Icma.az
close
up
RU
Azərbaycan fəal iş aparır...

Azərbaycan fəal iş aparır...

Icma.az, Yeniazerbaycan portalına istinadən məlumat yayır.

İtkin düşmüş vətəndaşların taleyi ilə bağlı çoxşaxəli addımlar atılır

Birinci Qarabağ müharibəsində itkin düşmüş, əsir və girov götürülmüş vətəndaşlarımızın əksəriyyətinin taleyi hələ də müəmmalı olaraq qalmaqdadır. Vətən müharibəsindəki qələbəmiz bu istiqamətdə də mühüm addımların atılmasına imkan yaradıb. Yeri gəlmişkən, Azərbaycanın və Ermənistanın itkin düşmüş şəxslər üzrə dövlət komissiyalarının nümayəndələri arasında növbəti görüş keçirilib. KİV-in yaydığı məlumata görə, görüş çərçivəsində tərəflər münaqişə zamanı itkin düşmüş şəxslərin taleyinin aydınlaşdırılması ilə bağlı humanitar məsələləri müzakirə ediblər. Görüşdə məlumat mübadiləsi imkanları, axtarış tədbirlərinin əlaqələndirilməsi məsələləri nəzərdən keçirilib. Tərəflər humanitar sahədə dialoqun davam etdirilməsinin vacibliyini vurğulayaraq itkin düşmüş şəxslərin ailələrinin maraqları naminə gələcək təmaslara hazır olduqlarını bildiriblər.

Beynəlxalq səviyyədə...

Vurğulamaq lazımdır ki, ölkəmizin 1990-cı illərin əvvəllərində Ermənistan tərəfindən hərbi təcavüzə məruz qalması həm də minlərlə insanın itkin düşməsi ilə nəticələnib. Azərbaycan hökuməti itkin düşmüş şəxslərlə bağlı konkret fəaliyyət planları həyata keçirmək və bu sahədə beynəlxalq hüquqi mexanizmlərə müraciət etməkdə fəallıq göstərir. Rəsmi qurumları tərəfindən Ermənistanın işğalı nəticəsində 71-i uşaq, 267-si qadın və 326-sı ahıl olmaqla, ümumilikdə 3890 nəfərin itkin düşməsi qeydə alınıb. Həmin şəxslərin əksəriyyəti hərbi əsirlər və mülki şəxslərdir. Bu problemin həlli, itkin düşmüş şəxslərin axtarışı və identifikasiyası üçün ölkəmiz Beynəlxalq Qırmızı Xaç Komitəsi (BQXK), BMT və digər beynəlxalq təşkilatlarla sıx əməkdaşlıq edir. Paralel olaraq, Azərbaycan bir çox beynəlxalq platformada bu məsələ ilə bağlı iş aparır - məsələn, ötən ilin noyabrında BMT Baş Assambleyasının 3-cü Komitəsində Azərbaycan tərəfindən irəli sürülmüş “İtkin düşmüş şəxslər” adlı qətnamə konsensusla qəbul edilib. Azərbaycanın BMT yanında Daimi Nümayəndəliyi tərəfindən irəli sürülmüş qətnamə layihəsi üzrə bir ay ərzində üzv dövlətlərlə aparılmış intensiv danışıqlar nəticəsində layihənin mətni razılaşdırılıb.

Qətnaməyə 56 ölkə həmmüəllif qismində qoşulub. Qətnamə mətninin komitədə təqdimatı zamanı Azərbaycanın BMT yanında Daimi Nümayəndəliyinin birinci katibi Nərmin Ahəngari çıxışında “İtkin düşmüş şəxslər” adlı qətnamənin ilk dəfə 2002-ci ildə BMT Baş Assambleyasının 57-ci sessiyasında Azərbaycanın təşəbbüsü ilə qəbul edildiyini və qətnamənin hər iki ildən bir irəli sürüldüyünü xatırladıb. Ahəngari qətnamənin əsas məqsədinin silahlı münaqişələrin humanitar faciələrindən biri olan itkin düşmə hallarının qabaqlanması və itkin düşmüş şəxslərin taleyinin müəyyənləşdirilməsi üçün beynəlxalq humanitar hüquq və beynəlxalq insan hüquqları öhdəliklərinə hörmət və riayətin vacibliyinə diqqətin cəlb edilməsi olduğunu vurğulayıb. Diplomat mətndə əks olunmuş yeni bəndlər barədə üzv dövlətlərin nümayəndələrinə ətraflı məlumat verib. Ahəngari qeyd edib ki, bu ilki qətnamənin mətnində minaların mövcudluğunun itkin düşmüş şəxslərin qalıqlarının aşkarlanması üzrə əməliyyatlara yaratdığı maneələr də öz əksini tapıb. O qeyd edib ki, mətndə əlaqədar dövlətlərin insan qalıqlarının təhlükəsiz axtarışı üçün əməkdaşlıq etmək çağırışları öz əksini tapıb. Qətnamədə eyni zamanda BMT Baş katibindən Baş Assambleyanın 81-ci sessiyasına (2026-cı il) və BMT-nin İnsan Hüquqları Şurasının müvafiq sessiyasına onun icrasına dair müfəssəl hesabat təqdim edilməsi xahiş olunub.

Aşkar edilmiş kütləvi məzarlıqlar...

2020-ci ildə Vətən müharibəsində əldə olunan qələbə bu istiqamətdə işlərin daha da sürətləndirilməsi, itkin düşən şəxslərin taleyinə aydınlıq gətirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Əldə olunan zəfər nəticəsində adı itkin siyahılarında olan, taleyindən xəbərsiz olduğumuz vətəndaşlarla bağlı informasiyaların əldə olunmasına yaxından vəsilə oldu - xüsusilə, işğaldan azad edilmiş ərazilərdə kütləvi məzarlıqların aşkar edilməsi illərlə itkin statusu daşımış şəxslərin taleyi ilə bağlı qaranlıqları işığa çıxardı. Azərbaycan dövləti bu məzarlıqların tədqiqi və DNT analizi vasitəsilə itkinlərin müəyyənləşdirilməsi üçün yüksək texnologiyalardan istifadə edir. Vurğulanmalıdır ki, 2021-ci ilin fevral ayından etibarən Azərbaycanın işğaldan azad edilmiş ərazilərində aparılan genişmiqyaslı tədqiqatlar və qazıntılar nəticəsində indiyədək 25 kütləvi məzarlıq aşkar edilib.  Bu məzarlıqlardan Birinci Qarabağ müharibəsində itkin düşmüş 187 şəxsə aid olduğu ehtimal edilən insan qalıqları ekshumasiya olunub.  Aparılan molekulyar-genetik ekspertizalar nəticəsində bu şəxslərdən 59-nun şəxsiyyəti müəyyənləşdirilərək ailələrinə təhvil verilib. Əlavə olaraq, işğaldan azad edilmiş ərazilərdə aparılan tikinti və bərpa işləri zamanı kütləvi məzarlıqlardan kənarda, tək-tək basdırılmış 107 nəfərə aid meyit qalıqları da aşkar olunub.

Bu tapıntılar, Ermənistanın işğalı dövründə törədilmiş müharibə cinayətlərinin və insan hüquqları pozuntularının araşdırılması baxımından əhəmiyyətli sübutlar kimi qiymətləndirilir.

2025-ci ilin aprel ayında Azərbaycanın işğaldan azad edilmiş ərazilərində iki yeni kütləvi məzarlıq aşkar edilib. Bunlardan biri Şuşa şəhəri yaxınlığında, Şuşa-Xankəndi və Şuşa-Laçın yollarının birləşdiyi ərazidə yerləşir və burada azı 5 nəfərə aid insan qalıqları tapılıb.  Digər məzarlıq isə Xocalı rayonunun Əsgəran-Xocalı yolu üzərində yerləşir və burada azı 7 nəfərə aid insan qalıqları aşkar olunub.  Bu, Xocalıda aşkarlanan 3-cü kütləvi məzarlıqdır. Bununla bağlı açıqlamasında  Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası işçi qrupunun rəhbərinin müavini Eldar Səmədov bildirmişdi ki,  burada mülki şəxslər bilərəkdən qətlə yetirilib və kütləvi şəkildə basdırılıblar: “Beynəlxalq humanitar hüquq normalarına, Azərbaycanın da, Ermənistanın da qoşulduğu Cenevrə Konvensiyasının 3-cü maddəsinə əsasən, mülki insanların girov götürülməsi, ümumiyyətlə, qadağandır. Bu fakt isə göstərir ki, insanlar nəinki girov götürülüb, hətta beynəlxalq humanitar hüquq  normalarına zidd olaraq  işgəncələrlə qətlə yetirilib və burada kütləvi şəkildə basdırılıblar”.

P.İSMAYILOV

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:108
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 06 İyun 2025 10:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see426

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see418

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see295

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see275

Serbiyada seçkilər qanunvericiliyə uyğun keçirilir Musa Qasımlı

25 Oktyabr 2026 16:48see264

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see257

Xalidə Gözəl vəfat etdi

25 Oktyabr 2026 16:52see254

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see251

“Türkiyə daxilində Azərbaycana qarşı olan qrupların iç üzü açıldı” AÇIQLAMA

25 Oktyabr 2026 12:29see249

Bəzi magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq

25 Oktyabr 2026 13:45see233

Dünyanın diqqətlə izlədiyi tibbi sensasiya Erkən ölümün qarşısını alan ən sadə formul açıqlandı

25 Oktyabr 2026 15:32see222

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see216

Qubad İbadoğlu sosial şəbəkələrə Vurğun Əyyubu xatırlayaraq qayıtdı

25 Oktyabr 2026 23:04see214

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see212

İnsanlar cəmi 6 deyil, 27 fərqli emosional hal var

25 Oktyabr 2026 13:08see209

Ekspert: Azərbaycan Türkiyə münasibətlərinin gələcəyi qarşılıqlı hörmət və etimaddan asılıdır

25 Oktyabr 2026 19:39see208

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see207

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see204

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see203

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see201
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri