razılıq əldə olunub

İşdə oturub işdən çıxmaq: İşçiləri “candərdi” işləməyə nə vadar edir?

Özbəkistan mətbuatı Prezident İlham Əliyevin səfərini geniş formada işıqlandırıb

İrşaddan alınan kameranın qaytarılması müştərini bezdirib

Yaşar Nurinin qızı dünyasını dəyişib

Azərbaycanda bu tarixdə qar yağacaq: temperatur 0 dərəcəyə enəcək XƏBƏRDARLIQ

Rəqqasə Fatimənin qızının toyundan görüntülər VİDEO

“Süni intellekt “insan kimi görməyi” öyrənib: mənanı anlamağa başlayır“ Elmi tədqiqat

Sürücülük vəsiqəsi almaq üçün yezda imtahanı nda yenilik Bundan sonra...

“İran daxilində böhran daha da gərginləşir“ İsrail mətbuatı

İlham Əliyevin sosial şəbəkə hesablarında Özbəkistana səfərindən görüntülər paylaşılıb VİDEO

HƏMAS ı kimin silahsızlaşdıracağını açıqladı KONKRET

“Azərbaycan Ermənistanın nəzarətindəki bu strateji ərazini qaytarmalıdır” Zəngəzur məsələsi

“Azərbaycan Ermənistanın nəzarətindəki bu strateji ərazini qaytarmalıdır” Zəngəzur məsələsi

GlobalInfo saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Globalinfo.az Azərbaycan Prezidentinin İctimaiyyətlə Əlaqələr bölməsinin sabiq rəhbəri, BMT İnkişaf Proqramının Azərbaycanda Ekoloji Layihələrinin sabiq rəhbəri, müstəqil ekspert Çingiz Məmmədovla müsahibəni təqdim edir:

-Çingiz bəy, 2024-cü ilin əvvəlində Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin imzalanması gözlənilirdi. Lakin baş tutmadı. Ermənistan növbəti ildə müxtəlif bəhanələrlə prosesi ləngidə bilərmi?

-Mən 2024-cü ilin əvvəlində də iki ölkə arasında sülh müqaviləsinin imzalanması ilə bağlı nikbin deyildim. Əsas səbəb isə Ermənistanın Azərbaycanın irəli sürdüyü şərtləri qəbul etməməsi idi. Bu yaxınlarda Prezident İlham Əliyev də açıqlamasında bu nüansları qeyd etdi. Hazırda Ermənistanın mövqeyində dəyişiklik görünmür. Rəsmi İrəvan sözügedən şərtləri qəbul etməyənə qədər Azərbaycan və Ermənistan arasında yekun sülh müqaviləsinin imzalanması gözlənilən deyil.

-Azərbaycanın Ermənistandan əsas tələbi konstitusiyada dəyişiklikliyin edilməsi idi. Rəsmi Bakı bu olmadan sülh sazişinin imzalanmasının mümkünsüzlüyünü dəfələrlə deyib. Hansı halda Nikol Paşinyan Ermənistan konstitusiyasında olan ərazi iddiasının çıxarılması üçün referenduma gedər?

-Ermənistan konstitusiyasında dəyişiklik edilməsini zəruri edən iki səbəb var: hüquqi və mənəvi-psixoloji. Hüquqi baxımdan əgər bir ölkənin konstitusiyasında başqa ölkəyə qarşı ərazi iddiası varsa, iki ölkə arasında sülh müqaviləsi imzalana bilməz. Ermənistan Konstitusiya Məhkəməsinin “bu məsələ Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin imzalanmasına mane olmadığı” barədə səsləndirdiyi fikirlər tamamilə yanlışdır. Beynəlxalq aləm suveren dövlətlərdən ibarətdir. Onların əsas sənədi isə konstitusiyadır. Heç bir daxili və ya beynəlxalq sənəd konstitusiyadan üstün ola bilməz. Bu, beynəlxalq hüququn əlifbasıdır. Bir sözlə, Ermənistan konstitusiyasında ərazi iddiasından əl çəkməyəcəkcə, Azərbaycanla imzalanacaq hər hansı sülh müqaviləsinin hüquqi qüvvəsi olmayacaq. Yeni gələn hakimiyyət bu sənədi konstitusiyaya uyğun olmadığı üçün ləğv edə bilər.

