Icma.az
close
up
RU
Azərbaycan Fransaya gözdağı verdi “Makron başda olmaqla bütün Fransa siyasi elitası...”

Azərbaycan Fransaya gözdağı verdi “Makron başda olmaqla bütün Fransa siyasi elitası...”

GlobalInfo portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Prezidenti İlham Əliyev yanvarın 7-də yerli televiziya kanallarına müsahibəsində Fransa ilə bağlı ciddi məqamlara toxunub.

“Əgər fransız siyasi səhnəsində konsensus varsa, həmin konsensus yalnız azərbaycanofobiya zəminində olur. Təəssüf ki, təkcə hazırkı hakimiyyət deyil, hakimiyyətə iddialı olanlar da bir-birindən o qədər də fərqlənmirlər”, – deyə İlham Əliyev qeyd edib.

Globalinfo.az-a danışan siyasi şərhçi Aydın Quliyev deyib ki, Fransanın Qafqaz siyasətində Azərbaycanla bağlı ayrı-seçkilik və qərəzli motivlər hər zaman mövcud olsa da, Emmanuel Makronun hakimiyyətə gəlişinə qədər həmin münasibətlər nisbətən pərdəli şəkildə özünü göstərirdi:

“Makronun hakimiyyətə gəlişi ilə rəsmi Parisin Qafqaz siyasətində açıq ermənipərəstlik, Azərbaycanafobiya özünü parlaq şəkildə büruzə verməyə başladı. Bu da əvvəlki hakimiyyətlərlə müqayisədə Makronun daha çox erməni lobbisinin təsiri altında olmasının işarəsidir. Makron erməniçilik ideologiyası və anti-Azərbaycan mövqeyi ilə sona qədər zəhərlənib. Hakimiyyətdə olduğu müddətdə apardığı siyasətlə Fransanın siyasi elitasının böyük bir hissəsini də Azərbaycana qarşı düşmənçiliyə sövq etdi.

Aydın Quliyev

Prezident İlham Əliyev də haqlı olaraq qeyd edir ki, Makronla bərabər Fransanın bütün siyasi elitasını Azərbaycanafobiya ideologiyası bürüyüb. Bu rəsmi Bakı üçün xoş situasiya deyil.

Vaxtilə Azərbaycan torpaqlarının ermənilər tərəfindən işğalda saxlanıldığı müddətdə açıq şəkildə rəsmi Paris İrəvana dəstək verirdi. Azərbaycan isə bu dəstəyi döyüş meydanında darmadağın etdi”.

Siyasi şərhçinin sözlərinə görə, Fransanın bu mövqeyi ölkəmizə sağalmaz yaralar açmır:

“Cüzi ziyanları var ki, bunlar da tezliklə aradan qaldırıla bilər. Fransa rəhbərliyi dərindən düşünməli, proseslərdən nəticə çıxarmalıdır ki, dünyada cəmi bir neçə dövlətin sırasında anti-Azərbaycançılıq ideologiyasının çempionuna çevrilmək Fransa üçün olduqca ağır və faciəli mənzərədir. Qafqaza yönəlik doğru-düzgün siyasət aparmayan ölkələrin hamısı fiaskoya uğrayıb”.

Safura Bənnayeva
Globalinfo.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:126
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 08 Yanvar 2025 17:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see252

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see231

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see215

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see213

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see210

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

20 Yanvar 2026 23:41see205

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see184

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see181

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see176

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see166

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see166

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see165

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see156

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see151

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see149

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see148

PSJ nin hücumçusu La Liqada çıxış edə bilər

21 Yanvar 2026 00:29see146

Ali Məhkəmə estetik əməliyyatlarla bağlı bədən toxunulmazlığı hüququna dair mövqe bildirib

21 Yanvar 2026 10:33see144

Tramp Makronun təklifini rədd etdi

21 Yanvar 2026 00:31see143

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see143
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri