Azərbaycan gələn il üzgüçülük üzrə Dünya Kubokuna ev sahibliyi edəcək
Azertag saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Bakı, 19 noyabr, AZƏRTAC
Azərbaycan gələn il üzgüçülük idmanının ən nüfuzlu yarışlarından birinə - Dünya Kubokuna ev sahibliyi edəcək.
Gənclər və İdman Nazirliyindən AZƏRTAC-a bildirilib ki, Azərbaycan Üzgüçülük Federasiyasının prezidenti Zaur Əliyev və Dünya Su İdmanı Federasiyasının (World Aquatics) prezidenti Hüseyn Əl-Müsəlləm 2026-cı ilin 1-3 oktyabr tarixlərində Dünya Kubokunun Bakıda keçirilməsinə dair rəsmi müqavilə imzalayıblar. İmzalanma mərasimində gənclər və idman naziri Fərid Qayıbov da iştirak edib.
Qeyd edək ki, “Silk Way” Dünya Kubokunun ilk mərhələsi Bakı Su İdman Sarayında təşkil olunacaq. Yarışın növbəti mərhələləri isə 8-10 oktyabrda Daşkənddə (Özbəkistan), 15-17 oktyabrda isə Astanada (Qazaxıstan) keçiriləcək.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:119
Bu xəbər 19 Noyabr 2025 15:52 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















