Icma.az
close
up
RU
Azərbaycan regional sabitliyin qorunması istiqamətində fəal iş aparır

Azərbaycan regional sabitliyin qorunması istiqamətində fəal iş aparır

Icma.az bildirir, Ses qazeti portalına istinadən.

Hazırda Cənubi Qafqaz regionu yeni inkişaf mərhələsindədir. Vaşinqtonda Azərbaycanla Ermənistan arasında sülh sazişinin paraflanması da bunu deməyə əsas verir. Yeni inkişaf mərhələsinin müəllifi isə Azərbaycan dövləti və Prezidentidir. Bu fikirləri Milli Məclisin deputatı Sevinc Fətəliyeva deyib.

Deputat bildirib ki, beynəlxalq münasibətlər sistemində davam edən qeyri-müəyyənlik şəraitində Azərbaycan Prezidenti İlham Əliyevin həyata keçirdiyi siyasət uğurlu siyasət ölkəmizə davamlı nailiyyətlər qazandırır. Dövlətimiz başçısı "Əl-Ərəbiyyə" telekanalına müsahibəsində sülh prosesi, regional əməkdaşlıq imkanları və digər aktual məsələlər barədə geniş fikir bildirib. Prezidentimiz Ermənistanın 30 illik işğalçılıq siyasətinin nəticələri barədə məlumat verib və Azərbaycanın öz gücünə beynəlxalq miqyasda tanınmış ərazi bütövlüyünü bərpa etdiyini diqqətə çatdırıb. Avqustun 8-də Vaşinqtonda imzalanan sənədlər isə regionda sülh və əməkdaşlıq üçün böyük ümidlər yaradır. Cənab Prezident ümid edib ki, bundan sonra prosesə heç bir müdaxilə olmayacaq. “Lakin yenə də məndə yüz faiz zəmanət yoxdur, çünki Ermənistanın daxili siyasəti barədə tam məlumatlı deyiləm. Bilirik ki, gələn yay Ermənistanda parlament seçkiləri keçiriləcək. Həmçinin bilirik ki, onlar yeni konstitusiya layihəsi üzərində işləyirlər. Lakin güclü xarici müdaxilə olarsa, bəli, bu, razılaşmaları poza bilər. Amma bu, Ermənistanın özü üçün çox zərərli olar, çünki Vaşinqtonda sənədlərin kim tərəfindən imzalanmasından asılı olmayaraq, onlar Ermənistanın adından Ermənistan lideri tərəfindən imzalanıb”, - deyə dövlət başçısı vurğulayıb. Yəni razılaşmanı pozmaq bütün dünyaya qarşı çıxmaq deməkdir. Bu da Ermənistanın özü üçün ciddi problem yarada bilər.
Çünki regiondakı güc balansı hər baxımdan tamamilə bizim xeyrimizədir. Prezidentimizin dediyi kimi, əgər Ermənistan bir daha bizim ərazi bütövlüyümüzü şübhə altına qoysa, biz də adekvat cavab verəcəyik.
Millət vəkilinin sözlərinə görə, dövlətimizin başçısı müsahibədə Zəngəzur dəhlizindən də ətraflı bəhs edib. Nəzərə alaq ki, müharibə bitəndən sonra Zəngəzur dəhlizinin açılması Azərbaycanın prinsipial şərtlərindən biri idi. Vətəndaşlarımız Azərbaycanın əsas hissəsi ilə Naxçıvana maneəsiz və təhlükəsiz gedib-gəlməlidirlər. Bunun üçün güclü təhlükəsizlik zəmanətləri olmalıdır. Beynəlxalq təhlükəsizlik zəmanətləri təmin edilməlidir. Prezidentimizin dediyi kimi, yalnız Ermənistanın verdiyi zəmanətlər kifayət deyil: “Tramp administrasiyası bu qanuni narahatlığı doğru şəkildə qəbul etdi və bunun nəticəsində TRIPP (“Trampın Beynəlxalq Sülh və Rifah Marşrutu”) meydana gəldi. Prezident Tramp Zəngəzur dəhlizinə öz adını verdikdən sonra əminəm ki, bu layihə çox yaxın zamanda reallaşacaq. Fiziki infrastrukturun, yəni, dəmir yolunun tikintisi uzun vaxt tələb etməməlidir, çünki məsafə cəmi 42 kilometrdir. Əgər biz tikməli olsaq, bir il ərzində tamamlayardıq. Ermənistan üçün isə bəlkə də daha bir neçə il lazım olacaq, çünki dəmir yolu tikintisi sahəsində bizim təcrübəmiz daha çoxdur”.
Sevinc Fətəliyeva qeyd edib ki, proseslər müsbət yöndə davam edir. Bu amil qarşıda dayanan hədəflərə nail olacağımıza əsas verir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:123
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 28 Avqust 2025 12:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qara Qarayeva və Rəşad Hüseynova vəzifə verildi

11 Yanvar 2026 21:02see180

“Sabah” və “Şamaxı” yoxlama oyununda üz üzə gələcək

11 Yanvar 2026 13:28see177

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see175

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see158

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see155

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see153

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see148

Karvan Yevlax heyətini gücləndirdi... Birinci divizion təmsilçisi ilə

10 Yanvar 2026 22:57see148

Ucuz ev almağın YOLLARI: Sosial mənzil mexanizmləri necə işləyir?

11 Yanvar 2026 17:29see146

Nadir şahdan bu günə: İran Türkiyə Səudiyyə Ərəbistanı üçbucağı

12 Yanvar 2026 08:57see146

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see144

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see141

Rafael Məmmədova YÜKSƏK VƏZİFƏ VERİLDİ KONKRET

11 Yanvar 2026 23:00see139

“Liverpul”da ağır itki “Qarabağ”la oyunu buraxacaq

11 Yanvar 2026 17:11see138

Evini baha qiymətə satmaq üçün qonşunun itlərini daşlayırmış SUMQAYITDAKI GÖRÜNTÜLƏRLƏ BAĞLI ARAŞDIRMA

10 Yanvar 2026 18:30see137

Dünyanın ən yavaş reketi: 60 yaşı var, amma hələ də istifadə olunur

11 Yanvar 2026 20:28see136

UFC nin sabiq çempionu Uitakkerlə mümkün döyüş barədə: “Bu, hamının yatdığı o qız kimidir”

11 Yanvar 2026 16:04see134

Qəbələ Kəpəz i məğlub edib

10 Yanvar 2026 16:39see134

Qadın dünyaya sərxoş körpə gətirdi

12 Yanvar 2026 02:53see133

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri