“Azərbaycan əsgəri saxlanılarkən xəsarət alıb” Paşinyan
Icma.az, Qafqazinfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
“Azərbaycan əsgəri (Nəsimi Musayev - red.) saxlanma zamanı heç bir müqavimət göstərməyib və başa düşdüyüm qədərilə xəsarət alıb”.
“Qafqazinfo” Ermənistan mətbuatına istinadən xəbər verir ki, bu sözləri parlamentdə çıxışı zamanı Ermənistanın Baş naziri Nikol Paşinyan deyib.
O, saxlanma kadrlarının yayımlanmamasının məhz bununla bağlı olduğunu istisna etməyib. Paşinyan ümumiyyətlə saxlanılma zamanı çəkilişin aparılıb-aparılmadığını deyə bilməyib, lakin bunu dəqiqləşdirib əlavə məlumat verəcəyini vəd edib. Eyni zamanda, Baş nazir hüquq-mühafizə orqanlarından olan həmkarlarından insanların saxlanma kadrlarının yayımlanmasından çəkinmələrini xahiş etdiyini etiraf edib.
“Daim suallar səslənir: erməni, türk, azərbaycanlı. Bunu vurğulamaqda məqsəd nədir? Bu nə verir? Bu hadisənin bizim mətbuatda müşahidə etdiyimiz bütün spekulyasiyalarla heç bir əlaqəsi yoxdur. İş o yerə çatıb ki, insanlar bərqərar olmuş sülhü şübhə altına alırlar, halbuki bu hadisədən əvvəl də şübhə altına alırdılar. Belə insanlar üçün nə baş verdiyinin, bunun niyə və hansı şəraitdə baş verdiyinin əhəmiyyəti yoxdur”, - Paşinyan əlavə edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:67
Bu xəbər 07 Oktyabr 2026 17:45 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















