Icma.az
close
up
RU
Azərbaycan fərqli tərəflər arasında dialoq imkanları yarada bilən dövlətdir RƏY

Azərbaycan fərqli tərəflər arasında dialoq imkanları yarada bilən dövlətdir RƏY

Icma.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Bakı, 6 oktyabr, AZƏRTAC

Müasir beynəlxalq münasibətlər sistemində dövlətin siyasi çəkisini yalnız onun iqtisadi və hərbi potensialı, ərazisinin ölçüsü və ya əhalisinin sayı ilə müəyyənləşdirmək mümkün deyil. Dövlətin beynəlxalq çəkisi həm də onun mövcud siyasi platformalarda hansı mövqedən çıxış etməsi, irəli sürdüyü təşəbbüslərin nə dərəcədə real nəticələr doğurması və müxtəlif tərəfləri ortaq maraqlar ətrafında bir araya gətirmək qabiliyyəti ilə ölçülür.

Bu baxımdan, Azərbaycanın son illərdəki xarici siyasət təcrübəsi xüsusi diqqət çəkir. Azərbaycanın müxtəlif beynəlxalq və regional formatlarda iştirakı sadəcə diplomatik təmsilçilik xarakteri daşımır. Daha mühüm məqam ondan ibarətdir ki, ölkəmiz təmsil olunduğu platformalarda öz siyasi çəkisini formalaşdırır, real təşəbbüslərlə çıxış edir, həmin təşəbbüslərin həyata keçirilməsinə çalışır və bir sıra hallarda mövcud formatların funksional imkanlarının genişlənməsinə təsir göstərir. Bu, xarici siyasətin əsas keyfiyyət göstəricilərindən biridir. Çünki beynəlxalq təşkilata üzv olmaqla həmin təşkilatın gündəliyinə təsir göstərmək arasında prinsipial fərq var. Azərbaycanın təcrübəsində diqqət çəkən əsas xüsusiyyət məhz iştirakdan təşəbbüskarlığa, təşəbbüskarlıqdan isə real siyasi nəticələrə keçidin müşahidə olunmasıdır.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Elçin Mirzəbəyli deyib.

Azərbaycanın Qoşulmama Hərəkatındakı fəaliyyətinin bu baxımdan xüsusi nümunə olduğunu qeyd edən deputat əlavə edib: “Qoşulmama Hərəkatına sədrlik dövründə Azərbaycanın əsas üstünlüyü yalnız təşkilata rəhbərlik etməsində deyil, Hərəkatın mürəkkəb beynəlxalq şəraitdə siyasi aktuallığının qorunmasına və onun institusional imkanlarının daha səmərəli istifadəsinə yönəlmiş fəaliyyətində özünü göstərdi. Azərbaycanın sədrliyi dövrü qlobal sistemin ciddi sarsıntılarla üzləşdiyi mərhələyə təsadüf etdi. Pandemiya, beynəlxalq münasibətlərdə qarşıdurmaların dərinləşməsi, çoxtərəfli əməkdaşlıq mexanizmlərinə inamın zəifləməsi və ayrı-ayrı güc mərkəzləri arasında rəqabətin kəskinləşməsi Qoşulmama Hərəkatının qarşısında yeni çağırışlar yaratmışdı. Belə bir şəraitdə Azərbaycanın fəaliyyəti Hərəkatın yalnız ənənəvi prinsiplərinin qorunmasına deyil, gündəlik beynəlxalq problemlərin həllində daha fəal mövqe tutmasına yönəldi.

Daha əhəmiyyətlisi isə Azərbaycanın Qoşulmama Hərəkatındakı sədrliyinin formal müddətlə məhdudlaşmaması oldu. Sədrliyin uzadılması barədə qərarın qəbul edilməsi Azərbaycanın fəaliyyətinə verilən siyasi qiymətin göstəricisi kimi dəyərləndirilə bilər. Bu fakt bir daha göstərdi ki, beynəlxalq təşkilatda əldə olunan mövqe yalnız status məsələsi deyil, həmin statusun siyasi kapitala çevrilməsi üçün real fəaliyyət tələb olunur. Azərbaycanın Qoşulmama Hərəkatı çərçivəsində qazandığı təcrübə onun digər beynəlxalq platformalardakı fəaliyyətinə də təsir edən mühüm diplomatik kapital formalaşdırdı. Bu təcrübənin əsas xüsusiyyəti ondan ibarət idi ki, Bakı müxtəlif siyasi mövqeləri təmsil edən dövlətlərlə münasibətlər qurmaqla yanaşı, onları ortaq gündəlik ətrafında birləşdirə biləcəyini nümayiş etdirdi. Məhz bu xüsusiyyət Azərbaycanın Mərkəzi Asiya ilə münasibətlərində də özünü göstərir.

Coğrafi yerləşmədən funksional geosiyasətə keçid

Azərbaycanın Mərkəzi Asiya Məşvərət Görüşlərində iştirakı da məhz bu funksional bağlılığın siyasi müstəvidə tanınması kimi qiymətləndirilə bilər. Burada söhbət Azərbaycanın başqa bir regional təşkilata sadəcə qoşulmasından getmir. Daha mühüm məsələ onun iki regional məkan arasında əlaqələndirici rolunun institusional səviyyədə qəbul edilməsidir”.

Deputat qeyd edib ki, bu fakt Azərbaycanın xarici siyasətində yeni və növbəti uğurlu tendensiyanı – coğrafi yerləşmədən funksional geosiyasətə keçidi göstərir. Onun sözlərinə görə, müasir dünyada dövlətin regional əhəmiyyəti yalnız onun xəritədə yerləşdiyi məkanla deyil, müxtəlif regionlar arasında yaratdığı əlaqələrin miqyası ilə müəyyənləşir.

“Azərbaycanın təcrübəsi göstərir ki, beynəlxalq formatlarda fəallıq öz-özlüyündə məqsəd deyil. Məqsəd həmin formatları real əməkdaşlıq imkanlarına, siyasi dialoq platformalarına və milli maraqların müdafiəsi üçün əlavə mexanizmlərə çevirməkdir. Bu mənada Azərbaycanın diplomatik fəallığını ayrı-ayrı formatların imkanlarını bir-birini tamamlayan siyasi resursa çevirmək kimi qiymətləndirmək daha doğru olar.

Məhz bu yanaşma Azərbaycanın beynəlxalq sistemdəki mövqeyini daha çevik edir. Çünki dünya siyasətində qarşıdurmaların dərinləşdiyi bir şəraitdə yalnız bir siyasi mərkəzə və ya bir əməkdaşlıq platformasına bağlanmaq dövlətin manevr imkanlarını məhdudlaşdıra bilər. Müxtəlif formatlarda paralel iştirak isə əksinə, alternativ əlaqələr və yeni diplomatik kanallar yaradır. Azərbaycanın beynəlxalq siyasətində müşahidə olunan digər mühüm xüsusiyyət isə mövcud formatların canlandırılmasına yönəlmiş təşəbbüskarlıqdır. Dövlət yalnız hazır mexanizmlərdən istifadə edən iştirakçı kimi çıxış etdikdə onun rolu məhdud qalır. Əgər dövlət həmin mexanizmlərin gündəliyinə yeni məsələlər gətirir, onların institusional imkanlarını genişləndirir və yeni əməkdaşlıq istiqamətləri yaradırsa, artıq söhbət daha yüksək səviyyəli siyasi təsirdən gedir. Azərbaycanın Qoşulmama Hərəkatındakı fəaliyyəti bu baxımdan xüsusilə xarakterikdir. Mərkəzi Asiya Məşvərət Görüşlərində iştirakı isə ölkənin regional formatlar arasında yeni əlaqələr yaratmaq potensialını göstərir. İslam Əməkdaşlıq Təşkilatı və D-8 çərçivəsində fəaliyyət isə Azərbaycanın İslam dünyasında həm siyasi, həm də iqtisadi əməkdaşlığın müxtəlif ölçülərində öz rolunu genişləndirdiyini nümayiş etdirir”, - deyə E.Mirzəbəyli vurğulayıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:154
embedMənbə:https://azertag.az
archiveBu xəbər 06 Oktyabr 2026 10:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın Azərbaycana marağının artması son illərdə formalaşan yeni geosiyasi və iqtisadi reallıqların nəticəsidir

27 Noyabr 2026 20:01see730

Tolerantlıq həm də qarşılıqlı etimadın bərpası deməkdir

27 Noyabr 2026 14:34see566

Cənubi Qafqazda sülh perspektivi regional iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır

27 Noyabr 2026 20:07see562

Mərkəzi Gömrük Hospitalı tərəfindən Gəncə şəhərində genişmiqyaslı tibbi sosial tədbirlər keçirilib

27 Noyabr 2026 13:35see324

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see316

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see310

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see279

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see277

Keçənlərdən kiçik bir epizod... FOTO

27 Noyabr 2026 17:40see271

Bağırsaqda yara hansı xəstəliklərin əlaməti ola bilər? VİDEO

27 Noyabr 2026 15:20see265

Robotlar dünya iqtisadiyyatını dəyişəcək: İlk humanoid köməkçilər 15 ilə evlərə daxil ola bilər

27 Noyabr 2026 16:24see265

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see264

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see264

Valeh Ağayev vəfat etdi

27 Noyabr 2026 18:29see263

Söz içində... Sözümüz...

27 Noyabr 2026 17:30see260

Qanda şəkəri salmağın ən asan yolu...

28 Noyabr 2026 02:01see238

Bir qədəh şərab qan təzyiqinə necə təsir edir? Mütəxəssislər açıqlayıb

27 Noyabr 2026 22:17see219

Avropanın borc içində boğulan ölkələri Ən çətin vəziyyətdə olan hansıdır? Siyahı

28 Noyabr 2026 10:02see215

Ceyhun Bayramov qətərli nazirlə görüşdü

27 Noyabr 2026 19:10see212

Ülviyyə Xəlilbəyli: İnsan özü yaşayarkən, keçmişinin yasını tutur (Foto)

27 Noyabr 2026 16:40see204
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri