Azərbaycan futbolunda növbəti qalmaqal: Türkiyəli məşqçi qadın hakimi təhqir etdi VİDEO
Icma.az, Publika.az portalına istinadən məlumatı açıqlayır.
AFFA-nın təşkil etdiyi U-10 Liqasının matçında insident yaşanıb.
Publika.az xəbər verir ki, xoşagəlməz hadisə "Səbail" - "Qartallar" matçında qeydə alınıb. İnsident birincilər oyunun sonlarında qələbə qolunu vurduqdan sonra (5:4) yaşanıb.
"Səbail" fərqləndikdən sonra hakimlə komandalardan birinin məşqçilər korpusu arasında gərginlik yaşanıb. Böyük ehtimalla bu, qolu buraxan "Qartallar" komandası olub. Komandanın məşqçi heyətindən bir nəfər oyunu idarə edən qadın hakimin ona jest etdiyini iddia edib. Onun yanındakı türkiyəli məşqçi isə referinin ünvanına ağır ifadələr işlədib.
Video sosial şəbəkələrdə yayımlanıb. Hadisə baş verən zaman qolun təkrarı nümayiş olunduğundan insidentin detallarını müəyyənləşdirmək mümkün olmayıb.
Heybət
Baxış sayı:73
Bu xəbər 23 Yanvar 2025 12:36 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















