Icma.az
close
up
RU
Azərbaycan əsilli məşhur iş adamı Türkiyədə neft oğurluğunda ittiham olunur Axtarışa verildi

Azərbaycan əsilli məşhur iş adamı Türkiyədə neft oğurluğunda ittiham olunur Axtarışa verildi

Icma.az xəbər verir, Yeniavaz saytına əsaslanaraq.


Türkiyədə Enerji Bazarının Tənzimlənməsi Qurumuna (EPDK) kifayət qədər yanacaq tədarük etmədiyi bildirilən “Türkiye Petrolleri (TP) Petrol Dağıtım A.Ş.”yə qarşı genişmiqyaslı istintaq başladılıb.
Yeniavaz.com
Türkiyə mətbuatına istinadən xəbər verir ki, nəticədə şirkətin üç rəhbər şəxsi həbs edilib, sahibi İsfəndiyar Zülfüqarlı və bir yüksək vəzifəli şəxs barəsində isə həbs qərarı çıxarılıb.
“Anadolu Agentliyi”nin xəbərinə görə, Azərbaycan Dövlət Neft Şirkətinə (SOCAR) məxsus STAR Neft Emalı Zavodu 22–24 oktyabr tarixlərində Hatay Dörtyol və Antalya müəssisələrinə dair EPDK-ya təqdim etdiyi məlumatlarla “TP Petrol Dağıtım A.Ş.”nin göstəriciləri arasında ciddi fərqlər müəyyən edib. Zavod məhsullarının onun icazəsi olmadan satıldığını iddia edərək prokurorluğa müraciət ünvanlayıb.
Aparılan araşdırmalar zamanı Qaçaqmalçılıq və Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Şöbəsi şirkətin Antalyadakı anbarında 232 milyon lirə dəyərində 4,09 ton, Dörtyoldakı anbarında isə 820 milyon lirəlik 14 min 467 ton yanacağın olmadığını aşkarlayıb.
Antalyada keçirilən əməliyyat nəticəsində şirkətin baş meneceri M.B., keçmiş baş menecer Ç.D., təchizat meneceri H.G. və müəssisə müdiri O.E.C. saxlanılıb. Onlardan üçü həbs edilib, biri isə sərbəst buraxılıb. İstanbul və Muğlada saxlanılan digər şəxslər ifadə verdikdən sonra azadlığa buraxılıblar. Şirkətin İdarə Heyətinin sədri İsfəndiyar Zülfüqarlı və baş icraçı direktoru A.Ç.Y.-nin hazırda ölkə xaricində olduğu müəyyən edilib.
İstintaqın mərkəzində olan İsfəndiyar Zülfüqarlı, Azərbaycan əsilli tanınmış sənayeçi və iş adamı İskəndər Zülfüqarlının oğludur. Ailənin biznes tarixi ötən əsrin ortalarına dayanır. İskəndər Zülfüqarlı 1942-ci ildə Azərbaycandan Türkiyəyə köçərək ticarət və sənaye sahəsində fəaliyyətə başlayıb, daha sonra “Zülfikarlar Holding”in əsasını qoyub. 2001-ci ildə atasının vəfatından sonra holdinqin rəhbərliyini 1976-cı ildə İstanbulda doğulan İsfəndiyar Zülfüqarlı üzərinə götürüb.
“Zülfikarlar Holdinq” 2016-cı ildə “Turkuaz Petrol” vasitəsilə “TP Petrol Dağıtım A.Ş.”nin 100 faiz səhmlərini əldə edib. Özəlləşdirmə mərasimində o vaxtkı maliyyə naziri Naci Ağbal da iştirak edib.
“Türkiye Petrolleri Anonim Ortaklığı” (TPAO) açıqlama yayaraq, xəbərdə adı çəkilən “TP Petrol Dağıtım A.Ş.”nin özəl sektor şirkəti olduğunu və TPAO ilə heç bir əlaqəsinin bulunmadığını bildirib. Qurumun açıqlamasında qeyd olunub ki, TPAO yalnız karbohidrogen kəşfiyyatı və istehsalı ilə məşğuldur və pərakəndə yanacaqdoldurma fəaliyyəti həyata keçirmir.
TPAO həmçinin bildirib ki, “TP Petrol Dağıtım A.Ş.” əvvəllər “Türkiye Petrolleri” markasından məhdud müddətə istifadə icazəsi əldə edib, lakin bu lisenziya 2025-ci il aprelin 4-də başa çatıb. Şirkətin hələ də bu brenddən icazəsiz istifadə etdiyi və məsələ ilə bağlı hüquqi prosesin davam etdiyi qeyd olunub.
Murad Məmmədov
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:208
embedMənbə:https://yeniavaz.com
archiveBu xəbər 07 Noyabr 2025 11:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see286

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see266

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see263

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see259

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see249

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see240

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see240

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see231

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see231

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see228

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see215

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see215

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see209

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see208

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see202

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see200

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see198

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see193

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see192

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri