Azərbaycan əsgəri cəzasının bir hissəsini Ermənistanda çəkəcək Paşinyan
Bakivaxti saytından alınan məlumata görə, Icma.az bildirir.
"Sünik bölgəsinin Şəki kəndində tapılan Azərbaycan əsgəri cəzasının ən azı bir hissəsini Ermənistanda çəkəcək".
Bakıvaxtı.az xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan parlamentdə hökumət saatı zamanı "Güclü Ermənistan" blokundan olan millət vəkili Andranik Gevorgyanın sualını cavablandırarkən bildirib.
O əlavə edib ki, bu işdə bütün hüquqi prosedurlara əməl olunmalıdır.
"İstintaq aparılmalı, iş məhkəməyə göndərilməli və məhkəmə hökm çıxarmalıdır. Bundan sonra o, cəzasının ən azı bir hissəsini Ermənistanda çəkməlidir", - deyə Baş nazir bildirib.
Paşinyan əlavə edib ki, uşaqlar əvvəlcə Azərbaycan əsgərinin gizləndiyi evə yaxınlaşıblar, evdə tanımadığı bir adam görüblər və analarına xəbər veriblər. Daha sonra qadın polisə zəng edib, lakin özü polisdən əvvəl hadisə yerinə getmək qərarına gəlib.
"Əgər onlar polisi gözləsəydilər, heç nə olmazdı", - deyə Paşinyan bildirib
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:265
Bu xəbər 07 Oktyabr 2026 18:23 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