Digər tərəfdən hətta imzalanmış hər-hansı sənəd belə sülhün təminatçısı deyil. Çünki dövlətlər öz imzaladıqları sənədləri belə pozurlar. Bunu son zamanlar beynəlxalq aləmdə tez-tez görürük. Yeganə sülh təminatçısı Ermənistanda revanşizmin olmamasıdır. Yəni davamlı sülh üçün erməni xalqının böyük hissəsi revanşizmdən əl çəkməlidir. Konstitusiyada dəyişiklik isə referendum vasitəsilə mümkündür. Əhalinin böyük hissəsi bunun lehinə səs verərsə, həm konstitusiyada dəyişiklik mümkün olacaq, həm də Ermənistan cəmiyyətində revanşizm ehtimalı xeyli azalacaq.

-Bu ilin aprel ayında Qazaxın anklav olmayan 4 kəndi Azərbaycana qaytarıldı. Naxçıvanın Kərki kəndi və Qazaxın anklav olan kəndləri ilə bağlı isə hələ də qeyri-müəyyənlik qalır. Onların da qaytarılması mümkündürmü?

-Kərki kəndi çox strateji əhəmiyyətə malikdir. Çünki məhz Zəngəzurda Naxçıvanla Azərbaycanın digər ərazilərinin böyük hissəsi arasındakı əsas yolda yerləşir. Ona görə də Ermənistan Kərkinin Azərbaycana qaytarılmasına müqavimət göstərir. Rəsmi Bakı Kərkinin geri qaytarılması məsələsində təkid etməlidir.

-Yaxın Şərqdə gərginlik davam edir, eləcə də Rusiya-Ukrayna müharibəsi 3 ilə yaxındır dayanmır. Bunların hansının yeni ildə dayandırılması daha realdır?

– Yeni ilin əsas hadisəsi ABŞ-da yeni administrasiyanın işə başlaması olacaq. Rəsmi Vaşinqtonun üç böyük problemi var. Bunlardan birincisi və ABŞ üçün ən önəmlisi Çinlə dünya hegemonluğu uğrunda rəqabətdir. Amma hazırda orada qan tökülmür. Siz qeyd etdiyiniz digər iki münaqişə ocağı ABŞ-ın diqqət və resursunu Çinlə rəqabətdən yayındırır. Ona görə ABŞ bu iki ocağı söndürməkdə maraqlıdır ki, bütün gücünü Çinlə mübarizəyə yönəldə bilsin.

Yaxın Şərq 1948-ci ildə İsrail yaranandan gərgin vəziyyətdədir. İsrail lobbisi ABŞ-da çox güclüdür. Onun maraqları naminə ABŞ Yaxın Şərqdə İsraili dəstəkləməkdə davam edəcək, buna görə bu bölgədə sülhə nail olmaq çox çətindir. Yaxın Şərqlə müqayisədə Rusiya-Ukrayna müharibəsinin dondurulması mənə daha ehtimallı görünür. Buna görə çox güman ki, yeni ABŞ administrasiyası ilk növbədə Ukrayna müharibəsini dayandırmağa çalışacaq.

-Suriyada 53 ildən sonra Bəşər Əsəd rejiminin süqutu böyük səs-küyə səbəb oldu. Suriyada baş verənləri necə dəyərləndirirsiniz? Bu günlərdə İlham Əliyevlə Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı olub. İki lider razılaşıb ki, Suriyanın bərpasında Azərbaycan da iştirak etsin. Bunun geopolitik mənası, anlamı nədir? Azərbaycan Yaxın Şərqdə təmsil olunmaq imkanı qazanır?

-Suriya rejimi zəif hakimiyyət idi. Çünki xalqa arxalanmırdı. Amma prosesdə əsas rolu hakimiyyətdəki boşluq oynadı. 2011-ci ildə Suriyada başlamış proseslər 2015-16-cı ildə Rusiya və İranın Bəşər Əsəd hakimiyyətini dəstəkləməsi hesabına status-kvo ilə tamamlandı. Hazırda Rusiyanın başının Ukraynaya qarışması, İranın da İsrailin, yəni, ABŞ-ın zərbələri və daxili səbəblərdən zəifləməsi Bəşər Əsədin hakimiyyətini laxlatdı. Nəticədə o, hakimiyyəti təhvil verməli oldu. Sözsüz ki, burada əsas rollardan birini Türkiyə oynadı. Rəsmi Ankara Suriyanın ərazi bütövlüyünün saxlanması şərti ilə burada yeni hakimiyyətin qurulmasına çalışır. Azərbaycan bu işdə Türkiyəyə yardımcı ola bilər. Prezidentlərin telefon danışığında da məhz bu məsələ müzakirə edilib. Azərbaycanın Türkiyəni dəstəkləməsi Yaxın Şərqdə rəsmi Ankaranın təsirini daha da gücləndirir. Deməli, Azərbaycanın da Yaxın Şərqə təsiri var.

-Suriyadan baş verən hadisələrdən sonra İranın da eyni vəziyyəti yaşaya biləcəyindən bəhs edilir. Bu mümkündürmü?

-Suriyada baş vermiş hadisələrdən sonra İsrailin və onu dəstəkləyən ABŞ-ın diqqəti İrandadır. İran hazırda İsrailin əsas hədəfidir. Onlar rəsmi Tehranda hakimiyyət dəyişikliyini istəyər. Amma bunun nə dərəcədə real olduğunu nəzərə almalıyıq. Suriya ilə müqayisədə İranın bir neçə fərqli cəhəti var.

İndiki İran Qacar dövlətinin varisidir. Yeri gəlmişkən, Qacar dövlətinin digər varisi Azərbaycan Respublikasıdır. Avropanın müstəmləkə dövründə cəmi iki müsəlman dövləti – Osmanlı imperiyası və Qacarlar nominal müstəqilliyini qoruyub saxlaya bilmişdi. Ona görə də İranın uzunmüddətli dövlətçilik ənənəsi, daha sonra 90 milyona yaxın əhalisi var. Özü üçün kifayət edəcək qədər iqtisadi potensiala malikdir. Ona görə də Suriyada baş verənləri İranda təkrarlamaq asan məsələ deyil.

-Digər məsələ İrana qarşı Qərbin gözlənilən sanksiyalarıdır. Rusiyaya olduğu kimi, rəsmi Tehrana da sanksiyaların tətbiq ediləcəyi gözlənilir? İran buna tab gətirə biləcək?

– İrana qarşı sanksiyalar elə islam inqilabından sonra tətbiq edilib. Əlbəttə, yeni sanksiyalar da mümkündür. Sanksiyaların məqsədi bir növ hakimiyyəti zəiflədib, əhalini hakimiyyətdən narazı vəziyyətə s almaqdır. İranda sosial məsələlərdə problemlər var. Elektrik enerjisində fasilələr yaranır, pensiya və maaşlarda ləngimələr olur, yerli valyuta zəifləyib və s.

Lakin İrandakı sosial vəziyyətin hakimiyyət dəyişikliyinə gətirə biləcək qədər gərgin olduğunu düşünmürəm. Çünki İran Çinə və digər ölkələrə öz enerji daşıyıcılarını satır və satacaq. Bu gəlirlər sosial gərginliyi müəyyən səddi keçməməyə kömək edər. Kənd təsərrüfatı da kifayət qədər inkişaf edib. Zənnimcə, İrana qarşı daha çox etnik separatizmdən istifadə etməyə çalışacaqlar. Bu, sosial çətinliklərlə birlikdə ciddi təhlükəyə çevrilə bilər.

-Rusiya-Ukrayna müharibəsinə də toxunmaq istəyərdim. 2025-ci ildə bu müharibənin taleyi necə olacaq? Tərəflər arasında sülh sazişi, hansısa anlaşma mümkün görünürmü? Ukraynanın bölünməsi realdırmı?

– Rusiya-Ukrayna müharibəsi hər iki dövlətin gücünü azaldır. 10 milyona yaxın ukraynalı ölkəni tərk edib. Təxminən bir milyona yaxın insan ya həlak olub, ya da ağır yaralanıb. Çox güman ki, Rusiya tərəfində də rəqəmlər eynidir. Hər iki ölkə müəyyən şərtlər altında münaqişənin dayandırılmasında maraqlıdır. Bu müharibənin təsirini təəssüf ki, biz də hiss edirik.

Rusiya Ukraynanın NATO-ya üzv olmamasında təkid edəcək. Krım yarımadası daxil olmaqla, ələ keçirdiyi ərazilərin onda qalmasını, Qərbin tətbiq etdiyi sanksiyaların aradan götürülməsini istəyəcək. Bu şərtlər də Ukrayna üçün qəbuledilməzdir. Ona görə də iki ölkə arasında sülh müqaviləsinin deyil, atəşkəsin imzalanması mümkündür. Qüvvələrin yerləşdiyi xətt boyu atəşkəs elan edilir və döyüşlər dayandırılır. Təxminən 1994-cü ildə Ermənistan və Azərbaycan arasında imzalanmış atəşkəsə bənzəyir.

Çingiz Məmmədov

Belə bir atəşkəsin imzalanması Ukraynanın bölünməsi istiqamətində atılmış addım kimi qiymətləndirilə bilər. Çünki Ukrayna nə Krımı, nə də öz şərqində yerləşən 4 vilayəti idarə etməyəcək.

-ABŞ-da yeni seçilmiş prezident Donald Trampın hakimiyyətə gəlişindən sonra müharibəni dayandıracağına böyük ümidlər var idi. Lakin son vaxtlar bunun əksi istiqamətində xəbərlər yayılır…

– Rusiya və Ukrayna arasında hər hansı bir razılaşma onların həm bir-biri ilə qüvvə nisbətinin, həm də beynəlxalq aləmdə gedən proseslərin nəticəsidir. Bayden administrasiyasının Tramp administrasiyası ilə əvəz olunması Ukrayna-Rusiya münaqişəsinə təsir göstərən amil hesab olunur. Donald Trampın seçki öncəsi verdiyi vədlər daxili auditoriyaya yönəlmişdi.

O, seçildiyi andan bir gün sonra münaqişəni dayandıracağını bəyan etmişdi. Lakin seçilməsindən ay yarım vaxt keçsə də müharibə hələ də davam edir. Doğrudur, Tramp əlindəki imkanlardan Rusiya və Ukraynaya təsir göstərə bilər. Bu resursların atəşkəsə kifayət edib-etməyəcəyi isə sual doğurur. Hesab edirəm ki, atəşkəs mümkündür. Bundan sonra uzun danışıqlar başlayacaq. Bizim Ermənistanla 35 il çəkmiş danışıqlar kimi. Onların nə ilə nəticələnəcəyi hər iki dövlətin daxilində, həm də qlobal miqyasda baş verəcək hadisələrdən asılı olacaq.

Safura Bənnayeva
Globalinfo.az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:107
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 27 Dekabr 2024 07:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

SOCAR-ın işçilərinə böyük sürpriz: 2026-cı ilin əvvəlindən maaşlar 30% artırılacaq? - FOTO

16 Noyabr 2025 13:53see17154

SOCAR maaşları 20% artırdı

16 Noyabr 2025 17:28see1031

SOCAR da işləyənlərə ŞAD XƏBƏR: Maaşlar bu qədər artdı

16 Noyabr 2025 17:20see235

Azərbaycan Mərkəzi Asiya dövlətləri ilə əməkdaşlığa xüsusi əhəmiyyət verir Azərbaycan XİN sözçüsü

17 Noyabr 2025 19:21see171

BIAF 2025 Yang Liping Contemporary Dance (Çin) qrupunun Bahar ayini xoreoqrafik tamaşasını böyük uğurla təqdim etdi FOTO

17 Noyabr 2025 19:47see168

Azərbaycanın Milli Qəhrəmanı: Zəfər Günündə keçirilən parad Vətən keşikçilərinin layiqli xidməti davam etdirdiyini göstərir ŞƏRH

16 Noyabr 2025 08:15see148

VFS Global şirkəti fərdi məlumatların qanunsuz istifadəsi ilə gündəmə gəldi

17 Noyabr 2025 02:48see145

Bu gün noyabrın 17 si Azərbaycanda Milli Dirçəliş Günüdür.

17 Noyabr 2025 00:00see144

Avropa İttifaqının 2026 cı il üçün büdcəsi barədə razılıq əldə olunub

16 Noyabr 2025 17:59see139

İşdə oturub işdən çıxmaq: İşçiləri “candərdi” işləməyə nə vadar edir?

16 Noyabr 2025 16:02see136

Özbəkistan mətbuatı Prezident İlham Əliyevin səfərini geniş formada işıqlandırıb

16 Noyabr 2025 19:40see135

İrşaddan alınan kameranın qaytarılması müştərini bezdirib

17 Noyabr 2025 01:45see135

Yaşar Nurinin qızı dünyasını dəyişib

16 Noyabr 2025 19:48see133

Azərbaycanda bu tarixdə qar yağacaq: temperatur 0 dərəcəyə enəcək XƏBƏRDARLIQ

16 Noyabr 2025 12:27see133

Rəqqasə Fatimənin qızının toyundan görüntülər VİDEO

17 Noyabr 2025 04:13see130

“Süni intellekt “insan kimi görməyi” öyrənib: mənanı anlamağa başlayır“ Elmi tədqiqat

16 Noyabr 2025 10:50see129

Sürücülük vəsiqəsi almaq üçün yezda imtahanı nda yenilik Bundan sonra...

16 Noyabr 2025 15:57see129

“İran daxilində böhran daha da gərginləşir“ İsrail mətbuatı

16 Noyabr 2025 20:49see129

İlham Əliyevin sosial şəbəkə hesablarında Özbəkistana səfərindən görüntülər paylaşılıb VİDEO

16 Noyabr 2025 20:54see129

HƏMAS ı kimin silahsızlaşdıracağını açıqladı KONKRET

16 Noyabr 2025 23:38see123
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri