Icma.az
close
up
RU
Azərbaycan Fələstinə yardım edən beynəlxalq fonda dəstək olur Açıqlama

Azərbaycan Fələstinə yardım edən beynəlxalq fonda dəstək olur Açıqlama

Icma.az bildirir, Redaktor.az saytına əsaslanaraq.

Məlum olduğu kimi, BMT Baş Assambleyası 142 lehinə, 10 əleyhinə səslə Fələstinin 1967-ci il sərhədlərində dövlət kimi tanınmasını dəstəkləyən “Nyu-York Bəyannaməsi”ni qəbul edib. Azərbaycan qərarın lehinə səs verib.

Mövzu ilə bağlı Redaktor.az-a açıqlamasında "Cross Media" Təhlil Mərkəzinin analitiki, siyasi şərhçi Mübariz Göyüşlü bildirdi ki, Azərbaycanın Fələstinlə bağlı bu mövqeyini və bu səsvermədə tutduğu bu mövqeyi dəstəkləyir:

"Hesab edirəm ki, çox doğru bir mövqedir. Bununla yanaşı mən qeyd edim ki, Azərbaycan Fələstinə yardım edən beynəlxalq fonda dəstək olur. Bu çox ədalətli bir mövqedir. Təkcə ona görə yox ki, Fələstin müsəlmandır, biz də müsəlman ölkəsiyik. Yəni məsələ təkcə onunla bağlı deyil. Məsələ həm də onunla bağlıdır ki, bu, çox ədalətli bir mövqedir. Burada İsrail və Fələstin dövlətinin mövcudluğunu artıq bütün dünya bu şəkildə qəbul edir ki, bu problem iki dövlətli həll yolu ilə çözülməlidir. Fələstin də bir dövlət kimi olmalıdır. Mən düşünmürəm ki, bu mövqe Amerika ilə, İsraillə hər hansısa bir narahatlığa, narazıçılığa, gərginliyə, anlaşılmazlığa gətirib çıxardacaq".

Onun sözlərinə görə,  Azərbaycan bununla anti-İsrail və yaxud anti-amerikan bir fəaliyyət, bir çalışma həyata keçirmir:

"Azərbaycan beynəlxalq hüquq prinsipinə uyğun olan bir davranış göstərir. İndiyə qədər necə ki, Azərbaycanla İsrail arasında, Amerika arasında bu məsələlərdə bir problem çıxmır, bundan sonra da hər hansı bir problem olmayacaq".

Aytəkin TOFİQQIZI

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:125
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 16 Sentyabr 2025 20:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lavrov: ABŞ ın Venesuelada əməliyyat planları razılaşma ümidlərini azaldır

18 Dekabr 2025 01:26see246

Qadın avtomobili ilə həmcinsini VURDU

18 Dekabr 2025 17:10see221

Ukraynanın NATO ya üzvlüyünə bu üç ölkə icazə vermir SİYAHI

18 Dekabr 2025 19:25see219

Ordubadda avtomobil qaz xəttinə çırpılıb, 8 minə yaxın abonent qazsız qalıb

18 Dekabr 2025 08:44see213

Mançester Yunayted Mərakeşi FİFA ya şikayət etdi

17 Dekabr 2025 23:12see200

ABŞ ın Tayvan üçün ən böyük silah paketi təsdiqləndi

19 Dekabr 2025 00:36see196

Tərəflər kompromisə gedəcəkmi? ŞƏRH

18 Dekabr 2025 16:32see190

“O vaxtlar ikimiz də evli idik, bu, ona sərhəd deyildi” İddialar böyüyür

17 Dekabr 2025 23:18see187

Elm və musiqi eyni səhnədə: NDU nun dəvəti ilə Umut Yıldız Naxçıvanda

19 Dekabr 2025 11:28see173

İlin yekunları: Azərbaycan 2025 ci ildə TikTok da kimlərdən və nədən ilham aldı

18 Dekabr 2025 11:12see169

Telefon qablarından istifadəni dayandırın Mütəxəssis açıqladı

18 Dekabr 2025 03:05see163

QADAĞA, YOXSA SİFARİŞ? Elektron siqaret bazarının süqutu və görünməyən maraqlar

17 Dekabr 2025 22:03see155

Melaniya Tramp haqqında filmin treyleri yayıldı VİDEO

17 Dekabr 2025 23:11see151

Kasko və əmlak sığortası niyə geri qalır? AÇIQLAMA

17 Dekabr 2025 22:07see148

“Sumqayıt”ın qış planı bilindi

18 Dekabr 2025 00:08see147

Böyük Britaniya MN: İstəklilər Koalisiyası Ukrayna ordusunu NATO standartlarına uyğunlaşdırmaq istəyir

19 Dekabr 2025 02:17see147

Bel ağrısı xərçəngin bu növünə işarə edə BİLƏR

18 Dekabr 2025 01:04see147

bp yə yeni baş icraçı direktor təyin edildi

18 Dekabr 2025 10:11see147

PSJ tarix yazdı: Paris klubu Qitələrarası Kuboku qazandı

18 Dekabr 2025 01:08see145

Ayça həmin mağazadan 700 min tələb edir

18 Dekabr 2025 04:01see139
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri